Tibb elmləri üzrə professor Adil Qeybullanın sözlərinə görə, elektron siqaretlərin hazırlanmasında xüsusi boyalar, rəngləyici vasitələrdən istifadə olunur. Həmin boyaların bəziləri kanserogen təsirə malikdir. Siqaretlərin tərkibində yandırıcı aqreqat və yanan maddə var ki, həmin maddə yandıqca siqaret kimi tüstülənir, insan da həmin tüstü ilə nəfəs alır. "Həmin maddələrin özü və yanma məhsulları orqanizmə heç də zərərsiz deyil. Bunların bəziləri xərçəng şişi törədir. Elektron siqaretin yanması zamanı əmələ gələn maddələrlə nəfəs aldıqda bronxit epiteli qıcıqlanır və ağciyərlərə, eləcə də ümumi orqanizmə zərərli təsir göstərir. Həmin yanma məhsulları digər orqanlara da neqativ təsir edir. Bu cür sintetik maddələrin alışması zamanı ən qorxulu maddə, konseregen təsiri olan, yəni xərçəng şişi törədən benzopiren törəmələri yaranır".
A.Qeybulla əlavə edib ki, elektron siqaretlərin ömrü, yaşı az olduğuna görə hələ onlar haqqında tədqiqatlar və bu tədqiqatların nəticələri geniş yayılmayıb: "Gələcəkdə elektron siqaretlərin təsiri haqqında müxtəlif elmi analizlərin nəticələri dərc olunacaq. Onda insanlar bu siqaretlərdən istifadə etməyə həvəs göstərməyəcək. Çünki bu, heç də təhlükəsiz üsul deyil. Siqaretlə mübarizə üçün təhlükəsiz üsulların seçilməsi vacibdir".
Professora görə, siqareti tərgitmək üçün elektron siqaret kimi hansısa yardımçı vasitələrin tətbiq olunması zərurəti ortaya çıxırsa, onların daha təhlükəsiz variantları seçilməlidir. "Təəssüf olsun ki, elektron siqaretlər bir biznes qolu kimi hələ də bazarda mövcuddur".
Onun dediyinə görə, elektron siqaretlərə aldanmaq lazım deyil: "Əsas insanın iradəsi olmalıdır. İkincisi, müxtəlif yardımçı vasitələr, dəri altına tikilən müxtəlif kapsullar, müxtəlif dərmanlar və preparatlar da var ki, bunların köməyi ilə də siqaret çəkməyi tərgitmək olar".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda hələ 2001-ci ildə "Tütün və tütün məmulatı haqqında" qanun qəbul olunub: "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tütün əleyhinə çərçivə konvensiyasına qoşulub. Dünyada bu sahədə anti-tütün təbliğatı getdiyi halda və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tütünün reklamı qadağan olunduğu halda, bu boşluqdan imkan tapan elektron siqaret istehsalçıları dünya bazarını, o cümlədən Azərbaycan bazarını tam fəth etmək uğrunda iş aparırılar. Bu mal dövlət orqanlarında siqaret kimi deyil, elektron mal kimi qeydiyyata alınır. Ona görə aksiz markası elektron siqaretlərdən tam uzaqdır. Tütün əleyhinə aparılan heç bir kampaniya guya ki, buna aid deyil" deyən AİB sədri bildirib ki, üstəlik elektron siqaret satan şirkətlərAzərbaycanda həddindən böyük reklam kampaniyası aparırlar. Onun sözlərinə görə, supermarketlərdə istehlakçılar mağazaya daxil olanda birinci elektron siqaretlərin reklamı ilə rastlaşır. Müsahibimiz reklamda "Siqareti 100 faiz tərgitməyə stimul verən elektron siqaret" sözlərinin yazılmasının qeyri-qanuni reklam kampaniyası olduğunu bildirir: "Dövlətin normal istehlakçı siyasəti olsaydı, heç kəs "100 faiz stimul verən" sözlərini işlətməzdi. Bu, istehlakçıların aldadılması və cəlb olunmasıdır. Üstəlik, beynəlxalq təşkilatların, ÜST-ün verdiyi məlumatlar elektron siqaretin heç də siqareti tərgitdiyini sübut etmir və tədqiqatlarda qeyd edilir ki, elektron siqaret özü vərdiş yaradır. Elektron siqaretdə də nikotin var. Siqaret çəkmiş adam nikotinə aludədir, ondan asılıdır. Necə olur ki, elektron siqaret nikotin vermədən insanı siqaret çəkməkdən uzaqlaşdırır? Bu, mümkün olan şey deyil".
Onun dediyinə görə, elektron siqaretlərə siqareti tərgidən bir vasitə kimi baxılması qətiyyən düzgün deyil. "Əhali və elektron siqaret istifadəçiləri bilməlidirlər ki, bu, istehlakçıların birbaşa aldadılmasıdır. Buna qarşı ciddi mübarizə aparılmalıdır".
Siqaretin insan orqanizminə zərərli olduğunu xatırladan terapevt Hüseyn Mehdiyev deyir ki, əgər əvvəllər xəstəliklərin risk faktorlarına təzyiq, piylənmə və s. öndə, siqaret sonda yazılırdısa, indi ÜST-ün xəstəliklərin risk faktorlarına birinci yerdə piylənmə, ikinci yerdə məhz siqaret qeyd olunur. "Siqaret çəkmək gör nə dərəcədə təhlükəli olub ki, hipertoniya xəstəliyindən, şəkərli diabetdən, psixi emosional stressdən əvvəldə qeyd olunur" deyən H.Mehdiyevin sözlərinə görə, siqareti tərgitməyin də müxtəlif yolları var: "Son dövrlərdə ən çox populyar olan vasitə elektron siqaretlərdir. 40 illik iş təcrübəmə əsasən deyə bilərəm ki, elektron siqaretlərin yayılması özü də bir kommersiyadır. Belə ki, elektron siqareti çəkənin sonradan ənənəvi siqareti tərgitdiyini görməmişəm. Bir müddət insanlar elektron siqaret çəkdikdən sonra adi siqaretə qarşı meylləri artıb və elektron siqaretlə kifayətlənməyiblər. Bundan başqa, elektron siqaretlərin tərkibində konserogen maddələr də ola bilər. Elektron siqaret adi siqaretdən daha ziyandır".
Müsahibimiz bildirib ki, iradəsi zəif olan adam heç vaxt siqareti ata bilməz. Siqaret tərgitməyin yeganə yolu möhkəm iradədir: "Hesab olunur ki, siqaret insanı sakitləşdirir. Siqaretin tərkibində karbon qazı və ya başqa maddələr var. Tütün çəkəndə beyin damarlarında spazm yaranır və beynin qan dövranı bir qədər zəifləyir. İstər-istəməz beyində kütləşmə yaranır, ani olaraq insan hardasa sakitləşir. Amma siqaret çəkmək özü sakitləşdirici metod deyil və onun ziyanı verdiyi xeyirdən dəfələrlə çoxdur".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ət və piy haqqında gələn xəbərlər
Bu gündən Bakıda Şaxta baba və Qar qız işə başlayacaq - İcazə verildi
Ərdoğanın sosial media qorxusu
Bu günün hava proqnozu
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
Ləzzətli toyuq (foto resept)
İnternetdə parolu necə qorumalı?
Orta məktəblərə işə qəbul olunmaq istəyənlərlərin nəzərinə
Azərbaycanda sosial evlərin sayı artırılacaq
Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-66
Kitab bayramı keçiriləcək
Xəbər hazırlanması ilə bağlı tövsiyyələr
Kibariye Bakıda konsert verəcək
"Arka sokaklar"ın ulduzu yenidən "Survivor"da
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Jeleli tort (foto resept)
Rusiya gözəli ad gününü Praqada keçirtdi-FOTO
Koronaviruslu şəxs xəstəxanadan qaçdı - FOTO
Kosmosdan sirli səslər gəlir
Kəpəyə son qoymaq üçün təbii yollar
Şəhid polkovnik-leytenantın xanımı: "Yenə də səni seçərdim"
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Məişət texnikası da bahalaşdı
Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanıldı
Məşhur müğənnini görənlər tanımadı-FOTO
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Beş saata 10 kiloqrama yaxın arıqlamaqla Rusiyanın Rekordlar Kitabına düşdü - FOTO/VİDEO
Uşaqlara qənaət etməyi necə öyrətməli?
25 ən təhlükəli ərzaq - SİYAHI
İstifadəyə yararsız çimərliklərin SİYAHISI
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
Saç aksessuarları
HAVA necə olacaq?
Hamiləlikdə kök yeməyin faydaları
Dünya bu əkizlərdən danışır - FOTO
Elektrik siqnalları toxunma hissinə necə çevrilir?
Oberammerqau
Məşhur cütlüyün beşinci övladı doğuldu
Bayram günlərində küçəyə çıxmağa məhdudiyyət qoyulacaq? - RƏSMİ
Seren Serengil işdən qovuldu-SƏBƏB
Riyazi məntiq. Fəsillər
Selena Gomezdən yeni FOTOsessiya
İlham Əliyevə “putyovka” hədiyyə olundu
Uzun və sağlam saçlar üçün
Ziyafət donları
Doğuşun yaxınlaşdığını göstərən 4 hal
Qadınsız ev-Günəşsiz bir dünyadır! Nə od yansa, qızınmır ki, qızınmır...
- ŞƏRHLƏR