Qoç - Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar.
Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar.
Buğa - Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun.
Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Buğalar üçün gözəl perspektivlər yaranır.
Əkizlər - Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.
Yeni layihələrə başlamaq olar. Amma onlar da öz növbəsində yeni bir sahənin öyrənilməsinə yönəlsə, pis olmaz. Bir çox Əkizlər həyati dərslər alacaq, dəyərli təcrübə toplayacaqlar. Günün ikinci yarısını yaxınlarınızla keçirməyiniz məsləhətdir.
Xərçəng - Bir çox Xərçənglər bu gün qeyri-adi qərarlar verəcək, həyatlarını müəyyən qədər dəyişəcəklər. Yeni zirvələr fəth etməkdə onlara mane olan əlaqələri qırıb, vərdişləri tərgitməkdə bu gün qərarlısınız. Məqsədyönlülüyünüz ətrafınızdakılara həddən ziyadə görünə bilər, ancaq məhz onun sayəsində istədiyinizi alacaqsınız.
Sahibkarlıq fəaliyyətində bəxtiniz gətirir, çox sərfəli sövdələr bağlaya bilərsiniz. Olsun ki, köhnə borclarınızı qaytarsınlar. Həmçinin heç gözləmədiyiniz mənbədən pul ala bilərsiniz. İri alış-veriş etmək olar.
Şir - Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir.
Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın - gözləriniz ciddi zədə ala bilər.
Qız - Sizin qətiyyətiniz heyrət doğurur. Məhz onun sayəsində başqalarının uduzduğu yerdə siz qələbə qazanırsınız. Təşəbbüs göstərin, ideyalarınızı reallaşdırmağa çalışın. Hər zaman tərəfdaş tapmaq olmur, ancaq siz elə təkbaşına da əla nəticələr qazanırsınız.
Yaxınlarınızla münasibətləriniz yaxşılaşır: fikir ayrılıqlarına son qoya, güzəşt əldə edə bilirsiniz. Köhnə əlaqələrin bərpası üçün münasib gündür. Yeni bir eşq macərası da başlaya bilər - hər şey sizin özünüzdən asılıdır.
Tərəzi - Gərginlik artır: xeyli yeni tapşırıq alırsınız, üstəlik, rutin problemlərin həlli də xeyli vaxtınızı alır. Bir çox Tərəzilərin onlar üçün gerçəkdən də maraqlı olan işlərə sadəcə vaxtları qalmayacaq. Yalnız çox intizamlı və çevik Tərəzilər bütün işlərin öhdəsindən gələ biləcəklər.
Yeni, irimiqyaslı və mürəkkəb layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Birgə layihələr isə istisnadır: həmkarlarınızın, iş ortaqlarınızın, dost və qohumlarınızın köməyi ilə dağı dağ üstə qoya bilərsiniz. Təbii ki, əgər buna həvəsiniz varsa.
Əqrəb - Gücünüzün, yaxud enerjinizin azlığından şikayət etməyəcəksiniz. İstənilən maneəni dəf edə, istənilən məsələnin öhdəsindən gələ bilərsiniz. Planlaşdırın: bir çox şey məqsədləri nə dərəcədə düzgün təyin etməyinizdən asılıdır. Şöhrətpərəst Əqrəblər işdə vəzifələrinin artmasına nail ola bilərlər.
Eyhamlardan qaçır, sizi narahat edən şeylər barədə açıq danışırsınız. Bu, şəxsi problemləri tez həll etməyə, qarışıqlıqdan qurtulmağa kömək edir. Ancaq zarafatlarınız çox sərtdir, onlar yaxınlarınızı kədərləndirir.
Oxatan - İstənilən müştərək iş üçün uğurlu gündür. Nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışın - bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda çox köməyiniz olar. Ənənələri pozmaq, eksperimentlər aparmaq məsləhət deyil. Yaxşı olar ki, yoxlanmış metodlardan istifadə edəsiniz.
Romantik macəralar mümkündür. Sizi maraqlandıran adamları tez bir zamanda özünüzə aşiq edirsiniz, eyni zamanda da tez də vurulursunuz. Artıq müəyyən münasibətləri olanlar isə bu əlaqələrini daha ehtiraslı etməyə, ona yeniliklər gətirməyə tələsəcəklər.
