Oxunun başlanğıc sürətinin təyin edilməsi
Oxunun sürəti nədir? Biz onu zaman vahidi kəsiyində oxunmuşun mənimsənilmə keyfiyyətini də nəzərə alınmaqla işarələr kəmiyyəti kimi təyin edirik. Onu bu formula əsasən hesablamaq olar: V=(Q/T)*K
Burada V-oxunun sürəti; Q-mətndə olan işarələrin sayı (həcm); T-mətnin oxunmasına sərf edilmiş vaxt (dəqiqələrlə); K-anlama əmsalıdır. İşarə dedikdə mətndəki hər bir hərf və rəqəm (durğu işarələrindən başqa) başa düşülür. Bəzi dərsliklərdə oxunun sürəti sözlərlə ölçülür. Bir ölçü vahidindən digərin keçmək asandır və əsas odur ki, onlar arasındakı qarşılıqlı münasibəti biləsən.
Məlumdur ki, rus dilində sözlər orta hesabla altı hərfdən ibarətdir. Məsələn, əgər oxunun sürəti dəqiqədə 600 işarəyə bərabərdirsə, sözlərlə oxunun sürəti dəqiqədə 100 söz olacaq (600:6). Oxunun müddətini saniyəölçənlə ya da ən azından saniyə əqrəbi olan saatla ölçmək olar. Bəs anlama əmsalı nədir? Bizə artıq məlumdur ki, sürətli oxu oxunmuşun dərindən mənimsənilməsi ilə yanaşı mənalı oxu novüdür. Təlim prosesində daim təkcə oxunun müddətini deyil, həm də mənimsənilmənin keyfiyyətini ölçmək lazımdır. Göstərilmiş formula əsasən oxunun sürəti oxunmuşun başa düşülməsi ilə ayrılmaz şəkildə əlaqəlidir. Anlayış əmsalı oxunmuşun məzmununa dair 10 suala cavabın təhlili yolu ilə müəyyən edilir. 10 sualın hamısına düzgün cavab verildiyi təqdirdə, K 1-ə, 8 suala cavab verildiyi halda - 0,8-ə bərabərdir və s.
Ənənəvi oxu metodlarının xüsusiyyətləri
Oxunu beş əsas xüsusiyyətə ayırmaq olar:
1. Reqressiyalar oxunmuşu təkrar oxumaq məqsədilə gözlərin geri hərəkətidir. Bu nöqsanların ən geniş yayılmışıdır. Bəzi oxucular özləri də hiss etmədən istənilən mətni iki dəfə oxuyurlar: həm çətin, həm də asan mətni, sanki əmin olmaq istəyirlər. Ləng oxu zamanı həcmi 100 söz olan mətn üçün reqressiyaların sayı 10-15-ə çatır. Aydındır ki, gözlərin bu qədər tez-tez geri hərəkətləri oxunun sürətini azaldır. Əksər insanlar həm çətin, həm də asan mətnləri eyni dərəcədə ləng oxuyurlar. Amerikalı tədqiqatçılar da oxunun məhz bu xüsusiyyətini təhlil edərək yazırdılar: "Əksər insanlar neft-yağ materiallarının sərfinə dair rüb hesabatını da, elmi jurnalda yeni avtomobil mühərriki barədə məqaləni də, bədii mətni A.Heylinin "Çarxlar" romanını da ləng oxuyurlar, halbuki, hesabat yekun rəqəmləri görmək üçün müxtəsər nəzər tələb edir, elmi mətn isə bədii kimi başqa bir yanaşma tələb edir". Buradan belə nəticə çıxır ki, oxunun bu və ya digər sürəti və texnikası, hər şeydən əvvəl oxucunun öz qarşısında qoyduğu məsələ və məqsədlərə tabe olmalıdır. Məhz əqli fəaliyyətin avtomatizm kimi müvafiq proqramlarının işlənib hazırlanması, lazım olan anda onların istənilən birindən istifadə etmək bacarığı sürətlə oxumaq qabiliyyətini təyin edir.
2. Dəyişkən oxu proqramının olmaması çoxlarına ziyan vurur. Artıq ilk eksperimentlər göstərib ki, çox sadə bir üsuldan–inteqral alqoritmdən istifadə etməklə oxu sürətini iki dəfə artırmaq və oxunmuşların mənimsənilməsini təxminən iki dəfə yaxşılaşdırmaq mümkün olur.
