Britaniyalı ekspertlər Azərbaycan əhalisinə verilən su ilə heç diş yumağı da tövsiyə etmirlər. "Azərsu" isə bu iddiaları qətiyyətlə rədd edir.
Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir. APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır.Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib. Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib."Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", — deyə ekspertlər qeyd ediblər.Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir."Azərsu" ASC Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşrinin ekspertlərinin Azərbaycan əhalisinə verilən suyun insan sağlamlığı üçün təhlükəli olduğu barədə məlumatına cavab verib. ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Sputnik-in sorğusuna cavab olaraq bildirib ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır.O deyib: "Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və "Azərsu" ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla, Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur"."Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib", — deyə A. Cəbrayıllı bildirib.Onun sözlərinə görə, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb."Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir", — ASC yetkilisi bəyan edib."Azərsu" sözçüsü əlavə edib ki, bu gün paytaxt Bakı da daxil olmaqla, əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta onu içirlər.
APA.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Düşmən Ağcabədini atəşə tutur - RƏSMİ
İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır
Hansı üzük hansı barmağa taxılmalıdır?
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Tramp 2 milyon dollar cərimələndi-SƏBƏB
Portağal pəhrizi
Kriştianu Ronaldu yeni rekorda imza atdı
Doğru bilinən yanlışlar
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
Çiyələkli Rustik Tart (foto-resept)
Buğra Gülsoy yenidən evlənir-FOTO
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Zehnin gücü ilə zəngin olmağın yolları
Xanımlar üçün avtomobillər
Uşağınızın ağıllı olmağını istəyirsinizsə...
Bunları bilirsinizmi?
Su börəyi ( foto resept)
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Sağlam pəhriz
130 ölkədə 14 milyard ağac əkən gənc
Bu gün Bakıda 40 dərəcə isti olacaq
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Közlənmiş tərəvəzli yumurta
Cəbhədə son VƏZİYYƏT
85 yaşlı qadın fenomen oldu - VİDEO
Pandemiya Ronaldonun istirahətinə mane olmadı-FOTO
Kəs və yapışdır-25
Nə edəcəyimi bilmirəm
Hava dəyişir - XƏBƏRDARLIQ
2012-ci ilin gəlinlikləri
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
WhatsApp-da yenilik
Yol polisi istirahət zonasında reyd keçirdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)
Prezident İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb
Tarkan qızından danışdı: "Gün sayıram"
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz
İstanbuldakı partlayışı terrorçu qadın törədib
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...
Məşhur yazara vəzifə verildi
Rosalianın sevimli kostyumları
Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Disney gözəllərinin oxşarları
Həftənin son iş günündə hava necə olacaq?
Bakıda bayramqabağı "endirim" oyunu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]