"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Qadin.Net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, artıq son sınaq-sazlama işləri aparılaraq bütün avadanlıqların istismara hazır vəziyyətə gətirlməsi üçün zəruri işlər 10 gün ərzində başa çatdırılacaq: "İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib".
Şöbə müdiri deyib ki, tədbirlər planına əsasən, 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1092 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəz olunub:
"Magistral və məhəllədaxili İstilik xətlərində 9855 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15482 m2 dam örtüyü təmir edilib. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilib. İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. 1052 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıv, 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunuv, 569 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb".
XƏBƏR LENTİ
25 min izləyicisi olan nəhəng pişik-FOTO
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
24 karatlıq tualet kağızı (FOTO)
Bunları söyləyərkən rahat olun (1-ci hissə)
Hansı bürc hansı peşədə daha uğurlu olur?
Aldıqları villa cütlük üçün əsil kabusa çevrildi - FOTO
Sizcə onun neçə yaşı var?-(FOTO)
Günün qoroskopu: başqalarının işlərinə qarışmalı olacaqsınız
Gənc xanımlar üçün gündəlik geyim təklifləri
Evlənən cütlüklər nəyə diqqət etməlidir?
Kondisionerlərin qiyməti ucuzlaşıb
Arıqladıqdan sonra kimsə onları tanımadı- FOTO
Məşhur tərzi: Selena Gomez
Heydər Əliyevin ən uzun səfəri
Həftəsonu yenidən sərt karantin olacaq - RƏSMİ
Dördbucaq dırnaqlar üçün 15 möhtəşəm manikür modeli
Qalıcı arıqlama üsulları
Həyatverici məhəbbət simvolu
Unun qiymətləri qalxdı?
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYƏLƏR
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır
Məşhur model öldü-SƏBƏB
"WhatsApp" işini bərpa etdi
Sarımsaq qida zəhərlənməsi riskini azaldır
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Beyin gücünü sına, hədiyyə qazan!
Oruc tutan şəxslər idmanla məşğul ola bilər?
Kimlər internet aludəçisidir?
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Peyvəndin tətbiqi yoxlanılacaq
Topa bənzətmişdi, əslində isə...-FOTO
Azərbaycana yeni iqtisadi təhlükə
Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ
Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB
Uşaqların həvəslə yediyi "Jelibon"dan GÖRÜN NƏ ÇIXDI-FOTO
Xaricdə oxumuş nadan
Sarımsaq haqqında bilmədiklərimiz
Azərbaycan yeni super təyyarələr alır
Qələbə günü ilə bağlı Stalinin- müəmmalı qərarı
Qarışqalarla mübarizənin ən asan üsulu
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
2020 Yay Makiyaj Trendləri
Xocalıda öldürülən 63 uşağın xatirəsi əbədiləşdirildi - FOTOLAR
Baş nazirdən koronavirusla bağlı SƏRƏNCAM
Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ
Saç rezini modelləri
Dalğıc akulanı ölümdən xilas etdi-VİDEO
Estetik əməliyyata 500 min xərclədi, bu da NƏTİCƏSİ-FOTO
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Günün ulduz falı














