
Çaydan sonra isti içkilər arasında qəhvənin xüsusi yeri var. Özünəməxsus xeyir və ziyanları ilə tanınan qəhvənin elə hazırlanma üsulu da, tərkibi də olduqca qəlizdir və bu qəlizliyi çözən insanlar üçün qəhvə hazırlamaq artıq əyləncə üsuluna çevrilir.
Bakıda istənilən məkanda hazır türk qəhvələrini dadmaq mümkündür. Lakin bəzi məkanlar var ki, burada məhz qəhvə müştərinin gözü önündə hazırlanır və təqdim olunur. Qeyri-adi dada malik olan bu qəhvələrin əsl sirri isə müştəriyə bildirilmir. Bəs qəhvə necə hazırlanır, ev şəraitində bu qəhvəni hazırlamaq mümkündürmü?Qəhvə ustası Hakan Tunca görə, əsl qəhvəni bişirmək üçün məharət lazımdır. Hər kəs qəhvə bişirə bilər, amma qəhvə də yemək kimidir. Həvəslə edilmədiyi halda tutdurmaq mümkün deyil. Köpüklənmir, dibi çökmür və olduqca çiy dad verir. Məhz bu səbəbdən qəhvə bişirilmə prosesinə həvəslə yanaşmaq lazımdır: "Türk qəhvəsi istəyə görə sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər soyuq su götürülür və həmin su qəhvədana tökülür. Bu, çox qısa bir müddətdə olur və dərhal qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpüklənənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır. Qəhvəni təqdim edərkən, yanında mütləq bir stəkan su verilir. Qəhvə içilmədən öncə əvvəl həmin sudan bir qurtum içilir. Daha sonra yenə də lazım olarsa, su içilməsinə davam edilir. Əsas məsələ səbirli olmaq və qəhvənin miqdarını düzgün təyin etməkdir".
Ustanın sözlərinə görə, əgər qəhvə su kimi sıyıqdırsa, bu, kütə gedən qəhvə hesab olunur. Bu cür qəhvə qaynadılmış çay kimidir və süfrəyə verilməsi qəhvəni tanıyan adamlar üçün təhqir hesab olunur. Məhz bu səbəbdən hazırlanan qəhvəyə ürək qoyularaq diqqətlə edilməlidir ki, onu təqdim etdikdə qarşıdakı insana da hörmət etdiyinizi göstərəsiniz. Elə bu səbəbdən də bir fincan qəhvənin 40 il xətri olduğu deyilir: "Böyük marketlərdə qəhvə qarışımları satılır və əskər hallarda bu qarışımların üzərinə türk qəhvəsi olduğu yazılır. Açıldıqda isə məlum olur ki, qəhvə sadəcə kofe dənələridir və bu dənələrlə qəhvə bişirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, qəhvənin qiyməti də ucuz olmur və kofedən fərqlənən əsas nüansi qaynayanda qatılaşmasıdır".
Qəbul edilən qida və mayelər insanlara nə qədər müsbət və mənfi təsir göstərirsə, qəhvənin də müsbət və mənfi yönləri mövcuddur. Qəhvə faydalı olmaqla yanaşı, aludəçilik yaradır və müəyyən zərərləri var. Ona görə də bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, üürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir.
Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb. Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır. Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur.
Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır. İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.
Mənbə: Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ölən zəvvarların ailəsinə veriləcək vəsaitin həcmi açıqlandı
ABŞ "11 sentyabr"ı 4 milyardla dəyişdi
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
Zaxarova "Eurovision 2016" qalibini ələ saldı
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ - FOTO
Dünyanın sonu-1
TƏBİB: “Koronavirus testlərinin qiymətlərinə qarışmırıq”
Viktorian stili
Əgər Ay yox olsa...
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
Boşanmaq sağlamlığa ziyandır
Mehriban xanım hüzr mərasimində
"Eurovision-2020" üçün mahnı qəbuluna başladı
Suyun sirləri
Qabyuyana qoymamalı olduğunuz qablar
"Fantaziya" tortu (foto resept)
V Üzeyir Hacıbəyli festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Məşhur müğənninin dili kəsiləcək - FOTO
Ağdamda könüllülər ordu sıralarına yollanır
Cəbhədə yeni təxribat
İlham Əliyev: “Bütün dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” - VİDEO
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
Yağış yağacaq - Sabahın HAVASI
ÜST rəhbəri gənclərin davranışının koronavirusa yoluxmanı artırdığını açıqladı
Həyəcan və depressiyadan onlar qoruyur
Üzüm mürəbbəsi (foto-resept)
Facebook-dan pulsuz internet
Bisküvit (foto-resept)
Pop-cornu ara payda yemək olar?
BÜRCLƏR bizə nə vəd edir?-19 Mart
“Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
İmtahandan keçə bilməyən namizədlərə şad xəbər- VİDEO
Bələdiyyə yük maşını ilə dağdan şəhərə qar gətizdirdi-FOTO
Bağlanış Mərasiminə nə qədər pul xərclənib?
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Dünya koronavirusun üçüncü dalğası ilə mübarizəyə başladı
Soğanın yeni faydaları
ABŞ-a yeni prezident
Dünyanın ən uzun insanı öldü
4 yaşlı “Youtube” ulduzu - FOTO
Pendirdən qorxub ağlayan da var
Arıqlamağın ən asan yolu. Titrəmək.
İlk “ağıllı” “Huawei” eynəyi təqdim olundu
Sevimli hobbilər
Beşiklər
Məşhurların gəlinlikləri
İlk həftələrdə körpənin əmizdirilməsi
Arı südü nədir? Arı südünün faydaları nələr?
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]