
"Ancaq bu gün 2500-3000 nəfər açıq ürək əməliyyatı oluna bilər". Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, ürək-damar cərrahı, Respublika Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov bu gün Mitral Qapaq Təlim Kursunda çıxış edərkən deyib.
R.Mahmudov bildirib ki, bununla yanaşı, hər il anqioplastika və yeni qansız metodlarla ən az, 10 minə yaxın xəstəyə tibbi müdaxilə olunmalıdır. Azərbaycanda isə belə müdaxilələrin aparıldığı insanların sayı 3000-3500 nəfəri keçmir.
O deyib ki, bu gün Azərbaycanda hər il ən azı 40-50 min xəstənin üzərində bütün müayinələrin aparılaraq hər hansı müdaxilənin (dərmanla və ya əməliyyatla müalicənin aparılması) aparılması lazım bilinir.
Ürək cərrahının sözlərinə görə, qadınlarla müqayisədə kişilər qazanılmış ürək qüsurlarından daha çox əziyyət çəkirlər: "Reallıq odur ki, bu gün Azərbaycanda hər bir kəs ailəsində risk faktoru olmasa belə, 40 yaşdan sonra ildə bir dəfə bütün müayinələrdən keçməlidir. Amma kiminsə özündə və ya ailəsində risk faktoru - yüksək təzyiq, şəkərli diabetdən və s. əziyyət çəkən xəstə varsa, onda belə adamlar 6 aydan bir lazımi müayinələrdən keçməlidirlər. Bu da sonrakı xoşagəlməz halların qarşısını almaq üçün çox vacibdir".
R.Mahmudov bildirib ki, qadınlar arasında qazanılmış ürək qüsurları daha çox 50 yaşdan sonra - hormonal dəyişikliklər baş verdikdən sonra artır. Çünki qadınlar üçün "qoruyucu" faktor olan qadın hormonları 50 yaşdan sonra azalır.
Azərbaycandakı tibb müəssisələrinin dünya tibb müəssisələri ilə əməkdaşlığını vacib sayan R.Mahmudov qeyd edib ki, Azərbaycanda böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır. Onun sözlərinə görə, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ilə mübarizə aparılır: "Bu gün Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin artmasının bir neçə səbəbi var.
Tibbin imkanlarının genişlənməsi bu xəstəliklərin diaqnostikasının vaxtında qoyulmasına, bu xəstəliklərin ciddi fəsadlar vermədən aşkarlanmasına, eyni zamanda, bu xəstəliklərdən əziyyət çəkənlərin sayının nisbi olaraq artmasına səbəb olur. Unutmaq lazım deyil ki, bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada stress faktorlarının artması, hərəkətdən uzaq yaşam tərzi və getdikcə daha çox genetiki dəyişdirilmiş qidaların istifadə olunması bu xəstəliklərin artmasına gətirib çıxarır. Bu amillərin hər biri insanda metobalizmə təsir edərək bədəndə xəstəliklərin, o cümlədən ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb olur".
Mitral Qapaq Kursunun təşkilatçısı olan R.Mahmudov onu da əlavə edib ki, bu kurs son illərdə geniş yayılmış ürək-damar cərrahiyyəsinin spesifik sahəsi olan qapaq xəstəliklərinə həsr olunub. Kursda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Almaniyanın da yüksək ixtisaslı həkimləri iştirak edir. Kursda iştirak etmək üçün son yarım əsrlik tibb tarixində dünyanın ən məşhur ürək cərrahı simalarından olan Ottafio Alfieri də Bakıda səfərdədir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xankəndi aeroportu işə düşür: "Azərbaycanın icazəsi ilə...”
Komada olan qadın uşaq dünyaya gətirdi-FOTO
Ebru Şallıya milyonluq hədiyyə
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Münasibətlərdə 100 həqiqət (2)
İftarda qatıq yerinə ayran için
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
İtlə yoqa: tərəfdaş hürərsə...
Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarını pisləyib - RƏSMİ
İtaliyaya səyahət (I hissə)
Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olundu
Pensiya və maaş qalxacaq
Hər gün kirli corab iylədi ...-ŞOK NƏTİCƏ
Rəfiqənin xəyanəti
"Krep" - axıtma (foto resept)
İt koronavirusdan ölən sahibini aylarla xəstəxana girişində gözlədi - FOTO
Düşmənin canlı qüvvəsi məhv edilib - VİDEO
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd
Həkim qədər təsirli 27 meyvə və tərəvəz (1)
Azərbaycanlı gimnast Dünya Kuboku mərhələsində 4-cü oldu
Ürək sağlamlığı üçün məşqlər
Ultrasəs müayinəsində ölən nənəsini görüb dəhşətə gəldi-FOTO
Məşhur aktrisa xəstəxanalıq oldu-SƏBƏB
Kia və Hyundai alıcıları aldatdı
Cem Yılmaz Acun İlıcalıdan danışdı
Günün ulduz falı
"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?
Azərbaycanda Ebola virusu ilə bağlı xüsusi tapşırıq
Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt
Satışa çıxarılan Harry Potter evi: De Vere House
TQDK-dan dərsliklərdəki mübahisəli məsələlərlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı - YENİLƏNİB
"Ermənilər başını itiriblər, səfərbərliyin heç bir xeyiri olmayacaq"
Dərmanlara görə 50 minlik cərimə
Yeni ilə keçmədən bunları edin
Azərbaycanda əhalinin sayı nə qədərdir?
İrəvan Qarabağı necə itirəcək?
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Üzüm çəyirdəyinin faydaları
Yaşıl çay içmek çox faydalıdır.
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu
Gənc göstərən makiyaj
Damla onu bağışladı-FOTO
3 gündə artıq çəkidən azad olun - RESEPT















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]