Day.Az bizimyol.info-ya istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakının Vahid Nəqliyyat Konsepsiyası hazırlanır. Yeni konsepsiya ilə paytaxtın inzibati ərazisində nəqliyyat infrastrukturunda, o cümlədən taksi xidmətində köklü dəyişikliklər nəzərdə tutulub. Bu haqda Modern.az saytına BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.Taksilər üçün standartlar...O qeyd edib ki, indiyədək taksi fəaliyyəti göstərən fərdi sahibkarlar da standartlara uyğunlaşdırılacaq:
"İndiyədək avtobuslarla bağlı müəyyən qaydalar var idi. Amma taksi xidməti yeganə sahədir ki, fiziki şəxslər, fərdi sahibkarlar tərəfindən idarə olunur. Hazırda Bakı şəhərinin inzibati ərazisində taksi xidməti göstərən şirkətlər var. Amma fərdi sahibkarların taksiləri onlardan daha çoxdur.
Məsələ burasındadır ki, indiyədək fərdi sahibkarlar tərəfindən idarə edilən taksilərin kvotaları, gəlirləri, sərnişin axını müəyyən edilməyib.
Hazırlanan konsepsiyada bu axın müəyyən olunacaq. Taksi fəaliyyəti ilə məşğul olanlara fərqlənmə nişanı veriləcək. Bildiyiniz kimi, fərqlənmə nişanın verilməsi Agentlik tərəfindən həyata keçirilir. Buna uyğun olaraq taksilər standarta uyğunlaşdırılacaq".
İlkin mərhələdə Bakıda nə qədər taksiyə ehtiyac olduğu müəyyənləşdiriləcək. Taksilər avro -16 standartına cavab verməlidir, onlar üçün kvotalar müəyyən olunacaq".Taksilərdə kameralar quraşdırılacaq
N.Allahyarova daha bir yenilik barədə məlumat verib. O bildirib ki, sürücülər Agentlik tərəfindən hazırlanan vahid geyimlə təmin olunacaqlar:
"İlkin olaraq avtobuslarda, ikinci mərhələdə taksilərdə nağdsız ödəmə sisteminə keçid nəzərdə tutulub. Bunun nəticəsində sərnişin kart sistemilə də ödənişini həyata keçirə biləcək.
Həmçinin taksilərdə ödəmələrin standartı müəyyən olunacaq. Sürücü gediş üçün istədiyi məbləği qoya bilməyəcək.
Konsepsiyaya uyğun olaraq həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi üçün taksi daxilində kameralar quraşdırılacaq".Taksilər avtobus dayanacağına girə bilməyəcəkAgentlik rəsmisi deyib ki, bu gün ən böyük problem dayanacaqlarla bağlıdır:
"Bu gün avtobuslar ikinci xətdə dayanır, qəzalı vəziyyət yaradır və sərnişin düşürürlər. Amma bu problemin qaynağı avtobus sürücüsü deyil. Hamımız bilirik ki, taksilər dayanacaqları zəbt ediblər. Tezliklə bu məsələdə də aradan qaldırılacaq. Bakı şəhərinin inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni, bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər. Avtobus dayanacaqlarına taksilərin girişi qadağan olunacaq".Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
3 addımda köynəklərinizi yenidən yaradın
Hərbçilərimiz Əfqanıstana yola salındı
Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var
Yağış yağdı, evləri su basdı
Qarın yağlarını əridən idman hərəkətləri
Aparıcı Murad Dalkılıçı təhqir etdi
Azərbaycanda "halal" əti kim müəyyən edəcək?
Xasiyyət testi
Barmaq izləriniz və xarakteriniz...
Qızılca xəstəliyi
Çinin "Evlilik marketi" -FOTO
Rusiyaya qarşı cihad elan edildi
Çiçəklənməni kim başladır?
Rusiyanın ən bahalı və ən ucuz otelləri - Siyahı
Dünyanın ən canlı varlığı
Uşaq ulduzları yamsıladı internet FENOMENİ oldu-FOTO
Bakıda dünya çempionatı olacaq
Uşağımızın tərbiyəsi: sevgi, yoxsa nifrət?
Messi barədə maraqlı iddia
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Bağça uşaqları xüsusi geyimlər alınacaq
HTC Çində güclənmək istəyir
TQDK abituriyentlərə müraciət etdi
Yaz havası geri qayıdır
İtlər və qəribəlikləri
Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq
Katsudzo Nişinin 6 qaydası - 2
Kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
Müəllimlər İnstitutunun 4 filialına tələbə qəbulu dayandırılır
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək
Laqeydlik ən böyük şiddətdir
Dəbdəbəli geyim modelləri
Kate Middleton və Meghan Marklenin tərzində oxşar elementlər
Qarğıdalının faydaları
Hava haqqında - 01.03.2014
Tuba Büyüküstünün seriala kiminlə çəkiləcək? - FOTO
Bu əsər 7 milyona satıldı - FOTO
Aloe Vera və E vitamini maskası
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
Gəlin qayınanasına baxmağa məcburdur?
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Messi əməliyyat olunacaq
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Nəhəng dovşanlar Bakıda
Pomidorun nadir xüsusiyyətləri
Duanın tez qəbul olması üçün qaydalar
Alimlər qorxulu fakt aşkarladı: Koronavirus bu yolla da yayıla bilər
"Eurovision" da bir ilk
Dövrümüzün xəstəliyi: Dağınıq beyin sindromu
“Hercai”nin məşhur aktrisası TANINMAZ HALDA – FOTO














