O bildirib ki, Türkiyə Avropa İttifaqının terrorla mübarizə məsələsində daha konkret bir mövqe ortaya qoymasının lazım olduğunu düşünür.
“Suriya, İraq və digər münaqişə bölgələrində yaşanan miqrant böhranı ilə bağlı konkret bir mövqe ortaya qoymaq çox əhəmiyyətlidir. Türkiyə ilk gündən etibarən bu imtahan qarşısında böyük məsuliyyət götürüb. Bunu beynəlxalq birlik üçün edib. Arzu edirik ki, Avropada miqrantlara qarşı ayrı-seçkiliyə son qoyulacaq, terrorla bağlı mövqe açıqlanacaq və islamafobiya aradan qaldırılacaq”.
Ərdoğan deyib ki, Türkiyənin ən böyük hədəfi Avropa İttifaqına üzvlükdür: “Avropa Birliyinə daxil olmaq bizim strateji hədəfimizdir”.Bundan əvvəl Əroğan Avropa ölkələrinə qarşı kəskin tənqidi fikirlər səsləndirmişdi. O, Avropaya vizasız gediş-gəliş əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcəyini demişdi.
Ərdoğan bildirib ki, onun ölkəsi terrorçuluğa qarşı qanunları dəyişdirmək niyyətində deyil. "Biz öz yolumuzla gedirik, sən öz yolununla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş", - deyə Ərdoğan bildirib.Viza rejiminin aradan qaldırılmasına əvəz olaraq Ankara miqrantları qəbul etməyə söz verib. Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir. Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ sığınacaq ərizəsi ilə müraciət etmiş daha bir suriyalını qəbul etməlidir. Aİ və Türkiyə arasında imzalanmış sazişdə bildirilir ki, vizanın iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-dək 72 şərti yerinə yetirməlidir.
Aİ Türkiyənin öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltmasını istəyir. Bu, Aİ-nın irəli sürdüyü 5 kriteriyadan biridir və yalnız onların qəbul olunmasından sonra vizasız gediş-gəlişin tətbiqinin mümkün olacağı bildirilir. Ərdoğan anti-terrorçuluq qanunları ilə bağlı dəyişikliklər təklifini rədd edərək bildirib ki, Türkiyə ciddi terror təhlükəsi altındadır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Səyahət xəstəlikləri"ndən necə qorunmalı?
Dinozavrların ölümünə səbəb asteroid deyildi
Ramazanın beşinci gününün duası
Prezidentdən yeni təyinat
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Sami Yusifdən Azərbaycana dəstək paylaşımı
Qarpız alaq, almayaq?
Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO
Adriana Lima təbii halı ilə təəccübləndirdi - FOTO
Hamilə nazir doğum evinə velosipedlə gedib-FOTO
Nikol Kidman makiyajsız FOTOsunu paylaşdı
Yeni məktəb ilində şagirdləri nə gözləyir?
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Ən çox qazanan müğənnilərin reytinqi
Sabahın HAVAsı
Məşhur aktrisadan gözlənilməz FOTOlar
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
Günün ulduz falı - 09.08.2013
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başladı
Bu şəxslərin pensiya yaşı azaldılır
HAVA necə olacaq? Sinoptiklərin Yanvar ayı AÇIQLAMASI
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Məşhur filmlərin səhnələrinə özünü yerləşdirdi
İki ölkə arasındakı qalmaqal məktəb dərsliyində
"Instagram" çökdü
Uşaq otağı üçün pərdə seçimi
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Həyatınızı paylaşmağa hazırsınızmı?
Ərik mürəbbəsi
Çində zəlzələ: yaralılar var
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik etdi
Qış dekorasiyası
Balqabaqlı küftə (foto-resept)
Enerji pəhrizi
Bu toyuqları yeməyin!
Ananaslı toyuq salatı (foto resept)
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Hava haqqında
Bakıda möhtəşəm final
Dünyada ilklər
Topal Teymur
Telefonunuz zəlzələ barədə sizi XƏBƏRDAR EDƏCƏK - “Google” yeni şəbəkə qurur
Bütün dövrlərin stili
Urmiya gölü niyə quruyur?
Mühasirədəki şəhər acından ölür: it, pişik yeyirlər
Qurban ətini necə saxlamalı?
Cavan qalmaq üçün 10 məsləhət.
Hava haqqında - 20.02.2014














