Qoç - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna deyil. Hətta emosional şok da ola bilər. Halbuki, situasiya soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun, problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.
Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin öhdəsindən gələ bilərsiniz.
Buğa - günün ilk yarısında yarana biləcək qəfil hadisələrə tam hazır olun. Çətin, birmənalı olmayan situasiyaların öhdəsindən gəlmək üçün problemlərin çözümündə kreativ davranın.
Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müxtəlif variantları təhlil edin. Onların arasında ən optimalını seçin.
Məişət çətinliklərini sürətlə aradan qaldırmağa can atın. Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz.
Axşam saatları birgə istirahət üçün əlverişlidir. Texnika və ya avadanlıq almaq üçün münasib zaman deyil.
Əkizlər - hədəflərlə məqsədləri təftiş edin. Onların arasında ən gərəklisini, əlçatanını seçərək məqsədə doğru qətiyyətlə irəliləyin. Saatlar keçdikcə emosional fon daha gərgin olacaq. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında hərdəmxəyallıq etməyin. İzafi gərginlikdən qurtulun. Stereotip düşüncəyə qapılmasanız, yaxın ətrafınızdakı insanlarla ünsiyyətiniz normal olacaq.
İttiham və iradlar üçün münasib zaman deyil.
Xərçəng - yetərincə laübəli, narahat gündür. Başqalarının problemlərinin həllində aktiv iştirak edərək öz işlərinizi unutmayın. Mübahisədə vasitəçilik etmək olar. Amma hakimlik fikrinə düşməyin.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanların təkliflərini qəbul etməyin. Yollarda tıxaclar istisna deyil. Texniki nasazlıqlar sizi pərişan etməsin.
Səhhətinizdə kiçik problem yaransa belə, həkimə müraciət edin.
Şir - günün ilk yarısından etibarən intensiv işləyin. Tənbəllik etməyin. Bir qədər əvvəl başladığınız işi bitirin. Yarımçıq işlərin sayını artırmayın. İstənilən layihənin əvvəli təki, məntiqi sonluğu da olmalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə, ünsiyyətdə yaranan bəzi çətinlikləri kritik vəziyyət saymayın. Detallara ifrat əhəmiyyət verməyin. Fikir ayrılıqlarını normal şəkildə çözməyə çalışın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Qız - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o qədər uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək, diqqət cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının problemlərini müzakirə etmək istəyəcəksiniz.
İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə dəyməmək - bugünkü davranışınızdır.
Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.
Tərəzi - məqsədlərinizi reallaşdırmaq üçün var qüvvənizlə çalışın. Qarşınıza qoyduğunuz hədəfi nə qədər tez "vursanız", bir o qədər yaxşıdır. İmkan olan kimi fəal işləyin. Yorulsanız, dincəlin. İfrat yorğunluqda fəsadlar yoxdur.
Günün ikinci yarısında intellektual fəaliyyət gözlənilən bəhrəni verəcək. Bununla belə, fiziki işləri unutmayın. Yaxınlarınızla ünsiyyətdə yumşaq, güzəştlərə meylli olun.
Sakit, səbrli davranın.
Əqrəb - təhlükəsizlik qaydalarına riayət edin. Ehtiyatlı, təmkinli olun. Soyuqqanlı insan təsiri bağışlamağınız gərəkdir. Yaxşı tanımadığınız insanlarla münasibətlərdə emosiyalara uymayın. Hirslənməyin. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında istismar olunan fərdə çevrilməyin. Qeyri-adi, çətin, qarışıq situasiyadan çıxış yolu tapmaq üçün çevik olun. Fəndgirlik də istisna deyil.
Sevdiyiniz insanla təmaslarda anlaşılmaz məqamlara aydınlıq gətirmək, bəzi hərəkətlərdəki sualları aradan qaldırmaq üçün üzbəüz söhbətə ehtiyac duyulur.
Oxatan - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli və səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz insanların qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf edə bilərsiniz.
Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.
Oğlaq - sakit, ahəstə işin çətinləşdiyi bir zamandır. Analitika ilə bağlı fəaliyyət üçün əlverişli vaxt deyil. İşiniz uzaq məsafələrdə reversiv hərəkətlə bağlıdırsa, sərvaxt olun.
Günün ikinci yarısında problemlərin həllində tələskənliyə yol verməyin. Danışmaqla bahəm, başqalarını dinləməyi də bacarın. Yaxınlarınızla münasibətlərdə qayğıkeş, səmimi olun.
İstənilən çətinliyi danışıqlar vasitəsilə çözmək olar.
Dolça - aktiv, enerjili olun. Passivlik və süstlük əleyhinizədir. Dəyişən şərtələrə, situasiyadakı fərqli məqamlara alışmağa çalışın. Yaranmış imkanlardan bəhrələnin. Adi problemlər trivial olmayan həllər tələb edir.
Günün ikinci yarısında kommersiya və ya biznes layihəsi uğurlu alına bilər. Fəaliyyətinizin məhsuldarlıq səviyyəsini artırın.
Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı olun. Düşünülməmiş qərarlar qəbul etməyin.
Balıqlar - günün ilk yarısından etibarən problemlərin sayı artacaq. Yaxınlarınız diqqət, problemlər isə aktiv həllini tələb edir. Texnikanın qəflətən sıradan çıxması, yolda tıxaclar, vəd etdiyiniz görüşə gecikməyiniz istisna deyil.
Fors-major vəziyyətlər əsla əhvalınızı korlamamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kiçik məsələlərin ucbatından mübahisə etməyin. Münasibətləri korlamayın. Dartışmalar sonradan ciddi münaqişəyə çevrilə bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın
XƏBƏR LENTİ
Şəkil rəngləməyin inanılmaz faydaları
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Qazax, Ağdam və Tərtərdə şiddətli atışma
Rus maşını ucuzlaşır
Tez ev tikmək üçün sadə konstruksiya
Zaqatala sakininin həyətində tarix yatır
Kişi ilə qadın arasında bu fərq də tapıldı
Kaan Tangözen yeni doğulan qızının FOTOsunu paylaşdı
Məşhur müğənni yenidən ana olmağa hazırlaşır
Kişilər doğuşda iştirak etməlidirmi?
Özünə inam ölçmə testi
Dünyanın ən gözəl hovuzları
Ebay ödəniş imkanlarını artırır
Con Terrinin taleyi bəlli oldu
Uşaqlar oxusun deyə (yardım edək)
Bakıda pulsuz çimərliklər -SİYAHI
Təkamül nəzəriyyəsi əleyhinə ən axmaq 10 iddia
COVID-19-un ilk və son simptomları məlum oldu
Sfinksin burnunu kim qoparıb? - FAKT
Məşhur aktrisa ilk dəfə geyim kolleksiyası hazırladı
Fahriye Evcen həyatından danışıb 1 milyon qazanacaq
Bakalavrların nəzərinə
Sürətli koronavirus testi yaradıldı
Beynəlxalq qadınlar günü dünyada...
Dünya mətbəxi - İspaniya
38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO
Günün ulduz falı
"Bakı 2015"in medalı
Yaponiyada görünməmiş istilər
Qan vermənin faydaları və zərərləri
Məşhur modeli təhqir etdilər-SƏBƏB
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Münasibətinizə nəzarət edin
Uşaq istəyirsən? Yat
Azərbaycanda payızda yaz havası
Pensiyaların artırılması ilə bağlı işlər yekunlaşdı - Nazir
Xəbər göndərmə qaydası
Xristianların “Müqəddəs od” mərasimi
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ
Azərbaycan insan inkişafı indeksinə görə 6 pillə irəliləyib
Günün ulduz falı
Azərbaycanda zəlzələ olub
Geyim tərzinizi özünüz seçin
Evlilərdən subaylara məsləhət (1-ci hissə)
Alina Kabayevanın əkizləri doğuldu
0-1 yaşlı uşaqlarda nitqin inkişafı və formalaşması
ABŞ alimlərindən ilginc araşdırma
Bu müəllimlər də imtahana çəkiləcək