3. Artikulyasiya: Oxu zamanı dodaqların, dilin və digər tələffüz orqanlarının hərəkəti özlüyündə oxunun sürətini yalnız zahirən azaldır. Əslində isə onlar daim gizli hərəkətdə olurlar. Artikulyatorların bu mikrohərəkətlərinin intensivliyi hər şeydən əvvəl oxunun inkişaf səviyyəsindən və mətnin çətinliyindən asılıdır. Müəyyən olunduğu kimi sözləri tələffüz etmək vərdişi oxucuların əksəriyyətinə xasdır. O, uşaqlıqda oxumağı öyrənərkən formalaşır. Uşaq əvvəlcə sözləri hərf-hərf, sonra heca-heca, nəhayət, bütövlükdə səsləndirir. Nəticədə görünən və tələffüz olunan söz arasında möhkəm reflektor əlaqə yaranır və mətni əvvəlcə ucadan, sonra pıçılti ilə, sonra isə daxildə söyləmək vərdişi formalaşır və hər bir vərdiş kimi o da çox davamlıdır.
4. Dar görüş sahəsi: Görüş sahəsi dedikdə, gözlərin mətnə bircə dəfə nəzər yetirməklə dəqiq qavradığı hissəsi başa düşülür. Ənənəvi oxu zamanı hərf, söz, ən yaxşı halda isə iki-üç və söz qavranıldıqda görüş sahəsi çox dardır. Bunun nəticəsində gözlər çox sıçrayış edir və nəzəri saxlayır. Bu üsulu nəzərin parçalanması ilə oxu üsulu adlandırmaq olar. Görüş sahəsi nə qədər geniş olarsa, göz hər dayandıqda bir o qədər çox informasıya qavranılır, bu dayanmaların da sayı bir o qədər az olur, nəticədə isə effektiv oxu alınır. Sürətlə oxuyan adam nəzərini bir dəfə saxlayaraq iki-üç sözü deyil, bütöv bir sətri, bütöv cümləni, bəzən isə bütöv bir abzası qavraya bilir.
5. Diqqətin təşkil olunma səviyyəsi: Diqqət oxu prosesinin katalizatorudur. Əksər oxucuların oxu sürəti onların anlamaya mənfi təsir etmədən malik ola biləcəklərindən qat-qat aşağıdır. Ləng oxuyan adamın diqqəti kənar düşüncələrə predmetlərə yayınır və mətnə maraq azalır. Buna görə də böyük hissələr mexaniki olaraq oxunur və oxunmuşun mənası şüura çatmır. Belə oxucu kənar şeylər haqqında düşündüyünü hiss edən kimi çox vaxt həmin parçanı yenidən oxumağa məcbur olur. Öz diqqətini idarə etmək bacarığı sürətli oxu texnikasının mənimsənilməsi prosesində məşq edilən mühüm xüsusiyyətdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Şəkidə şirniyyat festivalı olacaq
Fransa telekanalı Qarabağı müzakirə etdi
İnsan
Bu bitkiləri evdə saxlamayın
Meqan və Harridən nümunəvi addım -FOTO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Emin həmkarları ilə həkimlər üçün oxudu-VİDEO
Göbələkli bilinçik (foto-resept)
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
Kolumbiyada eynicinsli nikahlar leqallaşdı
Siqareti atmaq üçün az bilinən üsullar
Mirvari dəbi geri qayıtdı
Şərq ay təqvimi günlərinin dölə təsiri
Bibiheybət və İçərişəhərdəki В«CüməВ» məscidində qanvermə aksiyası olacaq
İncə bilərzik modelləri
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Hicablı xanımlar üçün geyimlər
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Günün qoroskopu: qayıdana fikir verin
Parisdəki terror zamanı ölən və yaralananlar arasında azərbaycanlı varmı?
Portağalın faydaları
Uşaqlarda yeriməyi gecikdirən səbəblər
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Ona səbəb göstərin!
Azərbaycanda necə QİÇS xəstəsi var?
Arıqlamaq üçün ilkin addımlar
Paştet (foto resept)
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində - FOTO
İslamı qəbul edən dünya ulduzu -FOTO
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Saça necə qulluq etməli
Fıstıqlı krokan (foto-resept)
Plastik tac yarım milyona satıldı
Google sürücüsüz avtomobil buraxacaq
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Bəyəndim (Like)
Bakı yollarında sürət həddi yenə dəyişdi
Müəllimlər sınaq qarşısında
İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
"Xocalı Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir"
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Onlar tablo deyil, Çinin düyü tarlaları
Təəccübləndirən və güldürən şəkillər
2017-nin dəbi olacaq rənglər
- ŞƏRHLƏR