Hüquq-mühafizə orqanları əməkdaşlarının bəzi çayxanalarda qəlyanlarla bağlı reydlər keçirməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. İnformasiyada bildirilir ki, polis əməkdaşları çayxanalara gələrək, müştərilərə təklif olunun sulu qəlyanları yığışdırırlar. Ancaq bunu nə üçün etdiklərinin izahı verilməyib və səbəbi rəsmi şəkildə açıqlanmayıb. Ancaq ehtimal edilir ki, sulu qəlyan vasitəsilə narkotik qəbulu ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bəzi məlumatlara görə, dükanlardan da İrandan və digər ölkələrdən gətirilən sulu qəlyanlar müsadirə edilir.
Bu məlumatların nə dərəcədə doğru olduğunu müəyyən etmək üçün qəlyan satışı ilə məşğul olan bir neçə mağazaya və çay evlərinə baş çəkdik.
Metronun “Nizami” stansiyası yaxınlığında “İran nemətləri” adlanan bir neçə mağaza var ki, orada həm də sulu qəlyan satılır.
Mağazalardan birinin satıcısı qəlyan satışı ilə bağlı onlara heç bir göstəriş verilmədiyini, yəni buna qadağa qoyulmadığını dedi. O bildirdi ki, hətta mağazada olan bütün qəlyanları satılıb qurtarıb, yaxın bir neçə günə İrandan yeni qəlyanlar gətirəcəklər: “Ən çox İran və Dubaydan qəlyan gətiririk. İçliklərini də əsasən İrandan gətiririk”.
Satıcı dedi ki, qəlyanların qiyməti ölçüsündən asılı olaraq 10-250 manat civarında dəyişir.
Digər bir mağazanın satıcısı da qəlyanların satışdan yığışdırılması ilə bağlı onlara heç bir xəbərdarlıq edilmədiyini söylədi. Onun sözlərinə görə, ölkəmizdə xeyli qəlyan həvəskarı var. Hədiyyə kimi də qəlyan alanların sayı az deyil: “Daha çox satılan isə Dubay qəlyanlarıdır. Çünki həm formaları, bəzəkləri qəşəngdir, həm də tüstüləri çox olur. Ən ucuz qəlyan 10 manatdır, onun tüstüsü az olur, həm də 2 adam üçündür. Əsasən hədiyyə kimi alınan qəlyanlar 50 manata başa gəlir. Onu azı 5-6 nəfər istifadə edə bilər”.
Daha sonra “Karanelli” adlanan çay evinə yaxınlaşaraq onlara polislər tərəfindən qəlyan qadağasının qoyulub-qoyulmamasını soruşduq.
Çay evinin meneceri Məhəmməd Muradov qəlyan satışının davam etdiyini və müştərilərin də qəlyan sevdiklərini söylədi: “Bizdə əsasən alma və qreypfurt içərisində hazırlanan qəlyanlar satılır. Almanın qiyməti 12, qreypfurtl qəlyanın qiyməti 15 manatdır. Hər dəfə qəlyan hazırlananda suyu dəyişilir, dəmirləri yuyulur. Müştük də xüsusi qablarda olur”.
- Bəziləri deyir ki, çay evlərində bir qəlyanı bir neçə müştəriyə satırlar...
- Xeyr, bizdə elə deyil. Çünki istifadə olunmuş qəlyan dərhal bilinir, almalı qəlyan sifariş edən adama daha öncə digər meyvə ilə quraşdırılmış qəlyan versən, əvvəlki meyvənin tamı gələr. Həm də ikinci dəfə çəkilən qəlyan acı dadır. Çəkənlər bunu dərhal bilirlər. Ən çox satılan qəlyanlarımızın içliyi isə saqqız, vanildir. 15 müştəridən 10-u bunu istəyir.
- Sulu qəlyan vasitəsilə narkotik qəbul edildiyi də bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Vallah, bizdə elə şey mümkün deyil. Başqa da nəsə deyə bilmərəm.
Yekunda qeyd edək ki, çəkdiyiniz qəlyanlar sizin həyatınızı əlinizdən ala bilər. Belə ki, Misirdə aparılan son təcrübələr göstərir ki, daim qəlyan çəkənlərin ağız boşluğundakı selikli qişasındakı xromosomlar ilə siqaret çəkənlərin xromosomları arasında heç bir fərq yoxdu. Bu da həmin nahiyədə bədxasiyyətli şişlərin yaranmasına səbəb ola bilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR
Dünyanın ən nüfuzlu insanları
Qadının rolu
Dekorasiyada zərif yaşıl tonları
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Yaponiya Putinə dəvəti geri çağırdı
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
İflicin dərmanı: gündə 30 dəqiqə...
Sabahın hava proqnozu
Ütü alarkən bunlara diqqət edin
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Dollar 90 qəpik olacaq
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Bu da final, bu da "Marakana": Almaniya, yoxsa Argentina?
Biz nə üçün messencerlərdən belə asılıyıq?
Ali Məhkəmədən dollarla krediti olanlara İZAHAT: Krediti hansı kursla qaytarmalı?
Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur - RƏSMİ
HAVA necə olacaq?- 16 fevral
Aktrisa arıq halını bəyənmədi-FOTO
"Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"
Debaltsevedə evakuasiya əməliyyatı aparılır
Toyuqdan çaxoxbili (foto resept)
Albalı piroqu
Qlütensiz kotlet (foto resept)
Qozlu, şokoladlı peçenye (foto resept)
Ronaldonun qiyməti açıqlandı
Rəqəmləri birləşdir-7
Yumurtalı ət ruleti (foto resept)
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Hipotrofiya - körpə bəlası
Bakıda elm festivalı başladı
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Xurmalı şirniyyat (foto resept)
Ermənistan prezidenti hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırdı
Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB
Arvadının 8 il həbsini tələb edir
SSRİ dövrünün 5 qəpikləri sizi milyonçu edəcək - QİYMƏT
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Baş bəlası sızanaqlar
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Beyons Cəlaləddin Rumi haqda film çəkəcək
Dəfnənin Cem və Serenay sevgisinə reaksiyası
Bir çox kişilərin gizli qorxuları
Bədəni yoran vərdişlər
6 yaşlı uşaq iş üçün müraciət etdi-FOTO
"Barselona"nın ulduzu karyerasına son qoyur
Günün ramazan təqvimi (10 iyul)
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş















- ŞƏRHLƏR