Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.
Bu uğuruna görə R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biri seçilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir
XƏBƏR LENTİ
Qaraciyəri yeniləyən qidalar
Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ
İşsizlərə ŞAD XƏBƏR
Marcello Barenghinin əl işləri
Xəzər titrədi
Xəyallarımızdakı evlər-2
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Emma Stoun ərə getdi?-FOTO
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi
Qabyuyana qoymamalı olduğunuz qablar
2018-ci ilin trend rəngi: Qırmızı
Vafli (foto resept)
Dəbdə olan kəmərlər
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
Bilərziklər
"Yasak elma"nın yeni mövsüm çarxı- Video
Bir-biriylə ən yaxşı razılaşan bürclər
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Texnologiyanın səbəb olduğu dəri problemləri
Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verildi
60 yaşından sonra məktəbə gedən 8 qadın
Ağlın tərifi nədir?
Ən populyar dil seçildi
Noyabr üçün hava proqnozu
Sabahın HAVAsı
Bir ilə 90 kq arıqladı-FOTO
Tərəvəzli qovurma (foto-resept)
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Tanınmış isveçrəli jurnalist Andre Vidmerin qələmə aldığı "Unudulmuş münaqişə" kitabı oxucuya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırır
HAVA necə olacaq?
Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi...
Hiperaktiv uşaqla necə davranmalı?
8 May Şuşanın işğalı günüdür!
Payız - Öyrəncəlik, Ayrıcalıq
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Gicitikan salatı (foto resept)
Fransada içki qadağan olundu
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Azərbaycanın şimal sərhədlərində koronavirusa ilk yoluxma qeydə alındı
Gökhan Tepedən xoş paylaşım-FOTO
Sezonun trendi: Albalı
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Badımcan ləvəngisi(foto-resept)
Baş nazir mafiyaya meydan oxudu
Xına ustası peçenye bişirərsə















- ŞƏRHLƏR