
Birinci Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin artacağını nəzərə alaraq paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək.
Milli.Az xəbər verir ki. bu barədə Azər Tac-a müsahibəsində Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
N.Həsənov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. Buraya istər dəmir yolunun yenidən qurulması, istər avtomobil yollarının bərpası, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti vasitəsilə həyata keçirilən işlər aiddir: “Bilirsiniz ki, birinci Avropa Oyunlarının başlanmasına bir neçə ay qalıb. Bu oyunlarla bağlı tutulan Tədbirlər Planı çərçivəsində bizim ən böyük layihələrimiz artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. Qeyd edim ki, birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək”.
Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.Nazirliyin rəsmisi, həmçinin bildirib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turist axını da gözlənilir: “Onlar yalnız yarışları izləməyəcək, həm də Azərbaycanın səfalı guşələrinə yollanacaqlar. Bu baxımdan turizm potensialı olan istiqamətlərdə yeni avtobusların xətlərə buraxılması ilə bağlı işlər aparılır, onlayn bilet satışı proseduru təkmilləşdirilir”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyev ən nüfuzlu müsəlmanlar arasında
69 yaşlı müğənni beşinci dəfə evləndi - FOTO
Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir
İki hissəli gəlinliklər
Barmaq əmmək zərərlidirmi?
Günün ulduz falı - 25.01.2014
İlham Əliyev: Belə özbaşınalıq yoxdur
Türkiyədə seçkilərin nəticələri açıqlandı: AKP öndədir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Şahzadə Harrinin cırıq ayaqqabıları diqqət çəkdi-FOTO
Azərbaycanda işəgötürmə ilə bağlı DƏYİŞİKLİK
Türkiyədə matəm elan olundu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
V Üzeyir Hacıbəyli festivalı çərçivəsində türkdilli xalqların müasir musiqisindən ibarət kamera konserti olub
Təzə paxlanın faydaları nələrdir?
2014-cü ilin dəbli geyimləri
Məşhur fransalı memar Azərbaycan Memarlıq və İnşaat Universitetində olub
Ürək peçenye (foto resept)
"Altın Kelebek" mükafatları: Qırmızı xalça
Ata Demirer 150 minə tablo aldı-FOTO
Vitamin çatışmazlığının həlli
Ancelina Coli qızardılmış əqrəb və tarantul yedi
Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir - VİDEO
Bu məşhurlar 2018-ci ildə VALİDEYN OLACAQ – SİYAHI
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Kim Çen In həyat yoldaşını edam edib?
102 min nəfər "prava" alıb
Zəngin tərkibli makaron (foto resept)
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
Məşhurlarımız Mehriban Əliyeva ilə bir arada - FOTO
Hamilə "kişi" ana oldu- FOTO
Dünyanın ən uğursuz idman geyimləri
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
50 nəfər əlilə mənzil verilib
Sabah leysan olacaq
Dubay bu tikiliylə dünyaya səs salacaq
Hava haqqında
Azərbaycanda ipoteka və sosial mənzil xərcləri artırılır
Qızılın qiyməti qalxır
Profiterol (foto resept)
Stalinin eşq hekayələri
Naməlum obyekt yunanları dəhşətə gətirdi-FOTO
Təmiz torpaq, sağlam həyat...
Kəpənək formalı üzüklər
2018-ci ilədək elektrik enerjisi və qaz tariflərinin dəyişəcəyi gözlənilirmi?
İsveçrə salatı
Şəhərlə birgə oyanır Bakı bulvarı...
HAVA necə olacaq?-13 MART
Bayramda bunları unutmayın
Nobel alanımız niyə yoxdur?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]