Terapevt Elvin Həsənovun sözlərinə görə, evin divarlarında və tavanda yaranan qara göbələkdir. Hansı ki, göbələk sporu hər yerə - mebel, qida məhsullarının üzərinə yayılır. Evin soyuq yerlərində nəmişliyin olması kifin inkişafı üçün şərait yaradır. Kif göbələyi əsasən hamamda, damda, pəncərənin altında, evin künclərində, dolabların arxasında sürətlə artır. Göbələk təmizliyə xüsusi fikir verilən evlərdə belə yaranır. Ətrafla otağın daxilindəki havanın temperaturunda kəskin fərq olduqda, evin havası yaxşı qızdırılmadıqda və havası pis dəyişdikdə kif göbələyi olur. "Bu göbələklər insanın sağlamlığı üçün təhlükəli mikroorqanizmlərdir. Kif həm də mebeli və müxtəlif qurğuları zədələyə bilər. Kifin ziyanlı təsiri onun sporlarındadır. Göbələk sporları ətrafa yayılır və nəfəslə insan orqanizminə daxil olur. Bu isə bir sıra ciddi xəstəlikləri inkişaf etdirir".
E.Həsənov bildirib ki, kif insan orqanizminə daxil olduqda dəri xəstəlikləri, dermatoz və mikozlara, xroniki yuxarı tənəffüs orqanları xəstəliklərinə, öskürəyə səbəb olur. Oynaqlarda problemlər, revmatizm inkişaf edir. İnsan özünü zəif və yorğun hiss edir. Miqren də özünü göstərir.
Terapevt vurğulayıb ki, insanın sağlamlığına kif özü deyil, daim onda yaranan sporlar mənfi təsir edir. Onlar güclü allergiyaya səbəb olur. Hava axını ilə kif sporu tənəffüs orqanlarına daxil olur və allergiya xəstəliklərini qıcıqlandırır. Konyuktivit, respirator allerqoz kimi xəstəliklərə səbəb olur. Evdə kif göbələyi bronxial astmanı da yaramasına səbəb olur.
Kif yalnız divar və tavanda deyil, insanın dərisində də toplanır. Nəticədə ekzema və dermatit yaranır. Göbələk saçları və dırnaqları zədələyə, mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilər. Həkimin dediyinə görə, kif göbələklərindən ən qorxulusu qara aspergill - nadir xəstəlik olan ağciyər aspergillezinə səbəb olandır. Bu xəstəliyin fəsadları ağırdır.
Müsahibimizin dediyinə görə, allergik reaksiyalara yalnız spor deyil, xoşagəlməz iyli uçan hissəciklər də səbəb olur: "Onlar sürətlə
Terapevt qeyd edib ki, evdə istənilən yer kiflə örtülə bilər, hətta evin sakinləri də: "Amma göbələk quru olan yerdə bitmir. Nəmişlik kif göbələyinin yayılması üçün əlverişli şəraitdir. Göbələk havası pis dəyişdirilən, plastik qapı-pəncərə olan yerlərdə yaranır. Quru və təmiz evlərdə belə göbələk plastik pəncərələrin ətrafında, havası pis dəyişən yerlərdə özünə yer tapa bilər".
Kif göbələyindən sığortalanmaq üçün evdə mebelin yerləşdiirilməsinə də fikir verin. Əgər otaqda iri mebellər divara kip yapışdırılıbsa, onların yerini dəyişdirmək lazımdır. Mebelin bu cür yerləşdirilməsi evdə havanın normal dövr etməsinin qarşısını alır və göbələyin artması üçün şərait yaradır. Plastik qapı və pəncərələr hava buraxmadığı üçün kif göbələyi yaranır. Lakin taxta pəncərələrin ətrafında da kif göbələyi yarana bilər.
Otaq bitkiləri havanı təravətləndirsələr də, kif göbələyinin çoxalmasına səbəb olur. Belə ki, zirzəmidə və nəm yerlərdə toplanan kif göbələyi qalxıb bitkilərin üstünə yığılır. Kif göbələyi nəmişliyi çox sevir. Çox vaxt kif göbələyi hamamda yaranır. Belə ki, kif göbələyinin yayılması üçün hamamda hər cür şərait var.Həmsöhbətimizin bildirdiyinə görə, kif göbələyi ilə mübarizə aparmaqdansa, onun yaranmasının qarşısını almaq daha asan olar: "Kif göbələyi yayılmasın deyə otağın havasını tez-tez dəyişin. Məhz bu, kif göbələyinin yayılmasına imkan vermir. Amma nəzərə alın ki, evin divarları soyumasın deyə qışda nəfəsliyi çox açıq qoymaq olmaz. Evdə bütün otaqları yaxşı qızdırın. Yuduğunuz paltarları evdə qurutmayın. Kran və su borularını vaxtaşrı təmir edin. Evdə otaq bitkilərinin sayını azaldın. Hamam və ayaqyolunun havasını yaxşı dəyişin".
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR