Seva
Deyirlər insan baharda sevib-sevilir,payızda yaranan sevginin ömrü az olur.Bir kitabda oxumuşdum bu fikri.Amma bizim sevgimiz bu fikrin yanlış oldugunu sübut etdi.Noyabrın ortaları idi 4-cü kursun qış sessiyalarına hazırlaşmaq üçün tez-tez Axundov adına kitabxanaya gedib gəlirdim.Bir gün yazarların adını axtarmaq üçün çəkməcələrə baxırdım.Birdən mənə tərəf yönəlmiş nəzakətli bir səs eşitdim."Xanım mən burada təzəyəm xahiş edirəm qaydaları mənə də başa salasınız."Əvvəl cavab verməkdə tərəddüt etdim.Fikirləşdim əks cinsin nümayəndəsi, bəlkə yalan deyir(variantdır). Məndə belə bir xüsusiyyət var ki,tez utananam və bunu biruzə verirəm.Qulağıma qədər qızarıram.Nə isə başa saldım.Sonralar mənə deyir ki, 5 il ayaq döydüyüm kitabxananın qaydalarını mənə öyrədirdin.Ehhh... Bu oğlanlar...Sonra hər gün orada gördüm onu.Universitetə gəlmələr, mən həm də məktəbdə işləyirdim,məktəbə gəlmələr.O mənə ilk gündən sevirəm desə də mən düzü inanmadım.Bir müddət bir-birimizi tanıdıq.Sonra ailəsini yolladı tanış oldular.Qeyd edim ki,biz tamamilə yadıq.Azərbaycanın başqa-başqa bölgələrindən.Elə həmin ay əsgər getdi.1 il nələr çəkdik,bir Allah bilir.2 il nişanlı qaldıq.Dedi mən ışləməmiş evlənməyəcəm.Dediyi kimi də etdi.Dörd il beş ay sonra evləndik.Artıq səkkiz aydır ki, evliyik.İlk günki kimi sevirik bir-birimizi.O mənim döyünən ürəyimdi.Mənsə onun özü demiş "sevincim".Mənim həyatda bir niyyətim olub.Sevdiyim oglana gedəcəm.Elə bir insana ki,atası atamla, anası anamla oturanda desin ki, hala lolsun qızıma ağılla-kamalla hərəkət edib.Mən bütün qızlarımıza bunu arzu edirəm.Özünüzü düşünərkən valideynlərinizi də unutmayın.Təməli ağılla qurulmuş ailə həmişə möhkəm olur.Allahıma min şükür gözəl ailəm var.Allah onu mənə çox gorməsin.Sevgimizin bəhrəsini tezliklə bizə yetirsin.Amin!
Günel Əsədova
Mən o vaxt tibb texnikomunda oxuyurdum.Bizi pambıq yıgmaq üçün bütün tələbələri Goranboy rayonuna apardılar.Orada qalıb,pambıq yığmalı idik. Bizi bir günlüyə evə buraxmışdılar ki, gedib hazırlaşaq. Evə gedəndə güclü yağış yagırdı. Bir qohumumla (həm də qrup yoldaşım idi) taksiyə əyləşdik.Əyləşməzdən əvvəl bu qız maşının qapsını açıb dedi."Dayı bizi filan ünvana apararsız.Dayı başını qaldıranda (o maşında başı aşagı durub nə işləsə məşqul idi.)gördük ki,bu cavan oglandır.Mən qorxdum.Heç vaxt cavan adamın maşınına oturmazdım.İstədim düşüm.Qohumum olan qız artıq maşına əyləşdi.Yolu necə getdik bilmədim.Amma yol boyu qıza acığımdan bilmədim neynəyim.Biz maşından düşəndə sürücü oğlanın qəribə baxışlarını gördüm.Və qorxdum.Çünki həmin vaxt o başına dəri kepka qoymuşdu.Bir qəribə görkəmi var idi.Sonra bu taksini yollarda çox görməyə başladım.Sonra mənimlə tanış olma cəhdləri başladı.Əvvəllər acıqlanıb onu qovsam da sonra elçilərini yolladı.Və biz evləndik.Şükür hər şey yaxşıdır.Gözəl balalarımız var.Bu qədər.
