Mövcud problemlərin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə tanış edir.
"Facebook"un şərt və qaydaları ilə tanış olun: "Facebook" sosial şəbəkəsində qeydiyyatdan keçməzdən əvvəl "Facebook"un hazırladığı şərt və qaydalarla tanış olmağınız zəruridir.
Mühafizə parametrlərini yoxlayın: İlk növbədə, istifadə etdiyiniz hesabınızın gizlilik və təhlükəsizlik parametrlərini yoxlayın.
Fərdi məlumatlarınızı qoruyun: Fərdi məlumatlarınızı yerləşdirərkən ehtiyatlı olun. Yalnız müəyyən şəxslərə fərdi məlumatlarınızı görməyə icazə verin.
Blok edin: Əgər kimsə "Facebook"da sizin şərəf və ləyaqətinizi alçaldacaq sözlər yazarsa, sizi təhdid və ya təhqir edərsə, ilk olaraq həmin şəxs barədə "Facebook" sosial şəbəkəsinin mövcud bölməsindən həmin hesabı blok edin.
Kompüterinizin müdafiəsini gücləndirin: Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.
Sizə gələn mesajlarla diqqətli olun: Bəzən "Facebook"da elə mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu" bölməsinə bu cür mesajlar daxil olmuşdursa, həmin mesajdakı linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin. Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola bilər.
Mürəkkəb şifrlərdən istifadə edin: Sadə şifrlərdən istifadədən çəkinin (məsələn, 123456 və öz adınız və s.). Şifriniz ən azı 8 simvoldan ibarət olmalıdır. Şifrdə böyük və kiçik hərflər, rəqəmlər, simvollar (məsələn, +, @, #, $ və s.) istifadə olunmalıdır.
Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər. Bu səbəbdən tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Girovların durumu pisləşib
Dəbli geyimlər - 1-ci hissə
Ən qəribə kulinar adətləri
Günün qoroskopu: əhvalınız gözəl olacaq
Alma sirkəsi və bal şərbəti ilə arıqlama üsulu
Hava haqqında
2012-ci ilin şal modelləri
Bu da 10 milyonuncu uşağın FOTOSU
Azərbaycanda 5 min il yaşı olan qazma evlər tapılıb - FOTOLAR
Novruz adət-ənənəmiz
Günün ulduz falı
Cəbhə xəttində atışma
Yağ: bu qədər qorxu hardandı?
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
2011-ci il sizin üçün necə keçdi?
Praqa Qradı (Praqa kremli)
Dünyanın sonunun yeni tarixi
HAVA necə olacaq?-7 yanvar
Hande Yener ərə gedir?
Ömrü uzun olanın döşəyi…
Şəkər qəbulunu azaltmağın yolları
Yedikləriniz əhvalınıza təsir edir
BÜRCLƏR bizə nə vəd edir? -9 İyul
DİQQƏT: Sabah avtobusların hərəkət sxemi dəyişdiriləcək
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlərin siyahısı - RƏSMİ
1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI
Prezident İlham Əliyev "Leadership Award" mükafatına layiq görülüb
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Payızın yeni trend papaqları
Hamiləlikdə yeyilməsi vacib olan qidalar
Koronavirusa yoluxan Ayşvariya Rayın vəziyyəti ağırlaşdı
Azərbaycanda evsiz gənclərə xoş xəbər
Kök haqqında bilmədiklərimiz
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Bakının mərkəzi avtomobillərin hərəkəti üçün 2 gün bağlı olacaq
Ürək formalı çələng düzəldək
Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib - FOTO
Günün qoroskopu: sərt və aqressiv, davakar olmayın
HAVA necə olacaq?- 17 fevral
Emily Ratajkovskinin paylaşımı diqqət çəkdi-FOTO
Qadını düzgün dəyərləndirək
Dünyanın ən varlısı yenə o oldu
Kişi balıq tutmaq üçün çətirdən istifadə etdi - VİDEO
Bakı hava limanı leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir
Məftunedici və şık
Hörüklü saç düzümləri
İncəsənət xadimləri mükafatlandırıldılar- SİYAHI.
Yemək bişirərkən edilən səhvlər
Ana və qız arasında konflikt: necə davranmalı?














