
Arıqlamaq üçün müxtəlif üsullar var. Amma bu üsulların əksəriyyəti insan üçün heç də məsləhətli deyil. Qeyri-təbii yollarla verilən çəkilər sonradan geri alınsa da, xanımlar bu üsullarla çəki verməkdən də imtina etmir.
Son zamanlar isə müxtəlif idman, trenajor, masaj və bu kimi yolların ən rahatı - uzanaraq arıqlamaq dəbə gəlib. Demək olar ki, Bakının hər tinində açılan gözəllik salonlarında xanımlara termo yorğanlara bürünərək rahat şəraitdə və uzanıqlı halda arıqlamaq təklif olunur. Termo yorğanların daxilində yerləşən qızdırıcı naqillər sayəsində yorğan qısa müddət ərzində təyin olunan temperatura çatır və yorğana bürünən şəxs tərləməyə başlayır. Müəyyən müddətdən sonra isə termo yorğan söndürülür və proses başa çatır. İlk baxışda rahat görünsə də, əslində bu cür arıqlama metodundan istifadədən öncə həkimlə məsləhətləşmək vacibdir. Əks halda gözəllik üçün bürünülən yorğan insanın sonu da ola bilir.
Türkiyədə termo yorğanlar üzərində aparılan təcrübədən sonra bu qənaətə gəlinib ki, bu cür yorğanlardan mümkün qədər az istifadə olunmalı, xüsusən don vurma kimi təcili hallarda istifadə edilməlidir. Azərbaycandan fərqli olaraq xaricdə hətta mağazalarda belə satılan bu cür yorğanların alınmamasını qeyd edən həkimlər bildirirlər ki, termal yorğandan istifadə edən şəxslərin bir müddət sonra müxtəlif dəri xəstəlikləri, xərçəng, yersiz ağrılar, bədən quruması kimi narahatlıqlar yaşaması riski böyükdür.
Kardioloq Ömər Firuzun sözlərinə görə, termo yorğanlardan insanların bilib-bilmədən istifadə etməsi onların həyatı üçün təhlükədir. Üstəlik salonlarda tətbiq edilən termo arıqlama üsullarına müraciət edən xanımların 90%-i böyük ehtimalla artıq çəkili olur. Artıq çəkili insanların isə ürəkdən sağlam olması qeyri-mümkündür. Bu səbəbdən yüksək hərarətə tab gətirməyən ürək üçün termo yorğanlar elə ölüm yorğanları hesab oluna bilər: "Əvvəla qeyd edim ki, termo yorğan üçün yaş həddi olmalıdır. İkincisi, termal üsulla arıqlayan insanın mütləq həkim kağızı olmalıdır ki, onun ürəyi yüksək temperatura dözəcək qədər möhkəmdir. Daha sonra tibb mərkəzlərindəki xidmətlərdən və yalnız həkim nəzarəti altında istifadə etməlidir. Gözəllik salonlarında xidmət göstərmək o demək deyil ki, bu yorğanlar insana arıqlama zəmanəti verəcək".
Həkimin dediyinə gör, termal üsulla arıqlama qısa müddətdə özünü göstərə bilər. Çəki azala bilər, amma nəzərə almaq lazımdır ki, bu, aldadıcı göstəricidir. Çünki arıqlamaq üçün piyləri əritmək lazımdır. Bunun üçün isə idman şərtdir. "Termal üsullar bədəndəki suyu buxarlandırır və birdən birə çəki 4-5 kilo azalır. Prosedurdan sonra bədəndəki su buxarlandığı üçün insanda suya təlabat yaranır. İçilən su qısa müddətdən sonra yenidən bərpa olunur. Qiymət baxımından bu prosedurlar elə də baha olmur ki, müştəri bir növ həvələnsin. Daimi olaraq bədəndən suyun bu formada çıxarılması və geri alınması ürək fəaliyyətinin də zəifləməsinə səbəb olur. Üstəlik çəkili insanların ürəyi yorğun və zəif olduğundan yüksək temperaturda qalmaq onlar üçün böyük bir riskdir".
