Bəzən biz Allahdan özümüz üçün ziyan olan şeyləri istəyirik. Ancaq bundan agah deyilik ki, bu, bizim üçün pisdir. Allah isə insana həmişə xeyir olanı istəyir. Əgər biz öz xeyrimizin əleyhinə dua edəriksə, baxmayaraq ki, bizə cavab vermir, ancaq Onun savabı hədislərə əsasən bizim axirətimiz üçün xəzinə edilmiş olacaqdır. Axirətdə onun əvəzi insana veriləcəkdir. Amma insan həmişə duasının dünyada qəbul olmasını istəyir.
Yəni dua heç bir zaman əməlin canişini ola bilməz. Bəlkə əməli təkmil edəndir. Ona görə də ancaq duanın vasitəsilə istədiklərimizə çata biləcəyimizi gözləməməliyik.
Dua - Allahı zikr etməyin bir növüdür. Allahı yada salmaq, ruhun rahatlığına səbəb olar. O insan ki, daima dua edir, heç bir zaman ümidsizlik ona qalib gələ bilməz. Dua və yalvarışla Allahdan hacətini istəyər və onun yerinə yetəcəyinə inanar. Bəşərin həqiqi pənah yeri - aləmlərin Xaliqidir. Hər bir kəsin ürəyində Allaha gedən yol vardır.
Hətta dünyadakı ən bədbəxt insanlar çıxılmaz vəziyyətə düşəndə, ixtiyarsız olaraq Ona pənah aparırlar.
Bilmək lazımdır ki, Allah Təala insanın kiçik və böyük dualarını yerinə yetirir. O zaman ki, dua edirsən, davamlı olaraq bunu düşün ki, Allahdan başqa heç kəs sənə kömək edə bilməz.
1. Hər bir hədəfə çatmağın yolu vardır. Duanın yerinə yetməsi üçün də müəyyən yolları keçmək lazımdır. İmam Sadiq (ə) buyurur: "Duadan əvvəl Allaha həmd və sitayiş etmək lazımdır. Sənə verdiyin nemətləri yadına sal və bu zaman Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (s) salam göndər. Sonra günahlarını yada sal və etiraf et. Onun zərərindən Allaha pənah apar. Budur duanın yol və cəhəti".
2. Ola bilsin ki, insan özünü maşına bənzədir. Onu düzəldən daima onun istəklərini yerinə yetirməlidir. Su, yağ, yanacaq və sair kimi. Təsəvvür edir ki, onu yaradan Allahdır və O, daima insana kömək etməlidir. Ancaq bu, belə deyildir. Allah bəndəsinin boynuna bəzi öhdəçiliklər qoymuşdur. Bunlara əməl etməlidir ki, Allah da öz əhdinə əməl etsin. İmam Sadiq (ə) dualarının niyə qəbul olmadığını soruşan insanlara belə cavab vermişdir: ""Mənim əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim". Allaha and olsun ki, əgər siz Allahın əhdinə vəfa etsəniz, Allah da sizin əhdinizə vəfa edəcəkdir".
İnsanın üzərində olan əhdlərdən biri də saleh əməllərdir. Onun da növləri vardır: vacibatı yerinə yetirmək, haramı tərk etmək, Quran oxumaq, sileyi-rəhm, yoxsullara yardım etmək kimi.
3. Kifayət qədər imanın və yəqinin olmaması - maneədir. O kəs ki, əlini dua üçün açar, əgər qəlbində bu duasının qəbul olmasına inanmırsa, nəticə almayacaqdır. Bu, ona bənzəyir ki, susuz bir insan səhrada dənizi axtarır. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Allahı çağırın və yerinə yetəcəyinə yəqinliyiniz olsun".
İmam Sadiq (ə) də buyurur: "Dua edən zaman yəqin et ki, hacətin evin qapısına gəlmişdir".
4. Duada şirk etmək olmaz. Yəni dua edən zaman ancaq Allahdan istəmək və bu əqidədə olmaq ki, onun duasını yerinə yetirə biləcək tək varlıq Allahdır. "(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur". ("Ğafir" 65).
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, bəndə pak niyyət və ixlaslı qəlblə Allahı çağırarsa, əgər Allahın əhdinə vəfa edibdirsə, duası qəbul olacaqdır. Əgər Allahı pak və ixlas niyyəti olmadan çağırıbsa, duası qəbul olmaz".
5. Allahı davamlı olaraq yada salmamaq və duada salavat göndərməmək - maneədir.
Dua edən zaman Allaha və Rəsuluna (s) diqqət etməyin əhəmiyyəti böyükdür. O kəs ki, dua edir, gərək Allahı və Peyğəmbərini (s) yada salmaqdan qafil olmasın. İmam Kazım (ə) buyurur: "O kəs ki, Allaha sitayiş etməmişdən əvvəl Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmədən dua edərsə, o kəsə bənzəyir ki, oxsuz ox atar".
6. Çirkin niyyət. Dua edən zaman niyyət pak, ixlaslı və kamil olmalıdır.
7. Duada israr etməmək. Duada davamlı olmaq və Allah dərgahında yalvarma - duada müvəffəqiyyət rəmzidir. O kəs ki, duasında israr etməsə və yalvarmasa, istədiyi nəticəni əldə edə bilməyəcəkdir. Allah Təala buyurur: "Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir". ("Əraf" 55).
Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən Allah o kəsi ki, duada israr edir, sevər".
Bəli, dua edən zaman bu qanunlara riayət etsək, inşaallah ki, Allah Təbarəkə və Təala dualarımızı qəbul edər. Çünki O, bütün işlərə Həkim və Qadirdir.
Milli.Az

XƏBƏR LENTİ
Vətənpərvər olmurlar, doğulurlar!
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Gəlin duvağı seçərkən nələrə diqqət etməli?
Xeyirli məsləhətlər
İvana Sərtin son FOTOsu səs-küy yaratdı
Baş Nazirdən təhsillə bağlı QƏRAR
Gəlin toy günü həyəcandan öldü
Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Azərbaycan qış vaxtına keçdi
Burundakı məsamələri necə təmizləməli?
Kolleclərin ixtisas seçimi başa çatır
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Günün qoroskopu: Əlverişli və uğurlu gündür
Altı ildə maşın sayı 2 dəfə artıb
Emin Ağalarovun qızı dünyaya gəlib
İşgüzar xanımlara məsləhətlər
2014-cü ilin qış geyimləri
Kənd toyuğu bahalaşdı
Rayonlara gediş-gəliş açılır - RƏSMİ
Texnologiyasız yay
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var
Sinan Akçıl BOŞANDI
Sıfır necə yarandı?
Köpək sahibini təkrarlayır-FOTO
Kartoflu rus salatı (foto-resept)
“Bakı-2017” 58 ölkədə yayımlanacaq
Darçının bitkilərə faydası
"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol
Onurğa sağlamlığını qorumağın 13 üsulu
Evli qadınlar üçün xoşbəxtlik sirləri
Qadınlar yarım gün işləməli
XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Xəyanətini TV-dən öyrəndi-FOTO
Nə gözəl idi uşaqlıq
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Saçlarını evdə boyayanlara 7 təklif
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Əl-ayaqları daim soyuq olanların nəzərinə
Bunlar kişilər üçün zərərlidir
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Aprel ayının qalibləri!
Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar
Ankarada güclü partlayış: 27 nəfər ölüb, 75 nəfər yaralanıb
Xaricdə təhsil alan gənclərin seçkilərdə fəallığının artırılması müzakirə olunub

- ŞƏRHLƏR