Bakıda mənzillərin qızdırılması üçün mərkəzi isitmə sistemi - rayon qazanxanaları var, yeraltı kəmərlər vasitəsi ilə isti su evlərə ötürülür.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu sözləri "Azəriqaz"ın sabiq idarə rəisi, ekspert Nüsrət Qasımov deyib.
Onun sözlərinə görə, Bakıda daha bir qızdırıcı vasitə fərdi kombi sistemidir:
"Bu zaman hər mənzil sahibi özü su qızdırıcısı quraşdırır. Bununla da ev istiliklə təmin olunur. Ancaq rayon qazanxanaları artıq özünü doğrultmur.
Qış-yaz mövsümü ardıcıllığı çoxdan aradan qalxıb. O qayda sovet vaxtında qoyulmuşdu, noyabrın 15-dən etibarən qış mövsümünə keçid edilirdi, qazın təzyiqi artırılırdı, isitmə sistemi işə düşürdü. Ta aprel ayınadək. İndi belə bir təqvim mahiyyətini itirib. Bəlkə elə noyabr ayının 10-da qar yağdı, çovğun oldu? Bina sakinləri sətəlcəm olub ölməlidirlər?
"Azəristiliktəchizat" isə deyir ki, hələ qərar verilməyib, noyabrın 15-dən tez istilik təminatına başlaya bilmərik. Bu, abonentlərin hüququnun pozulmasıdır. Binaların istilik təchizatı elə qurulmalıdır ki, əhali istədiyi vaxt istədiyi istiliyi əldə edə bilsin. Əvəzində isə pulunu ödəsin.
Bir məsələ də var. Rayon qazanxanlarından 5-10 kilometr uzaqlıqda olan binalara lazımı istilik çatmır. Temperatur düşdükcə, batareyalardakı temperatur qalmalıdır. Bizdə isə tərsinədir.
Belədə əhali başqa uğursuz alternativ variantlardan istifadə edir. Məsələn, qaz sobasının üstünə dəmir qoyurlar ki, ev isinsin. Halbuki bu, çox təhlükəlidir. Eləcə də bizim ölkə standartlarına uyğun olmayan İran sobaları... Onlar İran standartlarına uyğundur.
İran şəbəkəsində qazın təzyiqi 178 millimetrə bərabərdir. Bizim şəbəkədə optimal təzyiq 130 millimetrdir. Bu fərqi aradan qaldırmaq üçün usta çağırıb, borularını deşib xarab edirlər. Sobanın iş rejimi pozulur və karbon 4 oksid əvəzinə karbon monoksid xaric olur. O da zəhərlidir və 7 dəqiqədən 30 dəqiqəyə qədər insanların həyatına son qoyur. Əgər bir evə 0,1 faiz dəm qazı yığılıbsa, artıq zəhərlənmə baş verə bilər".
Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə qurumun bütün qazanxanalarının işlədiyini bildirib:
"Mənzilləri qızdıra biləcək bütün texniki parametrlərə uyğun istilik verilir. Kimin mənzilində, binanın daxilində problem varsa, artıq bu, həmin binanın, mənzilin öz işidir. Mənzil yiyəsi bizə müraciət etsin, mütəxəssis göndərək. Onlara müəyyən texniki dəstək verək, maarifləndirmə aparaq ki, problem nədədir.
Bəzi insanlar balkonu evə birləşdirir, batareyaların yerini dəyişir. Qızdırıcı sistemdə dönmələrin sayı nə qədər çox olsa, temperatur zəifləyir. Bizim məhəllədaxili və rayon qazanxanalarımız işləyir. Rayon qazanxanalarının üstündə 130-140 yaşayış binası, məktəb, bağça var. Bunlarda istilik oldu, yaşayış binalarında olmadı?
Yaxud kim deyirsə, bizdə istilik yoxdur, yoxlasaq, həmin evdən qonşu blokda normal istilik müşahidə edəcəyik. Deməli, onlar mənzildaxili texnoloji ardıcıllığı pozublar.
Düzdür, ola bilər, nadir hallarda qazın təzyiqi az olanda istilik zəifləsin. Bu da bütün binalarda eyni səviyyədə hiss ediləcək.
90-cı illərdən sonra fikir verilməməsi səbəbindən ölkədə istilik sistemi tamamilə sıradan çıxdı. 2005-ci ildə "Azəristiliktəchizat" yaranandan sonra demək olar ki, işi sıfırdan başladıq. 70-80-ci illərdə tikilən binalarda mənzildaxili sistem hələ də qalıb. Hansılarda vətəndaşlar bir araya gəlib, boruları mütəxəssislərin nəzarəti altında bərpa ediblər, onlarda temperatur əladır.
Hansılar ki, küçədən usta tutub, usta da ucuz başa gəlsin deyə borunun diametrini düzgün götürməyib, ardıcıllığı düzgün yerinə yetirməyib, o mənzillərin bu gün də problemi qalmaqdadır.
Binadaxili istilik sistemləri bina və mənzil mülkiyyətçilərinin balansındadır. İstilik xətlərinin təmiri, bərpası mülkiyyətçilər tərəfindən həyata keçirilməlidir. İstənilən ustanı tutub, həmin işləri gördürə bilərlər.
Biz yalnız pulsuz şəkildə mühəndis texniki dəstək verə bilərik ki, standartlar necədir, hansı ardıcıllıqlar var... Yəni rəsmi şəkildə biz heç kimdən pul alıb, iş görmürük".
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi