Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə bu gün təntənəli mərasim keçirilib. Mərasim açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Nazir Z.Həsənov çıxışında bildirib:
"Sizi Silahlı Qüvvələrin 97-ci ildönümü münasibətilə təbrik edirəm, xidmətlərinizdə uğurlar arzulayıram. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir.
İl ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib. Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur. Bütün fəaliyyətlər birbaşa Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısının nəticəsidir.
Ötən gün Möhtərəm Prezident Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdi. Şəxsi heyətin qarşısında çıxış edərək Ali Baş Komandan Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verdi, ordu qarşısında qəti vəzifələr qoydu. O, qeyd etdi ki, Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifə, torpaqları işğaldan azad etməyə daim hazır olmaqdır.
Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Cənab Prezident xüsusi qeyd etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin.Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaqdır.
Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəkdir.
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirəm".
Sonra bayram münasibətilə müdafiə naziri adından qonaqlara ziyafət verilib. Tədbir Xalq artisti Azərinin və Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dırnaq boyası çəkən xanımların nəzərinə
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Kırmızıgül anasına tərcüməçilik edəcək-FOTO
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri sona çatdı
Cansu Dere və Tuba Büyüküstün QALMQALI
Sürətli oxu - 3
Bakıda avtobus sürücülərinə bəd xəbər
Ətli-göbələkli rulet (foto resept)
Səudiyyə Ərəbistanında qadınlar təyyarə idarə edəcək
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Milanda moda həftəsi
İran Ərdəbil-Bakı aviareysinin açılmasını təklif edir
Qış çayı
Ağıllı telefonlardan əvvəl də "selfie" var idi - FOTO
60 milyon peyvənd sifariş verildi - Hökumət koronavirusa qarşı hərəkətə keçdi
Məşqdən sonra necə qidalanmalıyıq?
Piza qülləsi qamətini düzəldir
Əroğanın qızının toyundan FOTOlar
Qurban ətini necə yeməli?
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Bayramdan sonra çəki artımı
"Ufak tefek cinayetler"dən getmə xəbərindən danışdı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 188 yeni yoluxma
İzləyicilərin narazılığına səbəb olan FOTO paylaşdılar
"Bir zamanlar Çukurova"-nın aktrisası görənləri TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər
Hər gün edilən 7 səhv
Tolqahan Sayışmandan 3 milyonluq yatırım - FOTO
Azərbaycan əhalisinin son sayı açıqlandı
Azərbaycanda həkimlər xəstəyə dil tikdilər
Lənkəranda zəlzələ baş verib
Sərinlik dərdi: bahalıdırsa, keyfiyyətlidir?
Facebook Messenger yeni rekord vurdu
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Paşinyan: “Çox böyük itkilərimiz var, son günlər geri çəkilmişik”
Mehriban Əliyeva "Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisində
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Yemiş yeyin, çünki...
Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr
Hiperaktiv uşaqlarla necə davranmalı?
Altıncı hissi gücləndirməyin yolları
“Azərbaycan obyektivdə” fotosərgisi Brüsseldə nümayiş etdirilib
Azərbaycanda toylar qadağan edildi - RƏSMİ
Burak Özçivit "tükənmişlik sindromu"ndan əziyyət çəkir
Xalq artistindən qəti etiraz-VİDEO
Aslı Enver onu “sildi”















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]