APA-nın xəbərinə görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, “Youthvision” mahnı müsabiqəsi bu il 22-24 iyun tarixində Bakıda Heydər Əliyev adına Sarayında keçiriləcək.
S. Məmmədovanın sözlərinə görə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur: “Yarışma İttifaqla birgə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək. Artıq müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim ediblər”.
Mətbuat katibi əlavə edib ki, Təşkilat Komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib: “Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər. Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 və 12 bal verə bilər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar”.
S. Məmmədova qeyd edib ki, müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir: “Müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur”.
Mənbə: APA.Az
XƏBƏR LENTİ
UEFA-dan şok qərar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı - VİDEO
Ronaldu özgə planetdən gəlib
İstirahət günündə Azərbaycanda hava necə olacaq?
Demet Özdemirin paltarı 50 minə satıldı
Qeyri-adi kreslolar
Yerli raketlərin 700 illik sirri
Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR
13 rəqəmi niyə uğursuzdur?
Evdə hazırlanan darçınlı maskalar
Məhəmməd Əli şoka saldı
Hande Erçel və Muradın romantik gecəsi qalmaqalla BİTDİ - FOTO
Bananlı çörək (foto resept)
Qalıcı arıqlamağın yolu
Çinli koronavirusdan qorunmaq üçün zürafə kostyumu geyinmək qərarına gəldi - VİDEO
Ən varlı yazıçıların SİYAHISI
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
30 yaşdan sonra necə geyinməli?
Roma Papası İrəvanda “soyqırımı" sözünü işlətdi
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
Yaşıl pomidor turşusu (foto resept)
Dadlı badımcan ikrası (foto resept)
Yataq örtükləri
Qarağat mussu (foto resept)
İnsan həqiqətən Aya ayaq basdımı?!
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Trampın cangüdəni koronavirusa yoluxdu
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 792 yeni yoluxma
Tələbə adını qazananların siyahısı çap olundu
Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi - RƏSMİ
Salam Allahın salamıdır: Bəs biz kimik?
25 mindən artıq türk qətliamla üz-üzə
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Azərbaycanda ali məktəbə yeni rektor TƏYİN EDİLDİ
Günün qoroskopu:Uğurlu gündür!
Attraksion xarab oldu, insanlar bir neçə saat təhlükəli vəziyyətdə qaldılar - VİDEO
Ən gülməli toy şəkilləri
Metropolitenin bəzi işçilərinin maaşı 30-50 faiz artırılıb
2011-ci ilin gecə geyimləri
Ronaldu Levandovskiyə görə “İlin futbolçusu” mükafatından könüllü imtina etdi
Qar dənəcikləri düzəldək
Komitə sədrindən irad: "Bağçalarda tədris aparılmır"
Şokoladlı, qozlu biskvit (foto resept)
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
Pələng körpəyə hücum etdi-VİDEO
Şəhid zabitimizin dəfnindən görüntülər
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib