Dərimiz həyatımızın izləriylə doludur. Körpələrin dərisi isə yumşaq, hamar və ləkəsizdir. Zaman irəlilədikcə hamar, ləkəsiz dəridə quruluq, bəzi yerlərində həddindən artıq məsamələr, bəzən qırışlar, bəzən də qəhvəyi ləkələr, qırmızı ləkələr meydana gəlir. Uzun sürən xəstəliklərin, sızanaqların, hamiləliyin, günəşin, mimikaların izləri gəlib dərimizdə "məskən salır". Çoxumuza dərd olur, bu izlər ortadan qalxsın deyə həll etmə yollarını fikirləşirik. Bir qəzetdə oxuduğumuz xəbərə laqeyd qala bilmirik. Məsələn, filan adam filan bir alətlə xüsusi bir sıra "bitki mənşəli" qarışıqla ləkələri, qırışları ağrısız yox edib. Tez o adama zəng edirik, görüş təyin edirik və gedirik görüşə. "Siz heç narahat olmayın, dəriniz tərtəmiz olacaq", deyə o adam söhbətə başlayacaq. Kimimiz inanacaq, kimimiz şübhələnəcək. Mümkündür tamamilə tərtəmiz olmaq?
Bu iş nə qədər xəyal və nə qədər gerçək və nə dərəcədə elmidir?! Qırışların meydana gəlməsi, müalicəsi və qarşısının alınması barəsində beyninizdən keçən suallara azca da olsa bu xəbərimdə cavab tapa bilsək, sevinərəm.
Qırışların olmaması üçün nələr edə bilərik?
Öncə qırış meydana gətirə biləcək səbəblər müəyyən olunmalı və bu istiqamətdə tədbirlər görülməlidir. Gecə üzümüzə çəkdiyimiz nəmləndirici kremin qırış və ləkə müalicəsi baxımından son dərəcə əhəmiyyəti böyükdür. Yüngül "soyan" xüsusiyyəti olan, bu xüsusiyyətinə görə dəridə yenidən kollagen "istehsalını" sürətləndirən kremlərin gecə istifadə edilməsində faydalıdır. Gündüz günəşdən qoruyucu, xüsusilə nəmləndirici kremlər istifadə edilə bilər.
Massaj tətbiq etmək, siqaret çəkməmək lazımdır. Günəş narahatlıq verirsə, günəşə qarşı həssaslıq meydana gətirici maddələrdən çəkinmək və eynəkdən istifadə etmək lazımdır. Çoxlu miqdarda su içilməlidir.
Qırışlar necə meydana gəlir?
Dərimizin altında bir bağ toxuması vardır. Bu toxumanı kollagen, elastin adlandırdığımız zülallar meydana gətirir. Hər hansı bir səbəbdən bu toxumalarda meydana gələ biləcək bir zəifləmədən sonra dəri gərginliyini və elastikliyini itirir, qırış meydana gəlir. Üzümüzdəki əzələlərimizdə tez-tez etdiyimiz hərəkətlər, yəni mimikalar dəridə qırış meydana gəlməsinin başlıca səbəbləridir. Alnımızı çatarkən, gözümüzü qıyarkən sıxılan əzələlərimiz bu hərəkəti həyat boyunca dəfələrlə təkrar etdiyi üçün dəridə - bağ toxumasında bir ərimə meydana gəlir. Çox siqaret çəkən insanların dodaq ətrafında yaranan şaquli xəttlər də dodaqların büzülməsinə gətirib çıxarır. Davamlı olaraq eyni mövqedə üzü üstə və yan tərəfi üstə yatsaq, diqqətə çarpan qırışlar meydana gələr. Protezlərdə uyğunsuzluq qırışlara gətirib çıxarır.
Günəş şüaları, dəri altındakı bağ toxumasını, yəni kollageni dağıdan fermentlərin işini artırır. Günəş şüaları altında çox qalan kəslərdə kollagen fermentləri daha sürətlə dağıtmağa başlayır, dəridə qırışlar meydana gəlir. Günəş şüaları qəhvəyi ləkələri, damarların sayını artırar.
Göz ətrafı qırışıqlarının iki əsas səbəbi vardır. Gözü hissəsini çox hərəkət etdirmə və göz ətrafını qaşıma. Bunların nəticəsində onsuz da digər bölgələrə görə daha incə olan göz ətrafında sürətlə qırışlar inkişaf edir. İşığa həssas insanlar gözlərini çox qıydıqları üçün göz ətrafında qırışları çox olur. Müxtəlif allergik faktorlar, xüsusilə qoxu allergiyası, göz ətrafının tez-tez qaşınması xüsusilə alt göz qapağında qırışlara səbəb olar.
Bir insanın bioloji yaşı artdıqca kollagen və elastin istehsalı sürəti azalır, dağıtması artır. Qadınlarda menopauza dövründə estrogen azaldıqca bağ toxuması istehsalı da azalır və zəifləyir. Dəridə elastiklik azalır, qırış artır. Hormonal xəstəliklər, həddindən artıq kilo almaq dəri altındakı bağ toxumasının quruluşunu pozur.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR