Siqaret çəkənlərin çoxu bu zərərli vərdişdən əl çəkmək istəyir. Bunun üçün insanlar müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də əlimdə gördüyünüz bu cihazdır, sadə dillə desək, elektron siqaretdir. Bəs pis vərdişdən qurtarmaq üçün elektron siqaret nə dərəcədə uğurludur və məqsədə çatmaq üçün vasitə hesab etmək olarmı?
Ölkəmizdə geniş yayılan və siqareti tərgitmək istəyənlər tərəfindən böyük rəğbətlə qarşılanan elektron siqaretləri araşdırmaq qərarına gəldim. Elektron siqaret əsl siqaretə çox oxşayır, ancaq tüstünün yerinə su dumanı ifraz edir. APA TV-nin apardığı araşdırma nəticəsində məlum olub ki, bəziləri bu cihaz vasitəsi ilə siqaret bəlasından xilas olduqlarını deyirlər. Bir çoxlarının fikrincə, elektron siqaret daha zərərlidir, heç bir faydası yoxdur, bunun əvəzinə elə siqaret çəkmək yaxşıdır. Bəs həqiqət necədir? Bu alət ilk növbədə siqaretin imitasiyasıdır. Elektron siqaretdən istifadə edən adam siqareti atmaq barədə fikirləşmir. Onda psixoloji asılılıq get-gedə artır, sadəcə, çəkdiyi yalançı siqaretin ziyansız olduğunu düşünür. Yazıçı, tərcüməçi Cəlil Cavanşirin fikrincə, siqareti tərgitmək üçün əlavə vasitələrə yox, iradəyə ehtiyac var: “Siqareti tərgitmək üçün heç bir vasitə lazım deyil. İradəsi olan adam siqareti asanlıqla atır. Bu, tövsiyə olunmayan vərdişdir. Mən kiminsə bu vərdişi örnək götürməyini istəmirəm”. Həkim-pulmoloq Ədalət Abdullayev də siqaretin zərərli olduğunu deyib: “Heç kim siqaret çəkməyə elektron siqaretlə başlamır. Hamı əvvəlcə siqareti çəkir, sonradan elektron siqaretə, başqa vasitələrə müraciət edir. Elektron siqaretin bədənə ziyanı adi siqaretə nisbətən azdır, amma onun da tərkibində nikotin var. Siqaretdən istifadə edən insanda müxtəlif xəstəliklər əmələ gəlir”. Onun tərkibinə siqaretlə yanaşı, xüsusi kartric və enerji qurğusu daxildir. Siqaretin korpusunda batareya və kiçik buxar generatoru yerləşir. Siqareti çəkərkən qurğu işə düşür. Bu zaman nikotinin təsirini imitasiya edən buxar yaranır. Onun tündlüyü və dadı elektron filtrlə tənzimlənir. Elektron siqaretdən bir dəfə istifadə 15-20 siqaretin təsirinə bərabərdir. Elektron siqaretin müsbət tərəfləri də var. Müsbət tərəfləri odur ki, ondan istifadə zamanı pis qoxu gəlmir, istifadəçi özünü yaxşı hiss edir, dişləri saralmır, dərisi kobudlaşmır. Amma adi və ya elektron siqaretdən istifadə etməyənlər bu mənfi təsirlərin heç biri ilə rastlaşmırlar. Buna görə də, siqaretin özünə də lənət, elektronuna da...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR