Bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun 47 maddədən ibarətdir, bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir.
Yaşa görə, əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində təklif olunan dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.
Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinə təklif edilən dəyişikliyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Milli.Az
XƏBƏR LENTİ
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
"The Pussycat Dolls" qrupu 10 il sonra yenidən birlikdədir
Can Yamanın serialı təxirə salındı-SƏBƏB
Puldan daha əhəmiyyətli olan...
Günün ulduz falı
Göz şişkinliyini yox edən 9 təklif
Qadin.Netlə birlikdə hamiləlik (26-cı həftə)
"Barselona"nın ulduzu türklərdən üzr istədi
Gələn il neçə gün bayram edəcəyik?
Məşhur aktrisa öldü-FOTO
"Avtovağzal" stansiyasında eskalator və travolatorlar quraşdırılır
ABŞ Leninin nəşini almaq üçün hərəkətə keçdi - Milyonlarla dollar toplandı
Azərbaycanda çox sayda dərman yararsız çıxdı
Həftə sonunun HAVAsı
Ziddiyyətli ata sözləri
Qaydaları pozanlar cərimə olunacaq! - RƏSMİ
Demet Akalın Serenay və Cem Yılmaz münasibətinə söz atdı
ATƏT üzvləri cəbhədə
Orqanizmini yaxından tanı
Ofis işçiləri darıxanda
Kosmosa danışan robot göndərildi
Paxlava yuxasından hazırlanan börək (foto resept)
5 dəqiqəyə daha arıq görünün
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Bakıda koronavirusun ən çox yayıldığı rayonlar - SİYAHI
8 may - Şuşanın işğal günüdür!
Bakıya QAR yağacaq?
Qırışları aradan qaldıran maska
Uşağım söyüş söyür
HAVA necə olacaq?-5 Sentyabr
Zabit Səmədovdan daha bir qələbə
Günün qoroskopu:Sizi xoş anlar gözləyir
Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq
Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib
Katarakta xəstəliyi
Bu günün hava proqnozu
Dünyanın ən müasir həbsxanası - FOTO
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər edilir
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Həkimlərin evə getməsinə qadağa qoyuldu, hotellərdə məskunlaşacaqlar
Wikipedia 250 redaktorla vidalaşdı
Balqabaqlı yemək (foto-resept)
Mətin Şəntürk
Bu telefonlarda “WhatsApp” işləməyəcək
Azərbaycanda daha bir qadağa ləğv olundu
Dünyanın ilk trilyoneri o ola bilər
Məşhurların gəlin saç modelləri
"Bakinternet" çökdü
Balıq ətli tərəvəz kotleti (foto resept)
Prezident əsgərlərə hədik payladı