Yegana
2005-ci ilin yayı idi.Rayondan Sumqayıta evimizə gəlirdim.(onu da deyim ki,heç vaxt avqust ayında getməzdim.)Bu da yəqin ki, bir qismət imiş.Nə isə yolda avtobusa bir qadın mindi.Mənim yanımda oturmalı oldu.Ordan-burdan söhbət etdik.Onun da Sumqayıta getdiyini bildim.6-7 saatlıq yolun necə keçdiyini bilmədik.Sumqayıta az qalmış məndən telefon nömrəmi istədi.Mən də ev telefonunu verdim.Qadını qarşılamaga oglu gəlmişdi.Məni də atam qarşılayırdı.Avtobusdan düşən kimi elə bil oğlana tapşırmışdılar,məndən gözlərini çəkmirdi.3 gün sonra qadın evimizə zəng vurub anamla danışıb,məni soruşub. Mən də dedim xeyir ola bu məni nə tez axtardı.Onu deyim heç aglıma gəlməzdi.O barədə axşam zəng vurub.Əvvəlcə özü sonra oğlu danışdı.Bir ay vaxt qoydum fikirləşim deyə.Bu bir ayda nə vaxt dedilərsə görüşün,tanıyın,dedim onda o qadın da(qaynanam)bizim yanımızda olsun.Çox utanırdım.İndi də mənə gülürlər o söz yada düşəndə.Düzü hər ikisi də ürəyimə yatmışdı.Ailələri haqqında maraqlanmışdıq.Nə isə qərarımı verdim.Elçi gəldilər.10 gün sonra nişanım oldu.4ay sonra toyum oldu.Çox xoşbəxtəm.Allah hamıya nəsib etsin.Gəlin getdiyin yerdə səni gərək tək həyat yoldaşın yox hamı sevsin .Hər bir xanıma qadın xoşbəxtliyi arzulayıram.
Kamailba
Mən yoldaşımla elmi idarədə bir yerdə işləmişik.Hər dəfə otağıma daxil olub sənədləri verəndə hədsiz sıxılırdı.Ancaq mən bunu ağlıma belə gətirməzdim ki,məndən xoşu gəlir.Onunla ilk öncə rəsmi münasibətimiz olub.Sonra mənə xəbər göndərdi ki,mən səninlə ailə həyatı qurmaq istəyirəm.Əgər razılıq verərsənsə mən valideynlərimi göndərim.O, çox həyacan keçirirdi utanırdı.Çünki, idarənin müdiri atam idi.Əgər mən razı olmasaydım o demişdi ki,işdən çıxacaq.Ana-atamın razılıgı ilə ona"hə"cavabını verdim.Mənim üçün çox çətin idi.Çünki,biz iş yoldaşı idik,birdən birə sevgili olmaq...Daha sonra nişanlandıq.Və mən onu gün-gündən daha çox sevməyə başladım.Əllbəttə bu istək qarşılıqlı idi.Biz 2007-ci ildə ailə həyatı qurduq.Hal-hazırda çox xoşbəxtik.Artıq 2 övladımız var.Allah hamıya sevgi dolu günlər bəxş etsin.Qoy bütün ailələr xoşbəxt olsun.Amin!
Bizim sevgimiz ilk baxışdan yaranan bir sevgidir.Yoldaşım məni bir neçə dəfə müxtəlif yerlərdə görüb.Mənsə onun yanından ötüb keçmişəm.İlk dəfə yanından keçəndə dediyinə görə gözlərimə vurulub.Özündən ixtiyarsız yanındakı dostuna "necə də gözəl gözləri var" deyib.Qonşu qız onun qardaşı ilə danışırdı.Bir gün bizim evdən onlara zəng vurmuşdu.Mən də öz zövqümə uyğun mahnılara qulaq asırdım.Dəstəyi götürən yoldaşım imiş və "bu mahnıları kim bu cür yığıb" soruşub.Qız da dəstəyi mənə verib "səni çagırır" dedi.Dəstəyi götürdüm :
-Xanım? bu necə olur ki,məndə eynən bu mahnıları dinləyirəm.-dedi.Elə gündə düşüncələrimiz,fikirlərimiz üst-üstə düşürdü.Və dost olduq.Bir gün məni görüşə çağırdı.Kiminlə danışdığını görmək istəyirdi.Elə bildi mən onu tanıyıram.Getdim yanından ötüb keçdim.Evə zəng gəldi."Sən o qızsan.Mənim gördüyüm qız."O gündən sevgimiz başladı.Elçi gəldilər.Valideynlərim sevərək evləndiklərinə görə mənim də seçimimim yalnış olmadığını görüb məni verdilər.10 ildir ki, evliyik.İlk günki kimi sevirik bir-birimizi.Bu sevgidən 3 gözəl balamız var.Əminəm ki,sonadək bu sevgimiz tükənməyəcək.Sevgi ilə yanaşı dostluq da ailənin möhkəm olmağı üçün mütləqdir.Bizim evdə "ürəyim, həyatım" sözləri tükənmir.İnşallah uşaqlarım da xoşbəxt ailə həyatı yaşayarlar. Ölsəm ruhum,yansam külüm,qalsam daima özüm onu bütün qəlbimlə sevəcəyəm.
Gümüş
Mən xalam oğlu ilə evliyəm.O, məndən 8 yaş böyükdür.Ancaq biz bir-birimizi yaxşı anlayırıq.Çox xoşbəxtik.O, bir gün bizə gəlib məndən xahiş etdi ki,canlı yayımla gedən futbol oyununu video kasetə köçürdüm.Futbolu sevməsəm də razılaşdım.Və belə onun bizə gəlib-getmələri artdı.Bir gün bacım dedi ki,xalam oğlu səni sevir.Əgər razılaşsan səninlə evlənmək istəyir.Əvvəlcə razılaşmadım.Sonra o birisi xalam oğlunun toyunda özünü mənə sevdirməyi bacardı.Və 5 gün sonra nişanlandıq.Bir il sonra toyumuz oldu.Qızlara məsləhətim, ata tərəfdən olan qohumlarla evlənməyin.Çünki bu evlilikdən olan uşaqlar qüsurlu olur.Sonra bunun əziyyətini çəkirlər.Amma mən ana tərəfdən olan qohumla evləndiyim üçün heç bir problemim yoxdur.2 sağlam oğlum var.6 ildir evliyik.Allah bütün ailələrə övlad qismət eləsin.Mən yoldaşımı sevirəm və çox xöşbəxtəm.
Gülçin
Mən 8 ildir ki,evliyəm.Yoldaşım məni məktəbə gedərkən görüb.Mənim atam hərbiçidir.Həmişə iş yoldaşları ilə bayramlarda bir yerə yığılırdıar.Bir gün atam əməliyyat olunmuşdu.İş yoldaşları da bizə gəlmişdilər.Məni görəndə təəccüblənib.Mənə iş yoldaşı ilə xəbər göndərdi ki, mənimlə evlənmək istəyir.Atam əvvəlcə vermək istəmirdi.Deyirdi ki,qızım hələ oxuyur.İş yoldaşları atama onu tərifləmişdilər ki,yaxşı oğlandı hələ indiyə kimi onun bir pis işini görməmişik.Nə isə, ailələri haqda öyrəndik.Çox ziyalı ailədirlər.Məndən də heç kim soruşmadı ki,deyim:"yox,yox,yox!".Nə isə nişanlandıq.19 gün nişanlı qaldıq.Sonra toy oldu.İndi həmin toy disklərinə baxırıq,elə bil 2 yad adamıq.Oturmuşuq yan-yana.Çünki,ikimiz də utanırdıq.İki balamız var.Çox xoşbəxtik.Böyüklərin xeyir-duası ilə evlənmək çox yaxşıdır.Onların xeyir -duası ilə evlənən ailələr xoşbəxt olurlar.
Mahira
Yoldaşımla 2006-cı il sentyabrın 5-i tanış olmuşuq.Deməli bir gün idi ki, hazırlıqlarım başlamışdı.Universitetə hazırlaşırdım.Hazırlığa gedirdim.Yol ilə gedən bir maşın yoldan çıxıb, gəlib durdu mənim yolumun üstündə.Rəfiqəm oğlanı görüb dedi "ay qız, bu nə qəşəng oğlandır".Hələ özünə çəki-düzən də verdi.Mən də heç oralı deyiləm, öz yolumla gedirəm.O da arxamızca gəlir.Birdən cəsarət toplayıb bizə yaxınlaşdı və "xanım, sizinlə tanış olmaq istəyirəm"-dedi.Mən sərt bir şəkildə ona "yox, olmaz.Mən bu yolu oğlanlarla tanış olmaq üçün gedib, gəlmirəm.Mən hazırlığa gedirəm".Bu sözü o tutdu.Hər gün də olmasa həftədə 2-3 dəfə gəlib orda yolumu kəsirdi.Bir-iki gün arxamca gəldi,evimizin ünvanını, nömrəmizə qədər hər şeyi öyrənmişdi.Və beləcə yavaş-yavaş tanış olduq.Mən də artıq ona qarşı nə isə hiss etməyə başlamışdım.Bir il, yeddi ay sevgidən sonra 2008-ci ildə nişanlandıq.Və bir il sonra evləndik.Çox xoşbəxtəm.Hər zaman da bu sözü deyirəm,kaş ki,bütün subay qızlara mənim yoldaşım kimi oğlan qismət eləsin.O, həqiqətən də mənim həyatımın yoldaşıdır.Allah onu mənə çox görməsin.Rəbbim sevgimizin bəhrəsi gözəl pay olan xeyirli bir övlad mənə nəsib etsin.Amin!
Miss lady-89
Bir gün bacımgilə getmişdim.Gördüm orda bir alagöz oğlan var.Həmişə onu görəndə birtəhər olurdum.Onun mənə maraqlı baxışları var idi.Sanki mənə hər dəfə nə isə demək istəyirdi.Bir gün bacımgillə dənizkənarı parka getmişdik.Həmin oğlan yenə qarşımıza çıxdı.Sən demə bacımın yoldaşı ilə sözləşibmişlər.Nə isə o da bizimlə gəzməyə başladı.Mənə çox diqqətlə baxır,hər hərəkətimə fikir verirdi.Sonralar bu oğlan tez-tez məktəbimizin həyətində görünməyə başladı.O zaman mən 11-ci sinifdə oxuyurdum.Bir gün dərsdən çıxıb tələsə-tələsə hazırlığa gedirdim.Birdən qarşımı kəsib məni sevdiyini söylədi.Sonra atası,anası elçi gəldi.Mən də razı olduğumu bildirdim.2007-ci ildə ailə həyatı qurduq.İki oğlumuz var.Bir-birimizi çox sevirik.Allah hamının qarşısına halal süd əmmiş birini çıxarsın.Amin!
Serras
Mən yoldaşımı uşaqlıqdan tanıyırdım.Ancaq ağlıma belə gəlməzdi ki, bizim aramızda nə isə ola bilər.Çünki o mənim xalamın rəfiqəsi ilə danışırdı.Bir dəfə hazırlığa gedirdim.Onuncu sinifdə oxuyurdum.O məni evə qayıdan zaman görüb.Evə gəldim zəng etdi.Dəstəyi yerinə qoydum.Dədəmdən qorxurdum.Başladım ağlamaga.O, mənim haqqımda öyrənib,mən də xalamdan onun harda olduğu haqda maraqlandım.Xalam dedi ki,onlar daha burda yaşamırlar.Pis oldum.Ancaq heç kimə, heç nə bildirmədim.İçimdə ona qarşı nə isə hiss etməyə başlamışdım.Bir il sonra onunla yenə də qarşılaşdıq.Maşınla instituta gəlmişdi.O gündən danışmağa başladıq.Özüm də bilmədən qəlbimdə ona qarşı dərin sevgi bəsləməyə başladım.Bir il yarım yalnız telefonda danışdıq.Anası hər dəfə məni görəndə deyirmiş ki,qəşəng bir qız tapmışam gəl bax.Və bir gün bizə elçi gəldilər.Elçi gələn gün şəklini istədim ki,anamgil onu tanımırdılar,görsünlər.Nənəm onlar gedəndən sonra məni çağırdı ki ,bunlardan hansıdır?.O göndərdiyi şəkildə iki qohumu ilə birgə idi.Mən də həyacanda ondan başqa hamısını göstərdim.Anamgil pis oldular ki,yəni sən tanımırsan?!Mən də başladım ağlamaga.Bu söhbəti indi də deyib gülürlər.Ailə qurduq.Sevimli və hörmətli gəlinəm.Allahdan bir arzum var, bu xoşbəxtliyimizə bir körpə də qatılsın və xoşbəxtliyimiz tam olsun.Sonda isə hər kəsə gözəl ailə arzu edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR