Xeyli vaxtdır qış aylarını yaşayırıq. Yanvarın əvvəli olmasına baxmayaraq, hələ də Bakıya qar yağmayıb. Üstəlik, şaxtalı hava şəraiti də müşahidə edilmir.
Paytaxt sakinləri builki qış fəslinin mülayim keçdiyini əsas gətirərək, qar görməyəcəklərini güman edirlər.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova modern.az-a açıqlamasında xatırladıb ki, yanvar və fevral ayları qış fəslinin ən soyuq ayları kimi xarakterizə olunur. Onun sözlərinə görə, artıq ETSN yanvarın ilk günləri ilə bağlı hava şəraitini açıqlayıb:
"Bu il qış fəslində temperatur iqlim normasından 0,5 - 1 dərəcə yüksək olacaq. Bu il də qışın mülayim keçəcəyi gözlənilir, amma şaxtalı və qarlı günlərin müşahidə olunacağı da istisna deyil. Cari ayın ilk ongünlüyündə paytaxtda və regionlarda hava şəraitində ciddi dəyişiklik proqnozlaşdırılmayıb. Paytaxtda mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur 8-12 dərəcə arasında dəyişəcək. Regionlarda isə yanvarın ilk günlərində hava şərait normal keçəcək, müəyyən yerlərdə duman olacaq. Temperatur iqlim normasına yaxın, bəzi günlərdə normadan artıq ola bilər".
Gülşad Məmmədova xüsusi vurğulayıb ki, hələlik yanvar ayı üçün qar deyil, arabir çiskinli yağış proqnozlaşdırılır:
"Amma yanvarın sonları ilə bağlı proqnozları dəqiqləşdirdikdən sonra mətbuata açıqlayacağıq.
Xatırlatmaq istəyirəm ki, ötən ilin də bu vaxtları paytaxt ərazisində hava mülayim keçib. Lakin dağlıq və dağətəyi rayonlarda şaxtalı hava müşahidə olunub.
Hazırda da bəzi bölgələrimizdə havanın minimal temperaturu mənfi 10 dərəcəyə qədər enib. Qeyd etdiyim kimi, paytaxtda, Mərkəzi Aran bölgəsində şaxta müşahidə olunmur".
AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə söyləyib ki, Bakı üçün qışın ən soyuq məqamı yanvar ayının sonu və fevralın ilk günləridir. Ona görə, bu il də Bakıya qar yağmayacağını əminliklə demək olmaz:
"Qar örtüyünün rayonlarımıza yağdığı qədər çox olacağını düşünmürəm. Amma ehtimal oluna bilər ki, az da olsa, Bakıya da qar yağacaq. Qarın yağmamasını tamamilə iqlim dəyişmələri ilə izah etmək də düzgün deyil. Çünki rayonlarımızda qar da, şaxtalı hava şəraiti də müşahidə olunur. Bu il payız aylarında və qış fəslinin başlanğıcında Bakıda yağışların miqdarı bir qədər yüksək, intensivliyi artıq oldu. Əgər temperatur nisbətən aşağı düşsə, yağış buludları qara çevriləcək".
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"