Qadınlar üçün gözəl bədən quruluşuna sahib olmaq önəmli məsələlərdən biridir. Düzgün, səliqəli bədən quruluşuna sahib olmaq heç də asan olmadığı kimi olduqca iradə də tələb olunur. Yeyilən, içilən hər bir qida, daim idman hərəkətləri, sağlam yaşamla əldə oluna biləcək ideal bədən quruluşuna, təəssüf ki, nail olmaq hər zaman mümkün olmur.
Qlobal problem olan kökəlməyə meyllilik də araya girincə, ümumiyyətlə, formalı bədən quruluşundan söhbət açmaq yersiz olur. Çarə isə qorxulu pəhrizlər, bitməyən idman hərəkətləri, qeyri-təbii və qeyri-sağlam qidalanma və son illərin dəbi sayılan korsetlər olur. Sağlam qidalanma və idmandan başqa bütün üsullar sağlam arıqlamaq üçün düzgün metodlar sayılmır. Amma təəssüf ki, qadınlar üçün sağlamlıqdan çox təcili arıqlamaq vacib olduğundan bəzən həyati riskə girmək də gözü qorxutmur.
Son zamanlar yeni bir arıqlamaq metodu yayılıb. "Korset pəhrizi" adlandırılan bu arıqlama metodu bir növ əziyyətsiz olduğundan olduqca diqqət çəkir. Xanımlar hesab edirlər ki, korset taxmaq mədə şuntlamasını əvəz edə bilər. Eyni zamanda qadın yatarkən belə bel incəlməsi üçün vaxt onun xeyrinə işləyəcək və daim korset istifadəsi kifayət edəcək ki, müəyyən müddətdən sonra incəbel olmaq mümkün olsun. Üsulun mahiyyəti isə çox sadədir. Gündə ikicə saat bu dəb atributunu geyinmək lazımdır. Ancaq belə məlum olub ki, qadınlar dərhal nəticə əldə etmək məqsədilə bədənlərinə 2 saat deyil, düz 12 saat əziyyət verməyə hazırdırlar. Bu canfəşanlıq isə sümük toxumasının dəyişməsinə yol açır, sinəylə nəfəs almanı çətinləşdirir, daxili orqanları sıxır, qan dövranını pozur, ən pis halda isə hər hansı bir orqanı sıxaraq fəaliyyətini dayandırır.
Ortoped Mahmud Hacıyevin sözlərinə görə, korset müalicə məqsədi ilə istifadə olunduqda çox faydalı bir geyimdir. Məsələ arıqlamaq olduqda isə ölüm riski belə daşıyır. Heç bir korset özbaşına istifadə olunduğu halda orqanizmə xeyir verməz. Əksinə qısa müddətli istifadə olunan korsetlər istisna, qalan bütün korsetlər insan sağlamlığı üçün təhlükə yaradır: "Müalicəvi məqsədlə geyinilən korsetlər həkim nəzarəti altında istifadə olunmalıdır. Məsələn, qarın korsetləri var ki, bu korsetlər həkimlər tərəfindən yeni ana olmuş qadınlara qarın sallanmaması, idmançılara beldə "qrija" yaranmaması üçün məsləhət görülür. Onurğa sütunu əməliyyatı keçirən insanlara xüsusi korsetlər var ki, onlar belə daha ağır yük düşməməsi üçün yazılır. Bu cür korsetlərin ziyanı yoxdur. Amma incəbel və gözəl fiqura xatirinə istifadə olunan korsetlər bədəndə sümük tamlığının pozulmasına səbəb ola bilər. Uzun müddət dar korset geyinmək qabırğaları sıxdığından korset açılan zaman uzunmüddətli bel ağrılarının yaranması mümkündür. Eyni zamanda, uzun müddət sıxılaraq qalan sümüklər bir müddət sonra sıxıldığı formada qalmağa başalayır ki, qadınların fikrincə, bu formaya düşmək, həkimlərin təbirincə desək, sümük deformasiyasının ilkin mərhələsinin başlanması deməkdir".
Ortopedin sözlərinə görə, qısamüddətli olsa belə göstərişsiz korset geyiləcəksə, korset mütləq bədən formasına uyğun seçilməli və həddindən artıq sıxılmamalıdır. Vaxt ötdükcə, təxminən hər 1 saatdan sonra korset bir ilmək boşaldılmalıdır. Xüsusən ziyafətə geyinilən korsetlər zamanı bədən qida və maye qəbul etdiyindən korsetin sıxma dərəcəsi ikiqat artmış olur ki, bu, eyni zamanda mədəyə də yüklənmə deməkdir.
Korset çıxarılan zaman bütün ilməklər eyni anda boşaldılmamalıdır. Bu zaman sıxılmış qan damarları sürətlə qan qəbul etməyə başlayacaq ki, ani rahatlama əvvəl xoş təsir etsə də sonradan ağrı və nəfəs darlığı verəcək. 10-15 dəqiqə ərzində az-az boşaldılaraq açılan korsetlər bədən sümük quruluşunun da az zədələnməsinə səbəb olar. "Eyni zamanda, əgər arıqlamaq və formaya girmək üçün korset istifadə olunacaqsa mümkün qədər bu da həkimlə məsləhətləşmədən sonra edilməlidir. Hər bir halda müalicə məqsədi ilə istifadə olunmayan korsetlər zərərlidir və mümkün qədər istifadəsindən qaçılmalıdır".
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR