ANS PRESS-in məlumatına görə, AMB-nin baş direktoru Rəşad Orucovun iştirakı ilə keçirilən görüşdə “üzən məzənnə” rejiminə keçilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, bankların xarici öhdəlikləri, kredit portfelindəki vəziyyət, stress-testlər, 2016-cı ildə bankların fəaliyyəti ilə bağlı planlar müzakirə olunub.
Görüşdə bankların konsolidasiya (birləşməsi) məsələsi, dollarla krediti olan müştərilərlə bağlı siyasət əsas mövzulardan biri olub.
Məsələni şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu görüşdən sonra müştərilərə bir sıra güzəştlər ola bilər: "Fevral ayında olan devalvasiyadan sonra da müştərilərə güzəştlər var idi, yəqin, bu dəfə də banklar bu mövzu ətrafında yeni güzəşt proqramı hazırlayar. Güzəştlər isə vaxtın uzadılması və faiz dərəcəsinin artmamasından ibarət olar", - deyə Samir Əliyev fikrini izah etdi.Ekspert onu da əlavə etdi ki, Mərkəzi Bank daha çox tövsiyyə xarakterli təkliflər irəli sürsə də, bəzən bu, məcburi şəkildə həyata keçirilir, baxmayaraq ki, Mərkəzi Bankın digər bankların kedit məsələsinə qarışmaq ixtiyarı yoxdur, bu qanuna ziddir:
"Mərkəzi Bank digər banklara müəyyən bir normativlər çərçivəsində göstəriş verə bilər. Məsələn, müəyyən normativləri qəbul edən banklara lisenziya verir və bankları məcbur edir ki, həmin normativləri yerinə yetirsin. Əks halda, lisenziya ləğv oluna bilər və ya banklara qarşı sərt tədbirlər görülə bilər. Amma digər məsələlərdə Mərkəzi Bank digər bankların kredit siyasətinə qarışa bilməz. Bura həm faiz, həm komissiya haqları aiddir. Baxmayaraq ki, birinci devalvasiyada bu qanun pozuldu və Mərkəzi Bank komissiya haqlarını bir faizə saldırdı. Eləcə də, deyildi ki, istehlak kreditləri 29%-dən çox ola bilməz", - deyə Samir Əliyev qeyd etdi.İqtisadçı ekspertin fikrincə, istənilən tövsiyyə məcburi xarakter daşıyır. Düzdür, bütün bunlar əhalinin xeyrinə atılan bir addımdır, amma burada bankların büdcəsini də nəzərə almaq lazımdır. Bundan başqa bu, bank olmayan kredit təşkilatlarına daha çox zərbə vurdu, çünki bank olmayan kredit təşkilatları faiz dərəcəsi banklardan çoxdur.
Samir Əliyev onu da vurğuladı ki, Azərbaycan kimi balaca ölkədə bankların sayının 43 olması çoxdur, bu banklar birləşdirilməli və maksimum 23-24 bank fəaliyyət göstərməlidir.
Ümid edirik ki, Mərkəzi Bankın digər banklarla keçirdiyi görüşün nəticəsi bu yaxınlarda özünü mütləq göstərər. Bunun üçün ödəmə qrafikinə və kredit qrafikinə yenidən baxılmalı, xüsusilə də borcunu qaytarmaqda çətinlik çəkən müştərilər üçün kreditlərin müddətinin uzadılması, eləcə də, kreditlərin ödənilməməsinə görə tətbiq olunan cərimə və sanksiyaların silinməsi ilə bağlı təkliflər tezliklə həll olunmalıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ermənistan satlığa qoyulub
Uzun illər qıtlıq gözlənilir
2018 Coachella festivalı
Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib
Facebook-da təhlükə
Corc Buşun qızının toyu oldu-FOTO
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Kopenhagen moda həftəsi
Qiyməli qarabaşaq (foto resept)
Hərbçilərimiz müharibəyə hazırdır?
HAVA xəbərdarlığı
Alimlərdən inanılmaz kəşf
HAVA necə olacaq?
Diktatorların qadınları
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Noyabrın 15-i son vaxtdır
Tətilin SON GÜNÜ Başa çatır
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yeni il şarı düzəldək
Gülşen açıqlaması ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO
Xərçəng xəstəliyindən qorunun!
Ən bahalı və ən ucuz ixtisaslar
50 yaşlı qadın üçəm doğdu
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Yüksələn dərd: təzyiq
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Dünyanın ağ ciyərləri belə məhv edilir
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Xaosun harmoniyası və ya heç nə(2)
TQDK-dan imtahanlarla bağlı açıqlama
Əlvida, Madiba!
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İnfarkt keçirən xalq şairindən xəbər var
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu gün bir neçə rayon qazsız qalacaq
Super qadınlar üçün super qidalar
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Pendirli poğaça (foto-resept)