Ötən həftə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsindəki rayon və kəndlərdə oldular.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etmək idi.
2 aprel tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyətin, xüsusilə də Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədilə təşkil olunan səfərdə diplomatlar bu erməni vəhşilikləri ilə bir daha tanış oldular. Onların bəziləri elə cəbhə xəttindəcə öz mövqelərini ifadə etdilər. Gördüklərini təmsil etdikləri ölkələrə çatdıracaqlarını bildirdilər.
Erməni silahlı qüvvələrinin atəşə tutduğu cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri var idi. Rusiya səfiri Vladimir Doroxinin şəxsən səfərdə iştirakı xüsusilə diqqəti cəlb etdi. Diqqəti cəlb edən və eyni zamanda sual yaradan başqa bir məqam ATƏT-in Minsk Qrupunun həmsədri olan digər iki ölkənin-ABŞ və Fransanın səfirlərinin cəbhə xəttinə səfər edənlər sırasında yer almaması oldu.
Siyasi təhlilçilərin fikrincə, cəbhə bölgəsindəki vəziyyətlə yerindəcə tanış olmaq üçün ilk növbədə Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya, ABŞ və Fransanın səfirləri həmin bölgəyə getməli idilər. Ancaq qeyd etdiyimiz kimi, üçlükdən təkcə Rusiyanın səfiri cəbhə xəttindəki rayonlara səfər etdi. ABŞ və Fransanın səfirliklərinin səfirdən aşağı vəzifə tutan şəxsləri Xarici İşlər Nazirliyinin təşkil etdiyi sözügedən səfərdə iştirak edirdilər.
Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, nazirlik ABŞ və Fransa səfirliyinə dəvətlərdə səfirlərin iştirakını nəzərdə tutub. Lakin səfər günü bəlli olub ki, adıçəkilən ölkələrin səfirləri yox, səfirliyin təmsilçiləri cəbhə bölgəsinə səfərdə iştirak edəcəklər.
Bu arada, dünən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Qarabağ probleminin həlli ilə bağlı açıqlama verib. Səfir qeyd edib ki, ölkəsi beynəlxalq hüquq normaları əsasında və bu regionda yaşayan insanların maraqlarında münaqişənin ədalətli həllinin tərəfdarıdır.
Səfirin sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi dəfələrlə səsləndirilib: "Onu həm XİN rəhbəri, həm də prezidentin mətbuat katibi bildirib".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dadlı əl işlərim (2)
ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
Klaç çanta modelləri
Şəhidimizin ailəsinə yazdığı son məktub
Qırışlar niyə yaranır?
İlin ilk körpəsi doğuldu
Ağ evdən 6 ölkəyə dəstək
Hava haqqında
Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
“Instagram”dan yenilik
Qızıl 3 dollardan çox bahalaşıb
Tarixdən...(2)
Hamiləlik həftəsi necə hesablanır?
Minlərlə insan qorxub: hər tərəf küldür
HAVA necə olacaq?-21 Oktyabr
Mədə-bağırsaq xəstəlikləri yay aylarında aktivləşir
Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 519 yeni yoluxma
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Leyla Əliyeva Federasiya nümayəndələri ilə görüşdü
Hava haqqında - 13.09.2013
Ronaldinyo maşınlarından oldu-FOTO
Gözəlliyinizə gözəllik qatın
Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR
Bədxərcsiniz, yoxsa qənaətcil?
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Rusiya Qarabağı nə vaxt qaytaracaq?
Hadise koronavirusdan qorunmaq üçün bunu etdi
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?
Sakit okeanda 5,8 bal gücündə zəlzələ olub
Körpələr üçün balqabaq püresi
Nişan konfetləri
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Özcan Deniz yeni serialına start verdi
Meteohəssaslar üçün XƏBƏR
Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər
Sükut günü başladı
Rusiyada selfi çubuqlarına QADAДћA
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
Tənbəl insanlar iş başında
Hematofobiya
Günün qoroskopu: uğursuz sövdələşmə, mənasız razılaşma
Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər
Bu romanlar insanı sağaldır
Məşhurların boyu təəccübləndirir-FOTO
Azərbaycanda əlil gənclərin vəziyyəti müzakirə edilib
Həyatınızdakı insan sizə aşiq deyilsə...














