
Qarabağ torpağı Azərbaycana saysız nemətlər bəxş edib. Həm florası, həm faunasının zənginliyi ilə seçilən və hazırda düşmən tapdağında olan torpağımızda dünyanın heç bir yerində rast gəlinməyən bir çiçək də bitir. El arasında ona xarı bülbül deyirlər. Sanki üzərinə qonmuş bülbülü xatırladan xarı bülbül həm gözəlliyi, həm də qeyri-adiliyi ilə seçilir.
Qarabağda itirdiyimiz təkcə torpaq olmadı. Orada həm də Azərbaycan mədəniyyətinin, sərvətinin böyük bir hissəsi yoxa çıxdı. Qarabağ deyəndə yada düşən əsas nişanələrdən biri də xarı bülbüldür. Vaxtilə Azərbaycanın əsas turizm bölgəsi sayılan Şuşaya gələn qonaqlar dəstə-dəstə xarı bülbül dərərlərmiş. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun herbal şöbəsinin müdiri Pərvanə Qaraxani deyir ki, kortəbii şəkildə dərilən bu çiçəklər sonradan tükənmək təhlükəsi ilə üzləşib: "İnsanlar bu bitkinin endemik olduğunu bilmirdilər. Ona görə də gələn qonaqlara xarı bülbül verirdilər. Beləcə, bu bitki tükənmək təhlükəsi ilə üzləşmişdi. Onlar bu bitkini qorumaq əvəzinə, onunla qürur duyaraq qonaqlara təqdim edirdilər".
Səhləbkimilərin bir çox növləri var və onlar dünyanın bir çox yerlərində bitir. Ancaq bizim xarı bülbül kimi tanıdığımız, adı Qafqaz qaş səhləbi olan gül isə Azərbaycanın müxtəlif bölgələrində yayılıb. Qarabağda bitən xarı bülbül isə Azərbaycanın başqa heç bir bölgəsində əmələ gəlmir.
Uşaqlığı Qarabağda keçən Pərvanə xanım təəssüflə bildirir ki, Qarabağda bitən xarı bülbül çox fərqlənirdi: "Mən 2-ci sinifdə oxuyanda ailəmizlə Cıdır düzündə istirahət edirdik. Orada xarı bülbüldən dəstə bağlayardıq. Ancaq onun incəliklərini dərk etmirdik. Şuşada olan xarı bülbülün bir fərqi var. Allah-təala, bəlkə, bilirdi ki, bunlar nisgil yaşayacaqlar, köçkün həyatı yaşayacaqlar. Orada olan quşa bənzər hissə sarı rəngdə idi. Biz gördüyümüz xarı bülbüllərdə isə o hissəni heç vaxt görməmişik".
Əsas məskəni Cıdır düzü olan xarı bülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıbmış. Azərbaycanın digər bölgələrində bitən xarı bülbülün ümumi miqyası Şuşadakı ilə müqayisədə xeyli azdır. Mərkəzi Nəbatat Bağının aqronomu İlkin Şəfiyev deyir ki, bəzi insanlar bu çiçəyi görən kimi dərirlər. Ancaq onun çox az olduğunu nəzərə alaraq, dərmək əvəzinə, çoxaldılmasına çalışmaq lazımdır. İki ildir ki, bağın kiçik bir guşəsində xarı bülbül yetişdirən İlkin bu bitkilərə qulluğun çox çətin olduğunu deyir: "Hal-hazırda nəsli kəsilməkdədir. Bunun da səbəbi odur ki, bu bitki sistemsiz olaraq dərilir, yaxud çoxlu sayda heyvanların otarılması nəticəsində bitkilər tapdalanır. Bu bitkinin yetişdirilməsi çox çətindir. Belə ki, torpaqla bir yerdə basdırılmalıdır. Çünki bu bitkinin köklərində xüsusi mikorilza deyilən göbələk var ki, bunlar da bitkiyə kömək edir".
Müsahibimiz xarı bülbülün görünüşündəki bu qəribəliyi izah edir: "Baxın, üzərində H hərfi müşahidə olunur. Üstündəki isə bülbülün başını və dimdiyini xatırladır. Bitkini əsasən həşəratlar tozlandırır. Bunlar həşəratı cəlb etmək üçün uyğunlaşmadır. Toxumların çoxalması üçün göbələklərin olması vacib şərtdir".
Xarı bülbül təbiətə gözəllik verməklə yanaşı, həm də müalicə əhəmiyyətli bitkidir. Xarı bülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi üçün geniş istifadə edilir. Haqqında rəvayətlər qoşulan bu çiçək hər zaman kədərli anlarla yada salınır.
Xarı bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "nikah diplomatiyası”ndan istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də, xarı bülbülü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.
Haqqında danışılan rəvayətlərdə xarı bülbül gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzi hesab edilir. Ancaq artıq illərdir ki, xarı bülbülün yalnız bir rəvayəti var - əsirlik. Bu o qədər nəcib güldür ki, Qarabağın, Şuşanın işğalda olduğu zaman kəsiyində onun açmasının mümkünsüzlüyünü düşünənlər də az deyil. Ona görə torpaqlarımızın işğaldan azad olunacağı günü həm də xarı bülbülün əsarətdən qurtulacağı gün hesab edilməsi heç də təsadüfi deyil.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Burak Hakkı ayrılıq səbəbindən danışdı-FOTO
Namaz və onun qaydaları (7-ci hissə)
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Xəyanətin astarı və üzü
İş axtaranların nəzərinə!
Putinin hamıdan gizlədiyi qızı
MN: “Ermənistan ərazisindən Zəngilandakı bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb”
Dünya böyük müharibənin astanasında
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
Obama sərt bəyanat verdi
Bakıda pulsuz internet olacaq
Dünyanın sonudur - yeni tarix açıqlandı
Aktrisa Hamiləlik xəbərləri ilə Gündəmdədir-FOTO
UEFA futbolda daha bir dəyişiklik etdi
HAVA necə olacaq?
Vanqadan 2019-cu ilin PROQNOZU
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
Qarabağ görüşü başlayır
İmtahan verənlərin nəzərinə!
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Bakıda yağış yerini küləyə verdi
Evlilik problemləri necə həll edilməlidir?
Azərbaycanda temperatur rejiminin anomal gedişi nə ilə bağlıdır?
Kimsəsiz uşaqları sevindirdilər
Millət vəkili Ramil Səfərovun evində
Yuxadan hazırlanmış paxlava(foto-resept)
Kompüter oyunlarını kim ixtira edib?
İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib
General Polad Həşimov haqqında kitab nəşr olunacaq
Ərdoğan İmamoğlunu təbrik etdi
Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərin İdarəetmə Mərkəzində olub
Borcluya cəhənnəm yaşadan Azərbaycan bankları
70 yaşlı baba eşqə düşdü, 113 yaşlı nənəni aldı
Nokia Lumia 1520-ni göstərəcək
Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək
Günün ulduz falı
Azərbaycanda gömrük rüsumları artırıla bilər
Bölgələrimizin mətbəxi - Qarabağ
İrem Derici 20 kq kökəlib-FOTO
53 yaşlı Sertab Erener görünüşü ilə heyran etdi - FOTO
Azərbaycan qadını doğurdan da sıxışdırılırmı?
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Ətli fajita (foto-resept)
Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ
Kristina Aqilera Bakıda - FOTO
Hamiləlikdə pilates etməyin faydaları
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Muazzez Ersoy onları tənqid etdi
Eynəyi necə seçməli?

- ŞƏRHLƏR