Qadin.NET / “Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”

“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”

 

“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”

Trend. Az-ın məlumatına görə, Moldovanın ombudsmanı Aurelia Qriqoriu “Yeni Müsavat”a müsahibə verib. - Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Azərbaycan qanunun aliliyini real olaraq, gündəlik tətbiq etməyə can atmaqla, demokratik inkişaf yolunu seçib. Xüsusilə də, Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə ki, hər şey hamar deyil. Ancaq problemlərin, səhvlərin müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir.- Azərbaycanı ziyarət etməklə mən Azərbaycanda insanların Dağlıq Qarabağ münaqişəsindən, qaçqınlardan və soyqırımdan ağrıyla bəhs etmələrinə şahid oldum və bundan çox təsirləndim. Təəccüblüdür ki, Azərbaycanda bu mövzularda danışılanda biz müxtəlif beynəlxalq nümayəndəliklərin təmsilçilərinin həyəcanlı reaksiyasını eşidirik. Ancaq sizin ölkənizin hüdudlarından kənarda bu mövzudan israrla yan keçməyə çalışırlar. Əlbəttə ki, bu fakt anlaşılmazlıq yaradır. Mən ombudsman olaraq, dondurulmuş münaqişələr mövzusuna insan haqlarının pozulması prizması üzərindən nəzər salmağa çalışdım. Mənim tərəfimdən, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına dair konkret faktlar səsləndirilmişdi. İnsan haqlarının pozulması hallarına daha çox məhz Ermənistan tərəfindən yol verildiyindən mən də həmin faktlar üzərində geniş təfsilatı ilə dayandım. Əlbəttə ki, bu, tədbirin ev sahiblərinin xoşuna gəlmədi. Amma mən əminəm ki, hüquq pozuntularının identifikasiyası olmadan yola davam etmək mümkün deyil. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının və BMT-nin Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilmədən Qafqazda demokratiyanın insan haqlarının mütləq şəkildə qorunmasıyla inkişaf etdirilməsi də qətiyyən mümkün olmayacaq.- İrəvanda, 40-dan artıq ölkənin nümayəndələrinin iştirakıyla keçirilən bir beynəlxalq forumda çıxış edərkən mən hətta təsəvvür belə etməzdim ki, bu il Avropa Nazirlər Kabinetinə sədrlik edən Ermənistan tərəfindən mənim ünvanıma belə güclü hədə-qorxu hücumu olacaq. Halbuki beynəlxalq konfransın mövzusu da elə məhz qanunun aliliyinin Avropa standartlarının müzakirə edilməsi ilə bağlı idi. Ancaq Ermənistan nümayişkaranə şəkildə göstərdi ki, onun üçün beynəlxalq sənədlərin və İnsan haqları barədə Konvensiyanın tələbləri deyil, məhz milli ambisiyalar əsas prioritetdir.- Etdiyim çıxışdan sonra başıma gələnlər haqqında artıq bir neçə dəfə müsahibələrimdə danışmışam. Həmin hadisələr məndə dərin psixoloji sarsıntı, zədə buraxıb. Düzünü desəm, mən həmin hadisələri daha çox mümkün qədər tez bir zamanda unutmaq istərdim. Təşkilatçılar mənə israrla şam yeməyi ilə müşayiət ediləcək qəbula gəlməməyi məsləhət görürdülər. İyulun 5-də mətbuatda mənim şəklimlə yanaşı, Ermənistana gələn bütün hüquq müdafiəçilərinin, vəkillərin və ombudcmanların güllələnməklə fiziki cəhətdən məhv edilməsinə dair çağırışlar çap edilmişdi. Fotonu və çağırışı elə yerləşdirmişdilər ki, buna cəhd edənlər, yəqin ki, səhv salmayacaqdılar. Otelin girişində bir neçə qrupdan ibarət karabinçilər gəzişirdilər. Mənə Ermənistan ombudsmanının təşkil etdiyi şam yeməyinə də getməməyi məsləhət gördülər. Telefonla və sosial şəbəkələr üzərindən edilən təhdidlər isə ara vermədən daxil olmaqda davam edirdi. Bütün bunların fonunda üstəlik, məni hava limanına çatdırmaqdan da imtina etmişdilər. Moldova Konstitusiya Məhkəməsinin sədri Viktor Popa məni otelin kandarında buraxaraq, hava limanına getdi. Bundan dərhal sonra facebookda mənə xəbərdarlıq mesajı göndərildi ki, “Bu, məni gözləyən sonuncü ”sürpriz" deyil". Yalnız Avropa Birliyi ölkəsinin - Rumıniyanın diplomatlarının müdaxiləsindən və Gürcüstanın konsulunun birbaşa köməyindən sonra mənim Ermənistanı tərk edə bilməyim mümkün oldu. - Mən ərim Dmitriyə və anama çox minnətdaram. Çünki onlar mənim həmin çıxışla bağlı bir saniyə belə, təəssüflənməyim üçün heç bir, hətta ən xırda əsas belə, vermədilər. Mənim bütün çoxsaylı doğmalarımın, yaxın və uzaq qohumlarımın hamısı məni dəstəklədilər. Hətta mənim çoxdan xarici ölkələrdə yaşayan qohumlarım və dostlarım da zəng edərək hər birisi məndən öz mövqeyimdən geri çəkilməməyi xahiş edirdilər.

 

Mənbə: Simsar.Az

22 sentyabr 2013
GO BACK