Trend. Az-ın məlumatına görə, Moldovanın ombudsmanı Aurelia Qriqoriu “Yeni Müsavat”a müsahibə verib. - Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Azərbaycan qanunun aliliyini real olaraq, gündəlik tətbiq etməyə can atmaqla, demokratik inkişaf yolunu seçib. Xüsusilə də, Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə ki, hər şey hamar deyil. Ancaq problemlərin, səhvlərin müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir.- Azərbaycanı ziyarət etməklə mən Azərbaycanda insanların Dağlıq Qarabağ münaqişəsindən, qaçqınlardan və soyqırımdan ağrıyla bəhs etmələrinə şahid oldum və bundan çox təsirləndim. Təəccüblüdür ki, Azərbaycanda bu mövzularda danışılanda biz müxtəlif beynəlxalq nümayəndəliklərin təmsilçilərinin həyəcanlı reaksiyasını eşidirik. Ancaq sizin ölkənizin hüdudlarından kənarda bu mövzudan israrla yan keçməyə çalışırlar. Əlbəttə ki, bu fakt anlaşılmazlıq yaradır. Mən ombudsman olaraq, dondurulmuş münaqişələr mövzusuna insan haqlarının pozulması prizması üzərindən nəzər salmağa çalışdım. Mənim tərəfimdən, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına dair konkret faktlar səsləndirilmişdi. İnsan haqlarının pozulması hallarına daha çox məhz Ermənistan tərəfindən yol verildiyindən mən də həmin faktlar üzərində geniş təfsilatı ilə dayandım. Əlbəttə ki, bu, tədbirin ev sahiblərinin xoşuna gəlmədi. Amma mən əminəm ki, hüquq pozuntularının identifikasiyası olmadan yola davam etmək mümkün deyil. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının və BMT-nin Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilmədən Qafqazda demokratiyanın insan haqlarının mütləq şəkildə qorunmasıyla inkişaf etdirilməsi də qətiyyən mümkün olmayacaq.- İrəvanda, 40-dan artıq ölkənin nümayəndələrinin iştirakıyla keçirilən bir beynəlxalq forumda çıxış edərkən mən hətta təsəvvür belə etməzdim ki, bu il Avropa Nazirlər Kabinetinə sədrlik edən Ermənistan tərəfindən mənim ünvanıma belə güclü hədə-qorxu hücumu olacaq. Halbuki beynəlxalq konfransın mövzusu da elə məhz qanunun aliliyinin Avropa standartlarının müzakirə edilməsi ilə bağlı idi. Ancaq Ermənistan nümayişkaranə şəkildə göstərdi ki, onun üçün beynəlxalq sənədlərin və İnsan haqları barədə Konvensiyanın tələbləri deyil, məhz milli ambisiyalar əsas prioritetdir.- Etdiyim çıxışdan sonra başıma gələnlər haqqında artıq bir neçə dəfə müsahibələrimdə danışmışam. Həmin hadisələr məndə dərin psixoloji sarsıntı, zədə buraxıb. Düzünü desəm, mən həmin hadisələri daha çox mümkün qədər tez bir zamanda unutmaq istərdim. Təşkilatçılar mənə israrla şam yeməyi ilə müşayiət ediləcək qəbula gəlməməyi məsləhət görürdülər. İyulun 5-də mətbuatda mənim şəklimlə yanaşı, Ermənistana gələn bütün hüquq müdafiəçilərinin, vəkillərin və ombudcmanların güllələnməklə fiziki cəhətdən məhv edilməsinə dair çağırışlar çap edilmişdi. Fotonu və çağırışı elə yerləşdirmişdilər ki, buna cəhd edənlər, yəqin ki, səhv salmayacaqdılar. Otelin girişində bir neçə qrupdan ibarət karabinçilər gəzişirdilər. Mənə Ermənistan ombudsmanının təşkil etdiyi şam yeməyinə də getməməyi məsləhət gördülər. Telefonla və sosial şəbəkələr üzərindən edilən təhdidlər isə ara vermədən daxil olmaqda davam edirdi. Bütün bunların fonunda üstəlik, məni hava limanına çatdırmaqdan da imtina etmişdilər. Moldova Konstitusiya Məhkəməsinin sədri Viktor Popa məni otelin kandarında buraxaraq, hava limanına getdi. Bundan dərhal sonra facebookda mənə xəbərdarlıq mesajı göndərildi ki, “Bu, məni gözləyən sonuncü ”sürpriz" deyil". Yalnız Avropa Birliyi ölkəsinin - Rumıniyanın diplomatlarının müdaxiləsindən və Gürcüstanın konsulunun birbaşa köməyindən sonra mənim Ermənistanı tərk edə bilməyim mümkün oldu. - Mən ərim Dmitriyə və anama çox minnətdaram. Çünki onlar mənim həmin çıxışla bağlı bir saniyə belə, təəssüflənməyim üçün heç bir, hətta ən xırda əsas belə, vermədilər. Mənim bütün çoxsaylı doğmalarımın, yaxın və uzaq qohumlarımın hamısı məni dəstəklədilər. Hətta mənim çoxdan xarici ölkələrdə yaşayan qohumlarım və dostlarım da zəng edərək hər birisi məndən öz mövqeyimdən geri çəkilməməyi xahiş edirdilər.
Mənbə: Simsar.Az
XƏBƏR LENTİ
Uşaqlarda burun qanaxması
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Heç bitməyəcək ana-qız qarşıdurması!
Bakıda nəhəng Yeni il yolkası quraşdırıldı
Cinayətkarlar təbii fəlakət qurbanlarının dadına çatdılar
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Onlar da nişanlandılar-FOTO
Ağdamda Pənahəli xan sarayı erməni işğalından əvvəl və sonra... - FOTO
Daha nəyin qiyməti qalxdı?
Məşhur müğənni plastik əməliyyata 30 min xərclədi - FOTO
20 il müstəmləkəçiliyə qarşı mübarizə aparmış Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi
Makiyajla özünü istədiyi adama oxşada bilir
Tarixdən...(2)
Qiyamət bunkeri
Dekorasiya ideyaları
Qız toyu üçün gəlinliklər
Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdi
“WhatsApp”dan yenilik – Rəngli olacaq
Dünya savaşı başlayır
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
"Qarabağ" rəqibini darmadağın etdi
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Nanə çayının faydaları
Qeyri-adi ayaqqabılar
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Avropada ilk sualtı restoran tikiləcək
Xəyanət siqnalları
Arzular gerçəkləşir
Nikol Kidmanın ilham verən tərzi
Maskalar və gözəllik sirləri (I hissə)
Gözəl ayaqqabı modelləri
Hadisə bacısını belə təbrik etdi
İşarət dili ilə şeirlər deyir, hətta mahnılar oxuyur-VİDEO
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
AzTV-də Rəsulzadənin real görüntülərinin yer aldığı film nümayiş olunacaq - VİDEO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
“Sədərək”dəki sahibkarlar bir müddət icarə pulu ödəməyəcək
Azərbaycanlı zəvvarların ilk qrupları Ciddə şəhərinə çatıb
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
Düyülü kabak yeməyi (foto-resept)
Soyuqdəyməni bir günə necə çıxarmalı?
Qadın rekorda imza atdı - VİDEO
Sobada ətli rulet (foto-resept)
Saç uzadan maska
Britni Spirs izləyicilərini heyran etdi-VİDEO
Cins şalvarla geyinmək üçün pencək seçimi
Bir ilə 8 milyon qazanan qadın mətbuat katibi...
Sabah nadir təbiət hadisəsi görəcəyik















- ŞƏRHLƏR