Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib.
Bu il texniki baxışdan keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələrinin təxminən 45 faizi hələ də bu prosesə cəlb edilməyib. Bəzi sürücülərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.
Bu gündən etibarən yenidən sərt karantin dövrü başladığı üçün sürücülərin avtomobili texniki baxışa necə cəlb edəcəyi məsəsələsi gündəmə gəlir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev bildirib ki, karantin dövründə SMS icazə ilə evdən çıxmaq mümkündür və hər kəs 3 saat müddətində avtomobilini texniki baxışdan keçirə bilər:
“Əgər sürücü avtomobili texniki cəhətdən saz vəziyyətə gətiribsə, texniki baxışdan keçirmək prosesi maksimum 15-20 dəqiqə vaxt aparır.
Nazirlər Kabinetinin 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, vətəndaşlar sərt karantin dövründə dövlət xidmətlərindən istifadə edərkən hər hansı gecikmə halları yaranarsa, o zaman həmin vətəndaşa bununla bağlı arayış veriləcək. Bu arayış təqdim edildiyi təqdirdə heç kim yolda karantin qaydasını pozduğuna görə cərimə edilməyəcək.
Yəni, bu xidmətlərdən istifadə etmiş vətəndaş hər hansı səbəbdən ləngiyərsə, o halda ona geriyə, yaşayış yerinə qayıtmasını müəyyən edən müvafiq arayış veriləcək”.
N.Piriyev əlavə edib ki, xüsusi texniki vasitələr işləyir və nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdikdə cərimə tətbiq olunacaq:
“Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman sürücü 20 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir. Maşından istifadə edirlərsə, düşünürəm ki, 3 saatlıq harasa gedəndə texniki baxışa da vaxt ayırmaq olar. Nəzər almaq lazımdır ki, yolda xidmət edən əməkdaş kimisə nəzərə alsa belə, kameralar heç kimi nəzər almır və qayda pozulduğu halda cərimə yazılacaq”.
Şöbə rəisi sonda onu da əlavə edib ki, hazırda Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir. Növbə olmadığı üçün rahat şəkildə hər bir şəxs avtomobilini texniki baxışa təqdim edə bilər.
Bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan nəqliyyat vasitələri olacaq.
Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir. İstisna hallar da var. Bu da onunla bağlıdır ki, yeni qaydalara görə, hər bir nəqliyyat vasitəsi ötən il hansı ayda texniki baxışdan keçirilibsə, bu il həmin ayın həmin günündə texniki baxış müddədi bitir. Qanunla, həmin maşının texniki baxışdan keçirilməsinə əlavə olaraq 20 gün vaxt verilir.
Texniki baxışla bağlı bütün bilgiləri əldə etmək üçün Asanpay.az saytında elektron kabinet yaratmaqla SMS məlumat əldə etmək və texniki baxışın tarixçəsinə nəzarət etmək mümkündür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb - VİDEO
Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – FOTO
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Payız aksesuarı
Nəhəng balina sahildə öldü
Pensiyaçılara böyük müjdə
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Bakıda koronavirusun ən çox yayıldığı rayonlar - SİYAHI
Möhtəşəm Bayraq Meydanı tikiləcək
Badımcan aşı (foto-resept)
"Axirət mövcud deyil!" deyənlər üçün...
"İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər"
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İÇV infeksiyasının profilaktikası" mövzusunda maarifləndirmə aksiyasına başlanıb
Rihanna yeni Fenty ayaqqabı kolleksiyasını tanıtdı
Devid Bekhem Ronaldunu ABŞ-a aparır?
Ac ermənilər itin ümidinə qaldılar
Müəllimlər maaşı artımla alacaq
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
İŞİD-in zəhərlədiyi gələcək
Üz formasına görə saç modeli
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Bu günün hava proqnozu
Nikahdankənar münasibət yaşayanları gözləyən BÖYÜK TƏHLÜKƏ
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Qızılın qiyməti artdı
Marsda yaşasanız nələrlə üzləşəcəksiniz?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Hər kəs bu itdən danışır-SƏBƏB/FOTO
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
İblis mələklərdən idi, ya cinlərdən?
Pişik polis şöbəsinə İŞƏ GÖTÜRÜLDÜ
İlham Əliyevlə eyni fikirdəyik
Noutbuklara tələbat niyə azalır?
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Fahriye Evcen Şərtlərini Açıqladı
Azərbaycanda yeni zavod tikilir
Bakı mağazalarında satış dayandı
Pula çevrilmiş insanlar(satirik, tənqidi yazı)
Hava şəraiti dəyişir
264 yaşlı Sultan körpüsü
Bakı bulvarında möhtəşəm sürpriz
2018 instagramın moda trendləri
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Vərəmdən qorunmağın və sağalmanın yolları
HAVA necə olacaq? 9 İyul
Bu görüntülərə biganə qalmaq mümkün deyil
Nurgül Yeşilçay ərə gedir
İTV-nin əməkdaşları koronavirusa yoluxdu














