Bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 5-6 manata düşüb. Alıcılar da ətin ən ucuz satıldığı mağazalara üz tuturlar.
Şamaxıda rayon mərkəzi bazarında və bəzi kəsim yerlərində qiymətlər stabil olaraq 6 manatdan satılsa da, elə yerlər də var ki, dana əti alıcılara 5 manatdan təqdim olnur. Satıcılar satışdan, alıcılar isə ucuz qiymətdən razıdırlar. Bəzi satıcılar kəsdikləri heyvanları özləri saxlayır və qiyməti də bu cür tənzimləyirlər. Səhər kəsilən dana artıq günortaya qədər satılır. Hər mağaza gün ərzində 100-200 kq ət satır.Ağcabədi rayonu ərazisində də əvvəllər 8 manata satılan mal əti indi alıcılara 6 manata təklif olunur. Qoyun ətinin qiyməti isə 9-10 manatdan 8 manata düşüb.Satıcı Mobil İbadov deyir ki, ətin ucuzlaşmasına baxmayaraq, alıcıların sayı artmayıb. Əvvəlki vaxtla müqayisədə satışa daha çox heyvan çıxaran fermerlər isə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Fermer Sərvər Məmmədov bildirir ki, əvvəllər Ağcabədidə bir ədəd yonca bağlamasını 2 manat 50 qəpiyə, 3 manata alırdılarsa, indi bu göstərici 5 manatdır. Çəkilən xərc və zəhmət müqabilində verilən qiymətin aşağı olması səbəbindən isə əksər fermerlər heyvanlarını satışa çıxarırlar. Bu səbəbdən də bazarlarda heyvanların sayı çoxalıb.Fermerlər həm də çəkisi çox olan heyvanları satmağın xüsusilə çətin olduğunu deyirlər.Milli.Az ətin ucuzlaşması və bunun digər kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcəyi ilə bağlı kiçik bir araşdırma aparıb. Bunun üçün üz tutduq iqtisadi-ekspert Vüqar Bayramova.V. Bayramovun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi birmənalı şəkildə təklifin artmasına görədir. "Ət məhsullarının ucuzlaşmasının başlıca səbəbi bazara çıxarılan ət məhsullarının həcminin artmasıdır. Məhz buna görə təklifin artması qiymətin azalmasına gətirib çıxarıb. Təklifin artması yalnız fermerlərin, sahibkarların hansısa xərclər səbəbindən öz məhsullarını bazara çıxarması ilə bağlı deyil, heyvandarlıqda müşahidə edilən artımla bağlıdır. Son iki ildə aqrar sektorda inkişaf müşahidə olunur ki, bu da təklifin artmasına gətirib çıxarır".Ekspert oxucuların nəzərinə çatdırıb ki, Azərbaycan ət məhsullarına olan tələbatın bir qismini Gürcüstandan idxal etməklə ödəyir."Əslində Avropadan Rusiyaya qoyulan embarqodan sonra güman edilirdi ki, Gürcüstan öz məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarına çıxaracaq, amma bu da reallaşmadı. Çünki rublun məzənnəsinin aşağı düşməsi və Rusiyada alıcılıq qabiliyyətinin azalması, artıq Gürcüstan iş adamları üçün Rusiyanı cəlbedici etmədi. Məhz buna görə iş adamları malları Azərbaycanda satmağa üstünlük verdilər. Təklifin artması həm yerli istehsalın, həm də ölkəyə idxalın çoxalması ilə bağlıdır. Xüsusən qoyun ətinə olan tələbatın ödənilməsində Gürcüstanın idxalı əhəmiyyətlidir. Gürcüstanın qonşu ölkələrində milli valyutaların devalvasiyası Azərbaycan bazarını Gürcüstan iş adamları üçün daha cəlbedici etdi. Bu da təbii ki, idxalın artmasına gətirib çıxardı".Ekspert bildirib ki, istehlakda da müəyyən qədər azalmalar müşahidə olunub.
"Azərbaycan üçün ət məhsullarının istehlakı həmişə önəmli olub. Çünki Azərbaycan mətbəxində ət məhsulları daimi olaraq istifadə olunur. Ancaq son illər ət məhsullarının istifadədə azalması da müşahidə olunur. Bu da ət məhsullarının insan sağlamlığına ziyanlı təsiri ilə bağlıdır. Xüsusən gənc ailələr qırmrızı ətdən az istifadə edirlər və bunun əvəzinə toyuq və quş əti yeyirlər ki, bu da tələbin azalmasına gətirib çıxarır. Ailələrin qida rasionu dəyişir. Artıq azərbaycanlılar Avropa və insan sağlamlığına az zərər verən mətbəxə üz tutmağa başlayırlar. Məhz bunlara görə tələb azalır və qiymətlər düşməyə başlayır.Ət məhsullarının Bakıdakı qiymətləri ilə bağlı sualımızdan da yan keçməyən ekspert bu barədə təəssüflənərək bildirdi ki, Bakıda ciddi azalmalar müşahidə olunmayıb."Rayonlarda qiymətlərdə azalmalar olsa da, təəssüf ki, hələlik Bakıda ciddi azalmalara şahid olmamışıq. Bu da paytaxtda tələbin hələ də yüksək olması ilə bağlıdır. Bakıda təklif çoxalsa belə, tələb yüksəkdir. Amma nəzərə alsaq ki, Bakı üçün topdansatış qiymətləri rayondur, rayonlarda qiymətin azalması Bakıya da təsir edə bilər. Bu baxımdan güman olunur ki, rayonlarda qiymət azalması davamlı olarsa, o zaman Bakıda qiymətlərin azalmasını gözləmək mümkündür".
V. Bayramov sonda əlavə edib ki, digər kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma yoxdur.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balın möcüzəsi
Piknikə gedərkən açıq rəngli geyinin
Sabahın HAVAsı
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Murat Boz yeni klipini təqdim etdi-VİDEO
Madonna hava limanına niqabda gəldi - FOTO
Evdə hazırlanan bədən spreyi
Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ
Merve köhnə imicinə geri döndü - FOTO
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
Siqareti tərgitməyin ən təhlükəli yolu budur?
Kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
Bakı ən romantik şəhərlər siyahısında
Tərəvəzli gül boxçalar (foto resept)
Leyla Əliyeva rəsm sərgisinin açılışında iştirak edib - FOTO
Sərhəddə yenilik
Çay da Google-a düşdü
Bilmək faydalıdır
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
Ramin Bayramlıdan koronavirusun mutasiyası ilə bağlı MÜHÜM AÇIQLAMA
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Azərbaycanda orta məktəblərdə din tədris olunacaq - VİDEO
Bakıda sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ
Binanın damında kabab bişirənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Türklərdən erməni ordusuna ağır zərbə
2015-ci ilin dəbli gəlinlikləri
Kremli peçenye (foto resept)
Bakıda orta məktəblər pullu olacaq
Azərbaycanda 7000-ə yaxın gömrük pozuntusu qeydə alınıb
Məşhur müğənni sevgilisinə EVLİLİK Təklifi Etdi
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur
Fətullah Gülən, kürdlər və ermənilər
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Hava haqqında
Tərz sahibi olmağın yolları
Lerikdə qarın hündürlüyü 20 sm-ə çatdı
150 dollarlıq yığcam smartfon
Koronavirusa yoluxan ilk it öldü
Xanımların gəlinlik arzusu
Yaşlı göstərən geyimlər
“Eurovision”a bilet satışı dayandırıldı
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
Sobada badımcan (foto-resept)
HAVA necə olacaq?-19 dekabr
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Mən neyləyim?
Tarkanı yamsıladılar "like" yağışına tutuldular-VİDEO
- ŞƏRHLƏR