Qadin.NET / Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO


Xalq artisti Emin Ağalarov Bakıda media nümayəndələri ilə görüşüb. Tədbirdə müğənni Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə yer alıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Emin Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəməsindən bəhs edib. “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş tədbirdə Ağalarovka yanaşı Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib. 

Emin qeyd edib ki, məqsədi Azərbaycanda narkotiklə bağlı problemlərin həllinə dəstək olmaqdır:

"Azərbaycanı çox sevirəm. Ölkəmdə narkotik probleminin həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, özüm narkotikdən istifadə etməmişəm. Bunu böyük uğur hesab edirəm. Çünki işlədiyim sahədə bu, yayılmış bir haldır. 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar. Bu işdə dövlət də mənə dəstək göstərəcək".

Pavel narkotikdən müalicə olunanlarla görüşündən söz açıb:

"Mərkəzə gedəndə müalicə olananlarla tanış oldum. Böyük dərdlər gördüm. Özümün böyük gördüyüm problemlərin əslində, heç nə olduğunu anladım. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Biz narkotik istifadəçilərinə kömək etməyə çalışırıq. Düzdür, bir çoxları narkotikə güc gələ bilmir". 

Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikov bir vaxtlar narkotik istifadəçisi olduğunu deyib:

"Elə bir narkotik növü yoxdur ki, ondan istifadə etməyim. Asılılıqdan xilas olmaq çətin idi, amma bacardım. Mənə heç bir həkim kömək edə bilmədi. Özümdə güc topladım və bu bəladan xilas oldum. Rusiyada da narkotik çox yayılıb. Bizə müraciət edənlər arasında məşhurlar belə var. Bir çoxları narkotik bəlasından xilas olur, bəzilərinin isə buna iradəsi çatmır.

Təşkilat narkomaniya və alkoqolizmlə mübarizə ilə məşğuldur. Bizim işimiz qeyri-kommersiya üzərində qurulub. Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycanda müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar".

Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO

Emin Etiraf Etdi-FOTO


30 may 2019
GO BACK