Termo yorğanlar əksər ölkələrdə müalicə məqsədi ilə istifadə olunur. Donvurmalar, uzun müddətli koma halında qalan xəstələr üçün bədən temperaturunun sabit saxlanması və bu kimi vacib hallarda istifadə olunan termo yorğanlardan gündəlik məişətdə, eləcə də sağlamlıqda istifadə etmirlər. Tərkibi elektrik naqillərindən ibarət olunduğu üçün, ümumiyyətlə, bu yorğanlarda yatmaq ağıla belə gəlmir. Arıqlamaq üçün isə ideal üsul kimi hava keçirmək eşofman və idmana üstünlük verənlər termo yorğanlardan daha effektiv nəticə əldə edirlər.
Əsl termal yorğanlarda isə naqillərdən istifadə olunmur. Bu cür yorğanlar bədən temperaturunun sabit saxlanması, insana tərləmə üçün şərait yaratmaması baxımından daha məsləhətlidir. Tərkibində naqil olan, xüsusən dərəcə sabitləmə sistemi olmayan yorğanlar insanların həddindən artıq tərləməsinə səbəb olur ki, bu da eyni zamanda yorğanda bakteriya artımını sürətləndirir. Tərkib etibarilə yuyulması mümkün olmayan yorğanlardan fərqli insanların istifadəsi zamanı xəstəliklərin və bakteriyaların insandan insana keçməsi də istisna deyil. Məhz bu səbəbdən termo yorğan üsulu ilə arıqlamaq məsləhətli yol hesab olunmur.
XƏBƏR LENTİ
Şahzadə bağçaya gedir
Bakıda avtomobillər saatda 340 km sürətlə idarə olunacaq
Rəsm əsəri kimi tortlar
Bir sıra sahələrdə yerində xidmət dayandırılır - RƏSMİ
Hadise ən böyük arzusunu reallaşdırdı-FOTO
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Haydi Klum keçmiş ərini məhkəməyə verdi
HAVA necə olacaq?
Gözəl dırnaqlar
Gözəl sırğalar
Bu axşam "Qızıl top"u 2 nəfər qazanacaq!
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
Fitness testi
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başlayıb
BMW X3 dəyişdi
"Qarabağ" üçün son qərar
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Yeni, lüks, kiçik, gözəl
Yarpaqları toxumaq
Bu problemin həllini hamı gözləyir
Gicitkən haqqında bilmədiklərimiz
Bu gün Bakıda metro 1 saat gec bağlanacaq
Şeyma Subaşının İNTİHAR xəbəri yayıldı-FOTO
Təhsil Nazirliyinin səlahiyyəti alındı
Ətli fajita (foto-resept)
Ərdoğandan Avropaya terror mesajı
Hazel Zakariyanin dadlı rəsmləri
Rusiyanın canlı efirində sensasiya: "Ermənistan itin quyruğudur, Azərbaycan isə qüdrətli ölkədir"
Oğuzhan bütün şəkilləri sildi-SƏBƏB
Gələn ilin İş Vaxtı norması və istehsalat Təqvimi təsdiqləndi
Tibetdə ölümsüzlük suyu icad edildi - SENSASİYA
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Alimlər uşaqlar üçün qazlı içkilər almağı məsləhət görmürlər
Ecazkar xanımlar üçün donlar
Fərqli spaqettili maffinlər (foto resept)
Eser Yenenler ata oldu-FOTO
Buz kəsən şaxtada "yaşıl" mübarizə
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Bu qız piyada gəzmir və Tanrı sayılır
Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi
Onu içmə, bunu içmə, bəs?..
Azərbaycanda ən çox maaş bu sektorda verilir
Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq? - AÇIQLAMA
HAVA necə olacaq?
Qayınana "sevgisi": müharibəni kim bitirsin?
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
Müəllimlərin işə qəbul müsabiqəsində güzəşt ola bilərmi?
Yeni il üçün qreypfrutlu ördək (foto resept)















- ŞƏRHLƏR