Çoxları evin küncünün və ya eyvanın kiflə örtülməsinə nəmişliyin əlaməti kimi baxır və onun necə təhlükəli olduğundan xəbərsizdir
Mütəxəssislər bildirir ki, kif göbələyi yalnız evin yaraşığını pozmur, o, insan orqanizminə daxil olaraq ağır fəsadlara səbəb olur. Kif göbələyindən xüsusilə də uşaq və yeniyetmələr, immun sistemi zəif olanlar əziyyət çəkir.
Terapevt Elvin Həsənovun sözlərinə görə, evin divarlarında və tavanda yaranan qara göbələkdir. Hansı ki, göbələk sporu hər yerə - mebel, qida məhsullarının üzərinə yayılır. Evin soyuq yerlərində nəmişliyin olması kifin inkişafı üçün şərait yaradır. Kif göbələyi əsasən hamamda, damda, pəncərənin altında, evin künclərində, dolabların arxasında sürətlə artır. Göbələk təmizliyə xüsusi fikir verilən evlərdə belə yaranır. Ətrafla otağın daxilindəki havanın temperaturunda kəskin fərq olduqda, evin havası yaxşı qızdırılmadıqda və havası pis dəyişdikdə kif göbələyi olur. "Bu göbələklər insanın sağlamlığı üçün təhlükəli mikroorqanizmlərdir. Kif həm də mebeli və müxtəlif qurğuları zədələyə bilər. Kifin ziyanlı təsiri onun sporlarındadır. Göbələk sporları ətrafa yayılır və nəfəslə insan orqanizminə daxil olur. Bu isə bir sıra ciddi xəstəlikləri inkişaf etdirir".
E.Həsənov bildirib ki, kif insan orqanizminə daxil olduqda dəri xəstəlikləri, dermatoz və mikozlara, xroniki yuxarı tənəffüs orqanları xəstəliklərinə, öskürəyə səbəb olur. Oynaqlarda problemlər, revmatizm inkişaf edir. İnsan özünü zəif və yorğun hiss edir. Miqren də özünü göstərir.
Terapevt vurğulayıb ki, insanın sağlamlığına kif özü deyil, daim onda yaranan sporlar mənfi təsir edir. Onlar güclü allergiyaya səbəb olur. Hava axını ilə kif sporu tənəffüs orqanlarına daxil olur və allergiya xəstəliklərini qıcıqlandırır. Konyuktivit, respirator allerqoz kimi xəstəliklərə səbəb olur. Evdə kif göbələyi bronxial astmanı da yaramasına səbəb olur.
Kif yalnız divar və tavanda deyil, insanın dərisində də toplanır. Nəticədə ekzema və dermatit yaranır. Göbələk saçları və dırnaqları zədələyə, mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıra bilər. Həkimin dediyinə görə, kif göbələklərindən ən qorxulusu qara aspergill - nadir xəstəlik olan ağciyər aspergillezinə səbəb olandır. Bu xəstəliyin fəsadları ağırdır.
Müsahibimizin dediyinə görə, allergik reaksiyalara yalnız spor deyil, xoşagəlməz iyli uçan hissəciklər də səbəb olur: "Onlar sürətlə

tənəffüs orqanlarından qan-damar sisteminə daxil olur. Bunun da nəticəsində baş gicəllənməsi, baş ağrıları, ürəkbulanma və qusma müşahidə olunur. Kif göbələyindən daha çox immun sistemi zəif olan insanlar, uşaq və yeniyetmələr əziyyət çəkir. Buna baxmayaraq, bu xəstəliyin əlamətlərini həkimlər çox vaxt başqa xəstəliklərlə səhv salır və düzgün diaqnoz qoymurlar. Bəzi hallarda xəstəliyin səbəbi aradan qaldırılmadığı üçün xəstəlik müalicə olunmur".
Terapevt qeyd edib ki, evdə istənilən yer kiflə örtülə bilər, hətta evin sakinləri də: "Amma göbələk quru olan yerdə bitmir. Nəmişlik kif göbələyinin yayılması üçün əlverişli şəraitdir. Göbələk havası pis dəyişdirilən, plastik qapı-pəncərə olan yerlərdə yaranır. Quru və təmiz evlərdə belə göbələk plastik pəncərələrin ətrafında, havası pis dəyişən yerlərdə özünə yer tapa bilər".
Kif göbələyindən sığortalanmaq üçün evdə mebelin yerləşdiirilməsinə də fikir verin. Əgər otaqda iri mebellər divara kip yapışdırılıbsa, onların yerini dəyişdirmək lazımdır. Mebelin bu cür yerləşdirilməsi evdə havanın normal dövr etməsinin qarşısını alır və göbələyin artması üçün şərait yaradır. Plastik qapı və pəncərələr hava buraxmadığı üçün kif göbələyi yaranır. Lakin taxta pəncərələrin ətrafında da kif göbələyi yarana bilər.
Otaq bitkiləri havanı təravətləndirsələr də, kif göbələyinin çoxalmasına səbəb olur. Belə ki, zirzəmidə və nəm yerlərdə toplanan kif göbələyi qalxıb bitkilərin üstünə yığılır. Kif göbələyi nəmişliyi çox sevir. Çox vaxt kif göbələyi hamamda yaranır. Belə ki, kif göbələyinin yayılması üçün hamamda hər cür şərait var.Həmsöhbətimizin bildirdiyinə görə, kif göbələyi ilə mübarizə aparmaqdansa, onun yaranmasının qarşısını almaq daha asan olar: "Kif göbələyi yayılmasın deyə otağın havasını tez-tez dəyişin. Məhz bu, kif göbələyinin yayılmasına imkan vermir. Amma nəzərə alın ki, evin divarları soyumasın deyə qışda nəfəsliyi çox açıq qoymaq olmaz. Evdə bütün otaqları yaxşı qızdırın. Yuduğunuz paltarları evdə qurutmayın. Kran və su borularını vaxtaşrı təmir edin. Evdə otaq bitkilərinin sayını azaldın. Hamam və ayaqyolunun havasını yaxşı dəyişin".

Mənbə: Milli.Az