Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün təhlükəli də ola bilər.
Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır:
— travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını “qurdalayaraq” onu zədələyirlər);
— buruna yad cicmin düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq həkiminə göstərmək lazımdır;
— uşağın uzun müddət ərzində günəş altında olması.
Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun qanaxmasının da baş verməsi – onun tez bir zamanda həkim hematoloq tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial təzyiqin yüksəlməsinin əlaməti ola bilər.
Burun qanaxmasını saxlamaq üçün, bədənini bir qədər önə əymək şərti ilə uşağı otuzdurmaq lazımdır. Heç bir halda uşağı uzandırmaq və ya başını xeyli arxaya tərəf əymək olmaz. Çünki bu zaman qan udlaq vasitəsilə yemək borusuna və ya daha qorxulu hal hesab edilən nəfəs borusuna axa bilər. Qan axan burun yoluna 3%-li hidrogen peroksid məhlulunda (və ya adicə soyuq suda) isladılmış zolaq şəkilli tənzif parçası daxil etmək, daha sonra isə burun pərlərindən yuxarı olmaqla burunun yumşaq hissəsini 5 dəqiqə ərzində barmaqlarınızla sıxmaq (iri yaşlı uşaqlar bunu özləri də edə bilərlər) lazımdır. Qanaxma davam edərsə, burunu daha 10-15 dəqiqə ərzində sıxıb saxlamaq lazımdır. Qanaxma dayandıqdan sonra tənzif zolağını burundan xaric etmək üçün onu pipet ilə bir qədər islatmaq lazım gəlir.

Burun qanaxması zamanı uşaqlar üçün olan damardaraldıcı burun damcıları (naftizin, nazol bebi və s.) da bu halda yaxşı kömək edir. Əgər uşaq qrip, KRVİ ilə xəstə deyilsə, burunun üst hissəsinə hər hansı bir soyuq (burun boşluğunda olan damarların sıxılması üçün) əşya (məsələn, sellofan paketdə olan buz kubları, soyuducuda olan və sellofan paketə və ya əskiyə bükülmüş hər hansı donmuş məhsul) qoymaq olar. Bu zaman uşağa danışmağa, öskürməyə, burnunu çəkməyə də icazə verməyin!
Uşaqda burun qanaxması güclü olarsa və görülən tədbirlərə baxmayaraq onu saxlamaq mümkün olmazsa, tez bir zamanda “təcili yardım” çağırmaq və ya uşağı yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq lazımdır!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sakit okeanın sehri
Günün qoroskopu: ən sadə problemlərin həlli çox vaxt alır
Soçi bitdi, savaş olacaq?
İlk şəkillər
Uşaqlarda normal temperatur
“Koronavirusun yeni növü qorxulu deyil” - AÇIQLAMA
Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA
Qüsurları ilə mükəmməl görünən modellər
Əhməd Ağayevin anım günüdür
Kənan Doğuludan BOŞANMA AÇIQLAMASI
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Hazal Kayadan gözlənilməz addım
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir”
Danimarka Bakıya 65 idmançı göndərir
Həkimlə ünsiyyət qorxusu
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
İlham Əliyev ailəsi ilə bayramı belə qeyd etdi - FOTOLAR
"Göbələk" tortu (foto-resept)
Afina küçələrində sənətkarlıq nümunələri
Pensiyamız arta bilər
Kuba səmasında meteorit partladı - FOTO
Günün ulduz falı
Dünya tibb elmində ilk
Duza qoyulmuş armud(foto resept)
Günün qoroskopu: Məsuliyyətli gündür
Nə üçün heç kimlə tanış ola bilmirəm? (1-ci hissə)
Gözəl donlar
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Bu il iPhone sahibləri nə qədər pul xərclədilər?
İlham Əliyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
Günün ulduz falı
Avropanın halı nə olacaq?
Ağıllı uşaqların valideynlərinin nəzərinə!
Ayrıldıqdan sonra estetik əməliyyat etdirdi-FOTO
“28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq
Bu şəxslərin maaşları artacaq
Hansı halda tullantıları atmağa icazə var? - RƏSMİ
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil
Heyvanların da duyğuları var
Lukaşenko da Putinə "yox" dedi
Tap və Qazan!
Azərbaycanlı zəvvarların ilk qrupları Ciddə şəhərinə çatıb
Ermənilər torpağımıza soxulmaq istədilər: zabit və əsgərimiz şəhid oldu
Süfrənizdəki düşmən
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 xəstə öldü















- ŞƏRHLƏR