Əslən Livandan olan Şaker və Raxiji Dabaqi (sonradan ingiliscə dəyişdirilmiş DeBakey) ailəsində böyüyən beş övladdan biri də Maykl idi. Onun tibbə marağı atasının əczaxanasından başlamışdı, anası dərzi olduğuna görə övladlarına tikiş, toxuma və hörmə sənətinin sirlərini öyrətmişdi. Gələcək ürək cərrahı əvvəlcə təhsilini Strasburq, sonra isə Heydelberq Universitetində almışdı. Təhsilini başa vurandan sonra Yeni Orleandakı Tuleyna Universitetinə qayıdan Maykl Debeyki 1937-ci ildən 1948-ci ilədək tibb fakültəsində işləyib. 29 yaşlı kardioloq əsas hissələri çoxlu tibb alətlərindən təşkil olunan ürək nasosunu ixtira edib. Elə həmin il o, qan köçürmək üçün iynə, damar tikişi üçün iynətutan ixtirasının müəllifi olur. Siqaret çəkməyin ağciyərlərin xərçənginə səbəb olduğunu ilk dəfə Debeyki öz rəhbəri Alton Osnerlə birlikdə söyləmiş və bir müddət sonra alimlər həmin fikri təsdiq etmişlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ikinci dünya müharibəsi zamanı o, ABŞ ordusunun hərbi qərargahın cərrah-məsləhətçilər şöbəsinə cəlb olunub, 1945-ci ildə həmin şöbəyə rəhbərlik edib. Onun burada çalışdığı müddətdə hazırladığı layihələr Qrenada, Vyetnam və Koreyada baş verən hərbi münaqişələr zamanı minlərlə amerikalının həyatını xilas edib.
Debeyki Bronks hospitalında aortokoronar şuntlama əməliyyatını uğurla aparan ilk həkimlərdən biri olub. Bunun ardınca o, 1953-cü ildə ilk dəfə olaraq karotid endarterektomiya əməliyyatını da uğurla aparıb. 1958-ci ildə Debeyki qan damarlarının ilk protezləmə əməliyyatını keçirib. Onun əsasını qoyduğu damar protezləməsi indi də ürək cərrahiyyəsində geniş istifadə olunur. 1964-cü ildə o, dünyada ilk dəfə olaraq "açıq ürək" üzərində aortokoronar şuntlama əməliyyatı aparıb və ürək əzələlərinin qanla təchiz edilməsi sahəsində daha bir yeniliyə imza atıb.
1966-cı ildə Debeyki süni ürək əməliyyatı aparıb. Üç il sonra onunla Denton Kuli arasında süni ürək köçürülməsi əməliyyatı ilə əlaqədar qalmaqal yaranıb və 40 il iki böyük cərrah arasında davam edən mübahisə 2007-ci ildə barışıqla bitib. Artıq o vaxt Debeykinin 99, Kulinin isə 87 yaşı var idi.
Ötən əsrin ortalarında məşhur cərrah daha bir ixtiraya imza atıb. Parça mağazasından aldığı dakron parçadan həyat yoldaşının "Zinger" tikiş maşınında damar protezi hazırlayıb. Ürək və damar cərrahiyyəsi sahəsində çoxlu ixtira və kəşflərin müəllifi olan Maykl Debeyki 75 illik tibbi fəaliyyəti ərzində 67 mindən çox xəstənin xilaskarına çevrilib. Tibb, cərrahlıq, tibbi təhsil və digər sahələrlə əlaqədar 1300-dən artıq məqalə və kitabın müəllifi olub.
Məşhur cərrah əməliyyat masasında xəstənin kimliyinə heç bir əhəmiyyət verməzdi. Debeyki deyirdi: "Xəstələri yarandan sonra başa düşürsən ki, onların hamısı eynidir".
"90 yaşım tamam olanda son əməliyyatımı planlaşdırmışdım. Başa düşürdüm ki, yerimi başqalarına vermək vaxtı çatıb. Lakin əgər kiminsə ürəklə bağlı problemi yaransa, əməliyyat tələb olunsa və yaxınlıqda heç bir həkim olmadığı təqdirdə mən cərrah bıçağını götürə bilərəm",- bu sözlər də ona məxsusdur.
2005-ci il 97 yaşlı Maykl Debeyki çıxış edəcəyi konfransa hazırlaşarkən aorta damarı cırılır. Dünyanın hər yerindən gələn tələbələri onun başına yığışır. Cərrahı təcili olaraq əməliyyata götürürlər. Yeganə çıxış yolu özünün ixtira etdiyi damar protezi əməliyyatı idi. Uğurla keçən əməliyyatdan sonra onu həyata qaytarırlar.
...Üç il sonra - 2008-ci ilin iyulunda Debeykinin ürəyində narahatlıq yaranır. Bu dəfə yüzlərlə, minlərlə, on minlərlə xəstəni həyata qaytaran məşhur cərrahın həyatını xilas edən tapılmır. Həmin il iyulun 11-də onun ürəyi sonuncu döyüntülərini vurur...
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balıqçının toruna görün, nə düşdü
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Göz yummaq
Etirazçılar Ermənistan parlamentinin qarşısında barışığı ləğv edəcək deputatları gözləyirlər
Balıq salatı (foto resept)
Bakıda Şaxta baba olmaq istəyənlər üçün xəbər var
36 milyonluq fincan
Hava haqqında
Kaliforniyada meşə yanğınları səkkiz min hektar ərazini cənginə alıb - VİDEO
Yaz-yay tətili üçün gəzməli yerlər
Uşaqların bunlara ehtiyacı var!
Faydalı yalnızlıq
Daşkəsəndə 3000 min il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edildi - FOTO
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
İdman görmə qabiliyyətini qoruyur
Günün ulduz falı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
İnstagram milyonçuları
Hamilələr üçün bandajı necə geyməli?
Bölgələrdə soyqırım qurbanları anılıb
Günün qoroskopu: Mübahisə etməyin!
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Münasibətlərdə 100 həqiqət (2)
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
Bakıda 6 milyon manata mənzil satılır
Britni Spirs bir günlük evə buraxıldı-FOTO
Arda Turan evləndi – FOTO
Bu şəxslərin maaşı 25 faiz artdı
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
Uşaqların zövqləri
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART
HAVA necə olacaq?-16 Fevral
D vitamini hansı qidaların tərkibində olur?
Bir-birindən gözəl eyvan dekorasiyası
Mənzərə şəkilləri
Ər və arvadın öhdəlikləri
İxtiralar
Gümüş qablar
Qəribə tərz sahibləri
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Çiyələklə gözəlləşin
Xurmanın faydaları
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
800 uşağın basdırıldığı yer aşkarlandı
Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu
Sabaha olan hava proqnozu açıqlandı
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Avropa Parlamentinin üzvü: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır"
Çimərlik mövsümü başlayır














