Bu ildən Azərbaycan ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır. Trend xəbər verir ki, bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda təşkil etdiyi konfransın materialları arasında yer alan məqaləsində qeyd edilib. Nazir bildirib ki, Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksək sürətli internetlə təmin etməkdir: "Layihə 3 il müddətində reallaşdırılacaq. Onun həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək". Ə.Abbasov həmçinin qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Fondu İKT sektorunda fəaliyyətin stimullaşdırılmasına, innovativ sahibkarlığın inkişaf etdirilməsinə, yerli və xarici investisiyaların cəlb olunmasına, tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir: "Yola saldığınız "İKT ili"ndə Azərbaycan Prezidentinin fərmanı ilə Fondun əsasnaməsi təsdiq edilib və onun fəaliyyətinin təşkili ilə bağlı bütün işlər başa çatdırılıb. Bu Fond İKT üzrə yeni innovasiya şirkətlərinin yaradılmasına, rəqabət qabiliyyətli İKT məhsul və xidmətlərinin istehsalı və onların dünya bazarlarına çıxışına maliyyə və təşkilati dəstək verəcək, innovativ təşəbbüsləri qrantlar, kreditlər və investisiyalarla təmin edəcək". Rabitə və yüksək texnologiyalar nazirinin sözlərinə görə, Azərbaycanda İKT sənayesinin, məhsul və xidmətinin rəqabət və ixrac imkanlarının artırılmasına yönəlmiş Yüksək Texnologiyalar Parkı bu sahədə iqtisadi potensialın gücləndirilməsi, elm, təhsil və biznesin səylərinin birləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir: "Yüksək Texnologiyalar Parkı İKT iqtisadiyyatının inkişafı naminə elm və istehsal arasındakı əlaqələri gücləndirəcək, elmtutumlu məhsulların, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılmasını genişləndirəcək".
Mənbə:Trend.az
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında