Qarşıda bizi çox daha böyük çətinliklər gözləyir. Payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.
Qadin.Net bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, belə gedərsə, məktəblərin yenidən bağlanması gözlənilir:
“Bu gün həkimlər, müəllimlər, valideynlər üçün çıxılmaz vəziyyətdir. Karantin sərtləşdiriləndə əhali ayağa qalxır ki, azadlığımız əlimizdən alındı. Yumşaldılanda da yoluxma artır, yenə də əhali ayağa qalxır ki, qaydaları tənzimləyə bilmirlər və s. Bəs yaxşı necə edək? Pediatr olaraq onu deyim ki, qarşıdan payız mövsümü gəlir. Hər məktəbdə minlərlə şagird təhsil alacaq. Bu bilirsiz nə deməkdir? Adı bir virus qığılcımı ilə məktəbin yanması deməkdir. Həkim olaraq, siniflərdə əyani təhsilin əleyhinəyəm amma təhsilin dayandırılması da çıxış yolu deyil. Bütün hallarda yoluxmalar belə davam edərsə, düşünürəm ki, məktəbləri yenidən bağlaya bilərlər”.
Həkim bildirib ki, yoluxmalar yay mövsümündə də olub, payız mövsümündə də olacaq:
“Oktyabr ayında ikinci bəla başlayacaq. Mövsümi viruslar baş qaldırır. Hər kəs anlamalıdır ki, pandemiya ilə tək bizim ölkə deyil, bütün dünya mübarizə aparır. Gəlin, insaflı danışaq, bizim həkimlər də xarici ölkələrdəki mütəxəssislər kimi əllərindən gələni edirlər. İnfeksiya təbabətə məlum deyil, çətinlik yaradan məqam budur. Həkimlər mart ayından bunu düşünürlər.
Artıq payız mövsümündə qızdırma ilə müraciət edən istənilən xəstənin ilk növbədə COVID-19 analizi verməsi lazım gələcək. Həkim bilsə də ki, bu mövsümi virusdur, amma qızdırma olduğu üçün koronavirusa görə yoxlanmalı olacaq. Buna isə nə həkimin, nə valideynin, nə də klinikaların gücü çatmayacaq. Həmin o qızdırmalı şagirdlər (I- IV siniflər) məktəbə gedirsə, heç kim bilməyəcək o COVID-19 daşıyıcısıdır, yoxsa mövsümi xəstəlikdir”.
Təkrar yoluxmalarla bağlı konkret fikir söyləməyin çətin olduğunu deyən həkim, onu da qeyd edib ki, bununla bağlı dəqiq məlumat yoxdur:
“Virusa yoluxan insanda immunitet formalaşır. Lakin bu immunitetin nə qədər davam etməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Ümumiyyətlə koronavirusa yoluxan şəxsin təkrar bu virusa yoluxub-yoluxmaması ilə bağlı fikir söyləmək olmur”.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir