Xalq artisti Emin Ağalarov Bakıda media nümayəndələri ilə görüşüb. Tədbirdə müğənni Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə yer alıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Emin Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəməsindən bəhs edib. “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş tədbirdə Ağalarovka yanaşı Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib.
Emin qeyd edib ki, məqsədi Azərbaycanda narkotiklə bağlı problemlərin həllinə dəstək olmaqdır:
"Azərbaycanı çox sevirəm. Ölkəmdə narkotik probleminin həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, özüm narkotikdən istifadə etməmişəm. Bunu böyük uğur hesab edirəm. Çünki işlədiyim sahədə bu, yayılmış bir haldır. 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar. Bu işdə dövlət də mənə dəstək göstərəcək".
Pavel narkotikdən müalicə olunanlarla görüşündən söz açıb:
"Mərkəzə gedəndə müalicə olananlarla tanış oldum. Böyük dərdlər gördüm. Özümün böyük gördüyüm problemlərin əslində, heç nə olduğunu anladım. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Biz narkotik istifadəçilərinə kömək etməyə çalışırıq. Düzdür, bir çoxları narkotikə güc gələ bilmir".
Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikov bir vaxtlar narkotik istifadəçisi olduğunu deyib:
"Elə bir narkotik növü yoxdur ki, ondan istifadə etməyim. Asılılıqdan xilas olmaq çətin idi, amma bacardım. Mənə heç bir həkim kömək edə bilmədi. Özümdə güc topladım və bu bəladan xilas oldum. Rusiyada da narkotik çox yayılıb. Bizə müraciət edənlər arasında məşhurlar belə var. Bir çoxları narkotik bəlasından xilas olur, bəzilərinin isə buna iradəsi çatmır.
Təşkilat narkomaniya və alkoqolizmlə mübarizə ilə məşğuldur. Bizim işimiz qeyri-kommersiya üzərində qurulub. Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycanda müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar".
XƏBƏR LENTİ
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Hadise yenə "hadisə" yaratdı-FOTO
Gözlərinə tütün basanlar
Alimlərdən yeni infeksiya barədə XƏBƏRDARLIQ
Pensiyalarda artım olub - Nazirlik
Saç düzümləri
Ecazkar xanımlar üçün
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
HAVA necə olacaq?-17 dekabr
"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)
Dünyanın ən gözəl qadınları
Sizin evliliyiniz hansıdır?
“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”
Bakı bulvarında pulsuz yenilik
"Rossiya 24" telekanalında Mehriban Əliyevaya həsr olunmuş film nümayiş etdirilib
Əli Abbasov universitetinin ilk tələbələrinə notebook hədiyyə etdi
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Lotereyada $4 milyon uddu
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Artıq çəkidən azad olmağın yolları
Üzüm suyu hansı xəstəliklərin dərmanıdır?
Ölkədə ucuzlaşma başladı
Hündürdaban ayaqqabılar oynaq ağrılarına səbəb olur
TƏBİB sədri həftəsonu ilə bağlı vətəndaşlara müraciət etdi
Dollar 90 qəpik olacaq
ANS-Iə bağlı daha bir məhkəmə QƏRARI - YENİLƏNİB
Çoxlu süd içmək ürək-damar xəstəlikləri riskini artıra bilər
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Sabah yaz havası olacaq
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Ər arvadın oruc tutmasına mane ola bilərmi?
Yas qadağası üçün qanun qəbul ediləcək
Şuşanın dağları düşmənlə dolu
Zelenskinin oğlu koronavirusa yoluxdu
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Yay aylarında formada qalmaq üçün nə yeməli?
Milli Televiziya və Radio Şurasının yeni sədri məlum oldu
Təbiətdən faydalanaq
Dəri niyə quruyur?
Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
Heydər Əliyev tərxis olundu - FOTO
Yeni qeyri adi “karantin” çellencinə start verildi - FOTO
Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq - RƏSMİ
Azərbaycanda kişilər və qadınlar daha çox hansı yaşlarda nikaha girirlər?
Fərqi özünüz görün
54 yaşlı balıqçı pişiyi ilə ölümdən qurtuldu - FOTO
Hadisedən yeni FOTOsessiya
Pəhrizi pozan bəhanələr
Şəkərbura (foto-resept)














