Qoç - günün ilk yarısından ailə işləri və məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz.
Günün ikinci yarısında cari proseslərdən kənarda qalmağa can atmayın. Köhnə layihələrdən birini yarımçıqlıq durumundan xilas edin. Yaşam və ya fəaliyyət arealında nizam yaradın.
Axşam saatlarında normal istirahət edin.
Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz. Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq.
İntellektual işlərlə, mürəkkəb məsələlərlə məşğul ola bilərsiniz. Gün, həmçinin təhsil, imtahan vermək, elm adamları ilə təmaslar üçün münasibdir. Xırda səfərlər maraqlı və xoş, uzunmüddətlilər isə yorucu və bəhrəsiz olacaq.
Əkizlər - səhər saatlarından etibarən aktiv işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur. Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının yardımlarına bel bağlamayın. Müstəqil davranın.
Günün ikinci yarısında işgüzar təmaslar və əlaqələr karyerınızda irəliləyişə təkan verəcək. Əlavə gəlir mənbəyi üçün yaxşı imkan yaranıb.
Axşam saatlarını ailənizlə birgə istirahətdə keçirin.
Xərçəng - ciddi problemləriniz yarana bilər, elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır. Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr bağlamaq məsləhət görülmür.
İşgüzar aktivliyinizi azaldın. Dincəlin, yaxınlarınızla vaxt keçirin. Axşam evdə oturun, ziyafətə getməyin. Sevgililər arasında ciddi fikir ayrılığı yarana bilər.
Şir - əvvəlcədən hazırladığınız plana riayət edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız, işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə, tet-a-tet müzakirə edin.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Səyahət, ezamiyyət zərurəti istisna deyil.
Kommersiya və ya bizneslə məşğul olursunuzsa, fəaliyyət çevrənizi genişləndirin. Müştərilərin sayı çox, ticarət və xidmətlər daha geniş çeşiddə olmalıdır.
Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Qız - günün emosional fonu yaxşı deyil. Siz vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana bilər.
Kömək üçün yaxın adamınıza müraciət edin, indi sizin dəstəyə ehtiyacınız var. Qəlbinizi sevindirmək üçün xırda-para əşyalar ala bilərsiniz, amma çox pul xərcləməyin. Təklikdə səfərlərə çıxmayın. Dostlarla isə lap dünyanın o biri başına da gedə bilərsiniz.
Tərəzi - günün ilk yarısından etibarən cari məsələlərin həlli ilə məşğul olun. Rutin məqamlar sizi usandırmamalı, yoldan döndərməməlidir. Enerji və qüvvənizi ikinci dərəcəli məsələlərə sərf etməyin. Bütün diqqəti əsas işə yönəldin.
Günün ikinci yarısında emosional olmayın, əsəbi davranmayın. Qarşı tərəfin fikirlərini və mövqeyini nəzərə alın. Həmkarlarla, işgüzar tərəfdaşlarla münasibətlərin gərginləşməsi istisna deyil.
Axşam saatlarını ailəyə sərf edin.
Əqrəb - günün ilk yarısından etibarən maraqlı, hadisələrlə zəngin gün olacaq. Ötənlərin təcrübəsi karınıza gələcək. Peşəkar bacarıqlarınızdan və yaradıcı potensialınızdan istifadə edin.
Günün ikinci yarısında məlumat və informasiyaları artırın. Əlavə biliklər əldə edin. Bacarıqlarınızı, təcrübənizi reklam da edə bilərsiniz. Real və ucuz iş görənlərə tələbat artacaq.
Şəxsi münasibətlərdə mənasız, əsassız qısqanclığa qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Məhsuldar gündür, istənilən problemin həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi düşüncəniz də bu gün "axsamır". İşdə uğurlar gözlənilir, biznesinizi genişləndirə bilərsiniz.
İdmanla, fiziki işlə məşğul olmaq, açıq havada aktiv istirahət məsləhətdir. Uzunmüddətli planlar qura bilərsiniz. Bunu həm təkbaşına, həm də yaxınlarınızla edə bilərsiniz. Nüfuzlu şəxslərlə, dövlət idarələrinin işçilərilə görüşlər yaxşı keçəcək.
Oğlaq - məhdudiyyət və yasaqların gücünü hiss edəcəksiniz. İstəklərinizlə arzularınız sizi illüziyalar aləminə aparmamalıdır. Situasiyaya uyğunlaşın, şəraiti real dəyərləndirin. Həmkarlarınız və şəriklərinizin davranışlarına fikir verin.
Günün ikinci yarısında bəzi motivlərdəki anlaşılmazlıq sizdə tərəddüd yarada bilər. Gərgin anlarda soyuqqanlı olun. Axşam saatlarında şəxsi münasibətlərdə zəruri kompromisi tapın. Emosiyalarınıza nəzarət edin.
Dolça - günün ilk yarısında problemlərin və maneələrin sayı artacaq. Fəaliyyət planını müstəqil təyin edin. Çətinliklərin həllində yaralıcı təxəyyülü işə salın. Rutin məsələlərin çözülməsindən yayınmayın.
Günün ikinci yarısında hədəfləri və ya məqsədləri təftiş etmək olar. Prosedurlar arasında ən effektivini, realını seçin. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək.
Sayğılı, qayğıkeş olun.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bir qədər də iradəli və qətiyyətli olun. Karyeranızda önəmli rol oynayan insanla münasibətləri kəskinləşdirməyin. Soyuqqanlı davranın.
Günün ikinci yarısında diqqətsizlik kə ehtiyatsızlıq ciddi səhvlərə səbəb olmamalıdır. İntuisiyanıza güvənin. Təhtəlşüur sizə ən çətin situasiyalarda çıxış yolunu göstərəcək.
Sevdiyiniz insanla təmasları axşam saatlarında aktivləşdirin. Birgə gəzintiyə və ya əyləncəyə yollanmaq olar
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Həsən Məmmədovun bu gün doğum günüdür
Mərci şorbası (foto resept)
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Microsoft daha onları yeniləməyəcək
Günün ulduz falı - 04.09.2013
Həcci dərk edən və etməyənlərə
İdmançımız beynəlxalq reytinqdə ilk onluqda!
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Azərbaycanın bu ərazisi qazsız qalacaq
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
Ancelina Coli karantindən danışdı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?
Teymur Rəcəbov mübarizəni dayandırdı
Vaginizmdən xilas olmaq üçün nə etməli?
Məşhur aktyor gizli evləndi
"Evdə tək" yenidən çəkilir
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Saçlar üçün təbii yağlar
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
Sevimli dibçəyim - beqoniya
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Saçlarınıza zərər verməyin
"Çarpışma"nın aktyoru xəstəxanalıq oldu
Hamilə xanımlara geyim nümunələri
19 ölkə alimi Şəkidə
Hamiləlikdə qidalanma - xususi vəziyyətlər
Nişan üzükləri
Ev üsulu saç boyama
Alkoqolu nəylə əvəz edək?
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
15 yaşlı girov geri qaytarılıb
Demet Akalının qızı seriala çəkiləcək
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Cennifer Lopez illərə meydan oxuyur-FOTO
ŞAD XƏBƏR: Minimum əməkhaqqı ARTIRILIR
Evdə masaj
“Bakı Metropoliteni”nin iş vaxtı artırılır
Məşqlər və miflər: kimə nə olmaz?
“Çukur” koronavirusa MEYDAN OXUDU
Möhtəşəm divan dəstləri
Bakı Ağ Şəhər - 2 il sonra.
Kompüterlər mobil cihazlara uduzur
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
Günün qoroskopu: ziddiyyətli gündür
Dünyanın Ən böyük Yeni il "yolka"sı yandırıldı – VİDEO
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Mənim əl işlərim














