Baş nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə:
- Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən beş və Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən iki nümayəndə daxil olmaqla yeddi üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılır:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.
- Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
- Şura müvafiq dövlət orqanlarından (qurumlarından) və dövlətə məxsus olan hüquqi şəxslərdən Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri iki iş günü ərzində təsdiq edir və buna dair müvafiq Protokolu satınalan təşkilata göndərir.
- Satınalan təşkilat bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan Qaydanın tələblərinə və Şuranın təsdiq etdiyi sifarişlərə uyğun olaraq, satınalma müqavilələri əsasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə riayət etməklə bir mənbədən satınalma metodundan istifadə edərək satınalmanı həyata keçirir.
- Şura Fondun vəsaitinin istifadəsi barədə ayda iki dəfə “http://covid19fund.gov.az/az/” saytında məlumat dərc etdirir.
- İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər
XƏBƏR LENTİ
Rənglərin mənaları və təsirləri
Qadın.Netlilərin ixtisas arzuları (son)
Hacılarımız qayıdır
Ece Seçkin iki aya 2 milyon qazandı
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Qadın.Net xanımlarının ən xoşbəxt anları
Uşaqların duyğularını bölüşmə vasitəsi
“Eurovision 2020”nin ilk iştirakçısı bəlli oldu
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
İnternetdə parolu necə qorumalı?
Sfinksin burnunu kim qoparıb? - FAKT
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Günün ulduz falı - 03.02.2014
Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi
Bu sezonun rəngi müəyyənləşdi
Olduğu kimi qəbul et!
Modern gəlinlər üçün qara gəlinlik dəbi
Sevimli ayaqqabılar
Gürcüstana getmək istəyənlərin nəzərinə
Macar pizzası
Toxunma qablar
Dodaq formanıza görə xarekteriniz
Acı souslu tərəvəz qızartması (foto resept)
Kəs və yapışdır-16
Böyük burunları gizlədən saç modelləri
Mehriban Əliyevaya yeni köməkçi təyin edildi
Buraxılış imtahanlarında "2" alan şagirdlərin sayı açıqlandı
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
Girovlarımızı burda tuturlar
Hava haqqında - 09.08.2013
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
Boyalı saçlara qulluq
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (6-cı hissə)
Un bahalaşdı
Uşaqlar üçün ev geyimləri
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Qarabağ görüşü başlayır
Sabahın HAVAsı
Gündəlik geyim üçün kombinlər
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Jurnalistlərə şad xəbər
Yağlı boyadan hazırlanmış əl işləri
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Vitamin çatışmazlığını göstərən 6 işarə
HAVA necə olacaq?
Qeyri-adi corab növləri
Ermənilərin yeni düşməni
Boşanmanın ziyanları