Oğlaq - Şəxsi xarakterli problemlər önə çıxır, iş məsələləri isə arxa plana keçir. Vəzifələrinizi yerinə yetirməyə həvəsiniz yoxdur, bu səbəbdən də gərək nəticədən şikayətlənməyəsiniz. Bu, ciddi itkiyə yol açmayacaq, bir qədər sonra bu gün başlayıb, bitirə bilmədiyiniz işləri yekunlaşdıracaqsınız.
Evdə səliqə-sahman yaratmağa çalışın: əşyaları öz yerlərinə yığmaqla həm onların lazımsız olanlarından, həm başınızdakı pis fikirlərdən qurtulursunuz. Ciddi söhbətlər, müzakirələr və vacib məsələlərin həlli üçün uğurlu gündür.
Dolça - Daha vacib hadisələr şəxsi həyatınızda baş verir və ilk növbədə onlara diqqət yetirin. Xoşbəxtlikdən, işdəki şərait buna imkan yaradır. Məsləhətləri dinləyin, xüsusilə əgər bunları qadınlar verirlərsə: çox faydalı sözlər eşidəcəyinizdən əmin olun. Pul ala bilərsiniz. Bəzi Dolçalar bir anda bütün maliyyə məsələlərini çözə bilmək üçün şans qazanacaqlar.
Köçmək, yaxud uzunmüddətli planlaşdırma barədə düşünmək olar. Uzun müddət sizi narahat edən sualların cavabını tapa bilərsiniz.
Balıqlar - Qohumlarınızla münasibətlərinizə diqqət edin, yaxınlarınızın qayğısına qalın. Şəxsi və ailə məsələləri bu gün birinci yerdədir. Bəzi Balıqlar özlərini tamamilə ev işlərinə həsr edəcək, iş yeri və əyləncə barədə unudacaqlar. Səfərlərə gedərkən nəzərə alın ki, onlar gözlənildiyindən daha uzun sürə bilər.
Axşamı qeyri-formal ünsiyyətə həsr etmək olar. bu zaman nüfuzlu insanlarla da görüşə bilərsiniz. Ətrafınızdakılar sizin hansısa çoxdankı qələbə və ya nailiyyətlərinizi yada sala bilərlər. Qazandığınız təcrübə və bilikləriniz bu gün çox karınıza gələcək
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Qurban ətini satmaq olmaz"
"Qanlı Yanvar" Braziliyada diplom aldı
Uşaq istəyən aspirin içsin?
Məşhur rus modeldən Ronaldo ilə bağlı şok iddia… - FOTO
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Köhnə kitablar üzərində rəsm əsəri
"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
Sadə Truffle (foto resept)
WhatsApp-dan xəbər var
Günün ulduz falı
Günün ulduz falı
Qəribə adət: kimin qarnı yekədirsə, o...
Ərdoğan vəzifəsindən getməyə hazırdır
Müəllim işləmək istəyənlər üçün test imtahanına başlanılır
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
Tanış olun: BMW 4-Series Gran Coupe
Kirpiklər üçün tuş seçimi
Günün ulduz falı
Məkkəgülü çayı
Keçiyə yun yapışdırıb qoyun adıyla satdılar - VİDEO
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
Erməni türk sərhədi açılır?
İtalyan pizzası (foto resept)
Onlar qardaş imiş - FOTO
“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
Ermənistan ordusu atəşkəsi bir gündə 196 dəfə pozdu
İrem Derici kameralardan qaçdı-"SƏBƏB"
Azərbaycan boksçusu dünya üçüncüsü oldu
HAVA necə olacaq?-9 FEVRAL
Gün var əsrə bərabər: ötənləri yada salaq
Çuğundurun faydaları
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
1 aya 4 kiloqram arıqlamaq üçün...
Səhhəti pisləşən Fikrət Qocadan xəbər var
Gülşən çanta üstündə məhkəməlik oldu
Forer effekti
İslandiyada Türkiyə millisinə böyük hörmətsizlik
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Balalarını udan qurbağa
Günün qoroskopu:Diqqətli olun!
Burun tüklərinizi qopartmayın, ölə bilərsiniz! - HƏKİM RƏY
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Badımcan sırdağı (foto resept)
Alimlərdən İNANILMAZ ARAŞDIRMA-FOTO
İngilis dili - B (3)
Alişan və Buse yeni FOTO paylaşdı
- ŞƏRHLƏR