“Canım atam, anam, bacım...
21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada. Əgər şəhid olsam, haqqınızı halal edin. Heç vaxt pis olmayın, başınızı dik tutun. İnşallah, cənnətdə görüşərik”.
Bu sözlər Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 24 yaşlı şəhid Kamran Vəlizadənin ailəsinə yazdığı son məktubundandır.
Şəhidin dostu Səmral Əşrəfzadənin “Qafqazinfo”ya bildirdiyinə görə, o, Qubadlı uğrunda döyüşlərdə oktyabrın 23-də şəhid olub:
“Ailəsi ilə sonuncu dəfə oktyabrın 20-də telefonla danışıb. Bir müddətdən sonra telefonla əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri narahat olduğuna görə, onu tanışlar, döyüş yoldaşları vasitəsilə axtarmağa başlayıblar. Yalnız noyabrın 10-da Kamranın cansız bədəni əmisi tərəfindən tanınaraq tapılıb.
Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında da özünə sadiq olub. Ömrünün son anlarında ailəsinə məktub yazıb. Məktubda anasına, atasına müraciət edib. Yazdığından belə məlum olur ki, o, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərin birində ayağından yaralanıb. Döyüş yoldaşlarının çoxu şəhid olub. Özü isə iki gün yaralı qalıb. Çoxlu qan itirən Kamran şəhid olub”.
Dostu qeyd edib ki, Kamran Vəlizadə hərbi xidmətdə olarkən də nümunəvi əsgər olub. Xidmət etdiyi dövrdə qüsursuz xidmətə görə doqquz dəfə fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnib. Müharibənin ilk günlərindən ordu sıralarına qatılıb.
Kamran Vəlizadə ADSNU-nun Energetika fakültəsini bitirib. “Azərenerji” ASC-də imtahandan uğurla keçərək Bakı İstilik Elektrik Mərkəzində işə düzəlib. Lakin bu işdə cəmi iki həftə işləyə bilib, müharibə başladığından ön cəbhəyə yollanıb.
Şəhid qəhrəman doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.
XƏBƏR LENTİ
Qışda dondurmanın faydaları - Ekspert rəyi
İnsan burnu 1 trilyon qoxunu ayırd edə bilir
Hərbi vəziyyət elan olunur?
Bakıda beşinci Azerbaijan Fashion Week keçirilir
Xərçəngdən qoruyan möcüzəvi üsul
Balıq kotleti (foto resept)
Emma Stoun nişanlandı-FOTO
Yaz-yay ayaqqabıları
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
Bu yerlərdə olmaq gərək
Serj harada gizlənir?
Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib
Şeyma Subaşı FOTOsuna görə tənqid edildi
Fərqli sırğalar
Göbələkli bulqur plovu (foto-resept)
"Bizim Cəbiş müəllim"in Makedonu
Çox sıx kartlar satılacaq
Gözəl qadınlar, baxışları və tavadakı portağal...
İspan futbolçu rəsmən "Qarabağ"da
Axmaq Lalita
Çiyələklə dişlərinizi ağardın!
Simurq quşu haqqında maraqlı məlumatlar
Sevgi alimin ağlını aldı
Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Cem Yılmaz xəstəxanalıq oldu - SƏBƏB/VİDEO
Dikdaban ayaqqabılar
Cazibədar ziyafət donları
Cem Yılmaz "Məndən min dənədir"deyib oxudu
Günün qoroskopu - 12.01.2014
Yeni trend: Logolar
May ayının qalibləri!
Hörmə saç modeli
Hamiləlik zamanı bel ağrıları
Koronavirusa yoluxan həkim nəyin hesabına tez sağaldığı barədə danışdı
Dərimizin yaşını bilək
İyun ayında hava necə olacaq?
Mahsum Kırmızıgüldən şad xəbər-FOTO
Kartof Frii (foto resept)
Burak və Özgenin 150 minlik tətili-FOTO
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
200 illik kitablardakı gizli sənət
Eşq
Erkən qocaldan 6 SƏBƏB
Hava haqqında - 12.02.2014
Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı
Məşhur hind aktyoru intihar etdi
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
83 yaşlı müğənni gəlinlik geyinmək istəyir-FOTO