Öz təyinat məntəqəsinə tədricən yaxınlaşan Marsda gəzən "Curiosity" robotu Maunt-Şarp dağında sensasiyalı kəşf edib: vaxtilə qırmızı planetdə su olub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV NASA-dan verilən məlumata istinadən xəbər verir.
Bu iddianın sübutları danılmazdır. Belə ki, robot Yer kürəsinə dəyirmi səthə malik bir neçə daşın şəklini çatdırıb. Alimlərin fikrincə, "belə şəkil və forma nə vaxtsa bu süxurların çay məcrasında olmasından xəbər verir". Forma və çınqılın ölçüsünə görə, alimlər həmçinin müəyyən ediblər ki, şəkillərdə qədim çayın məcrası təsvir edilib. Onlar hətta çayın təxmini dərinliyini və sürətini də göstəriblər.
"Çayda su təxminən saniyədə 3 fut (saniyədə 0,9 metr) sürətlə axıb, dərinlik isə haradasa topuq və bud nahiyəsinə qədər olub", - "Curiosity" missiyasının rəhbərlərindən biri Bil Ditrix deyib.
Onun sözlərinə görə, Marsda suyun olması ilə bağlı indiyədək bir çox ehtimallar irəli sürülsə də, "bu birinci hadisədir ki, biz əslində Marsda suyun gətirdiyi çınqılı görürük".
Bu arada Con Qrotsinger adlı digər alim CBS-ə müsahibəsində qeyd edib ki, tədqiqatçılar artıq Qeyl kraterində uzaq keçmişdə su axınından şübhələniblər. Bunu orbital şəkillər əsasında fərziyyə etmək mümkün idi. Həmin şəkillərdə kraterin vadisi vasitəsilə axmış suyun izini ayırmaq mümkündür.
İndi alimlər robotun köməyi ilə daşların kimyəvi tərkibini, həmçinin onları birlikdə saxlayan törəməni öyrənməyi planlaşdırırlar. Bu tədqiqat Qeyl kraterinin geoloji quruluşunu daha dərindən öyrənməyə imkan verəcək. Bu halda alimlər Marsda həyatın olduğunu aşkar edə bilərlər. Belə ki, qədim çayda canlı orqanizmlərin yaşaması tamamilə mümkündür.
Xatırladaq ki, "Curiosity" qırmızı planetin səthinə avqustun 6-da enib və o vaxtdan artıq həvəskarlar Marsda həyatın olması ilə bağlı çoxlu sayda "danılmaz" sübutlar tapıblar.
Mənbə:trend.az
XƏBƏR LENTİ
Azərbaycanda yarım milyon insanda xəstəlik tapıldı
NADIR HADİSƏ: İkibaşlı qız uşağı doğuldu
Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
BÜRCLƏR bizə nə vəd edir?-8 Oktyabr
Təyyarədən özünə ev düzəltdi-FOTO
Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
12 barmaqlı kişi: "Hamı elə gözəl qadın axtarır"
Bakıda evlərin qiymətləri ucuzlaşır
Gündəlik normal qidalanma
1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?-RƏSMİ CAVAB
Koronavirus beyin xərçəngi yarada bilər
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Çiçəkdən tac düzəlt
Ermənistan hərbi helikopterinin təxribatı AŞPA-nın növbəti sessiyasında qaldırılacaq
Məşhur tərzi: Camila Morrone
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
Brüssel kələmi yeməyi (foto-resept)
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Xeyli erməni əsgər yaralandı, ölən var
Gündə ən az 5 ədəd zeytun yesəniz..
BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşdü
Yapon dənizində çirkab suların təmizlənməsi üçün bakteriyalar tapılıb
Günəşdə iki güclü alışma olub
Sakit okeanı ilk dəfə avarla keçib
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Maksim Şevçenko: “Gəncənin atəşə tutulması Hitlerin fəaliyyətinin analoqudur!”
2011 qadın yay geyimləri
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
NASA-nın astronavtları kosmosdan qayıtdılar - VİDEO
HAVA necə olacaq?- 16 fevral
Sabahın HAVAsı
Hamiləlik dövründə bunlardan zövq alın
Ana südünün böyüklərə xeyri
Lavaş piroqu( foto resept)
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
İlandan şərab hazırlandı – FOTO
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
Amma siz ziyansız olduğunu düşünürdünüz
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Geyim kombinasiyaları
Məşhur yerlərin görüntülərini toxudu
Şifon donlar
Eynək istehsalı dayandırılır
Günəş işığı koronavirusu məhv edir? - Məşhur alim açıqladı
Bir günə, heç hara getmədən xarici pasport necə almaq olar?
Ronaldinyo məsələsinə son qoyuldu
Instagram öz messencerini sınaqdan keçirməyə başlayır
Çiyələkli smoothie (foto resept)
- ŞƏRHLƏR