
Hər gün mətbuatda yanğın, uçqun və digər bədbəxt hadisələr səbəbindən evlərini itirən onlarla ailə haqqında məlumatlara rast gəlirik. Qəza nəticəsində evi yararsız hala düşən ailələr ya qohumlarının evinə sığınmalı, ya da küçələrdə gecələməli olur. Belə olan halda daşınmaz əmlakın icbari sığortası məsələsi gündəmə gəlir. Niyə vətəndaşlar əmlaklarını sığorta etdirmirlər və hər hansı qəza baş verərkən küçələrdə qalmalı olurlar? Azərbaycanda icbari sığorta sisteminin problemləri və vətəndaşları bundan uzaqlaşdıran səbəblər nədir? Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev deyir ki, Azərbaycan Respublikasının sığorta haqqında qanunu var və bu qanun vətəndaş üçündür ki, evini əmlakını sığortalasın, hansısa bədbəxt hadisə baş verəndə də küçələrdə qalmasın: “Qanunda qeyd olunub ki, vətəndaş həm daşınar əmlakı, həm daşınmaz əmlakı sığorta etdirməlidir. Məsələn, evi yanan vətəndaşlar ildə 25 manat verib, evini sığorta etdirsə idi, indi evi yananda sığorta şirkəti ona 25-30 min manat pul verəcəkdi. Bir qədər də yerli icra hakimiyyəti kömək edərdi və həmin şəxs evini tikərdi, küçələrdə qalmazdı. Biz bazar iqtisadiyyatının reallığına öyrəşməliyik. Hər şeyi dövlətdən gözləmək olmaz. Sovet dövründə hökumət vətəndaşa ev verirdi, evi yananda da özü təmir edirdi. Artıq bazar iqtisadiyyatında yaşayırıq. İndi ilk növbədə vətəndaşlar əmlaklarını sığorta etdirməlidirlər. Mətbuat, media da bu işdə maarifləndirici rol oynamalıdır. İnsanlar bədbəxt hadisələrdən dərs almalıdırlar ki, bu, hər kəsin başına gələ bilər və o zaman pis vəziyyətdə qalmasınlar. Təbii ki, dövlət onlara sığınacaq verməlidir, öz evini bərpa edənə kimi onları müvəqqəti yerləşdirməlidir. Ancaq əgər, vətəndaşın sığortası olsaydı, sığorta şirkəti onun kirayə pulunu da verərdi, mənzilini bərpa etməyə və ya almağa kömək də edərdi”. Millət vəkili qeyd edir ki, insanların bu gün sığorta haqqında aydın təsəvvürü yoxdur: “Sığorta onun üçündür ki, vətəndaşın mənzili yanarsa, zəlzələ və digər fəlakətlər səbəbindən yararsız hala düşərsə, şirkət onu mənzillə təmin edə, maddi yardım edə bilər. Təəssüf ki, sığorta şirkətlərinin fəaliyyəti də yetərli deyil. Bu institut Azərbaycanda yenicə yaranıb və hələ formalaşma dövrünü keçməyib. Onların özlərinin fondları, maliyyə imkanları da yetərli deyil. Bu proses tədricən getməlidir. Dünyada sığortanın 250 ildən çox yaşı var, Azərbaycanda isə bu, cəmi 10 ildir ki, formalaşır. Son 5 ildə daha sürətlə inkişaf edib. Qanunvericilik bazası yaranıb, maliyyə imkanları artıb. Ancaq subyektiv səbəblər də az deyil. Bəzi sığorta şirkətləri vətəndaş qarşısında öz öhdəliklərini tam yerinə yetirmirlər. Müxtəlif aidiyyatı olmayan sənədlər istəyirlər. Vətəndaş öz hüquqlarını bilməyəndə onu aldadırlar və sığorta yardımını vermirlər. Ona görə də, hesab edirəm ki, Azərbaycanda sığorta sisteminin inkişafına, şirkətlərin vicdanla fəaliyyət göstərməsinə və vətəndaşların maariflənməsinə ehtiyac var”. İqtisadçı ekspert Vüqar Bayramov da Musavat.com-a açıqlamasında bildirdi ki, sığorta sektorunda problemlərin olması vətəndaşların sığorta şirkətlərinə inamını zəiflədib: “Sığorta sektoru çox həssas bir sahə olsa da, təəssüf ki, bir çox sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar, nəzərdə tutulan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara çətinlik yaradırlar, daha az vəsait ödəyirlər və bu da vətəndaşlarda inamın azalmasına səbəb olur. Bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirə bilməməsi və ya bundan boyun qaçırması bütün sığorta sektoruna olan inamın azalmasıyla nəticələnir. Bu baxımdan əhalinin sığorta şirkətlərinə inamı yoxdur. Sığorta şirkətlərində süründürməçilik halları çoxdur. Xüsusən də bu, avtomobillərin və daşınmaz əmlakın sığortasında özünü göstərir. İcbari sığorta növlərində də problemlər çoxdur. Azərbaycanda daşınmaz əmlak məcburi sığorta növünə daxildir. Bizdə sığorta ödənişlərinin az olması, eyni zamanda inamın olmaması vətəndaşların icbari sığortanın şərtlərinə əməl etməsini əngəlləyir. Vətəndaşlar icbari sığortada maraqlı deyillər”.
Ekspert bildirdi ki, bu sahədə problemləri həll etmək üçün birmənalı şəkildə sığorta şirkətlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsinə ehtiyac var: “Maliyyə Nazirliyi bu şirkətlərə nəzarət etməlidir. Eyni zamanda öhdəliklərini yerinə yetirə bilməyən sığorta şirkətləri ilə bağlı kifayət qədər ciddi qərarlar verilməli, cərimələr tətbiq edilməli və ən pis halda lisenziyaları geri alınmalıdır. Bir sözlə, inzibati metodların istifadə edilməsinə ehtiyac var. Digər tərəfdən sığorta müqavilələri ilə bağlı konkret meyarlar müəyyənləşdirilməlidir. Bu gün görə bilərik ki, sığorta müqavilələrinin əsas hissələri ya anlaşıqlı dildə yazılmır, ya kiçik şriftlə yazılır. Praktiki olaraq sığorta şirkətləri müqavilə bağlayan zaman çalışır ki, hadisə baş verən zaman ödənişləri həyata keçirməsin və öhdəliklərindən yayınsın. Bu kimi hallar da sığorta fəaliyyətinin genişləndirilməsinin qarşısını alır. Bu səbəbdən müqavilələrlə bağlı standartlar olmalıdır”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Axı mən niyə belə ola bilmədim?
Gözdən əlillər üçün kitab qurğusu
Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı
Ağızda pis qoxu nədən yaranır?
Muskat qozunun faydaları
“Facebook”dan gözlənilən yenilik
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Uşaq otağı dizaynları
Tullantılardan geyim hazırladı
45 yaş sonrası üçün dəbli geyimlər
Dünyaya mesaj: İllər sonra Füzulidə musiqi səsləndi - VİDEO
Qış geyimləri
Südlü jelatin (foto resept)
Xizək sürməyin 5 müsbət təsiri
Azərbaycanda səslə idarə olunan mini-kompüterlər yaradılır
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Ətli çörək (foto resept)
Zəhərlərdən təmizlənmə üsulları (II hissə)
"Qadınlar günü"nün hava proqnozu
8 yaşlı Məhəmmədin qeyri-adi bacarığı var
Ən yaxşı fransız filmləri
Tuba Büyüküstün Nyu-Yorkda ev alır-FOTO
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Göz makiyajı nümunələri
Köklü oladi (foto-resept)
Azərbaycanda peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR
NATO Rusiyaya qarşı güc toplayır?
Sabah küləkli gün olacaq
"Azercell" abunəçilərinə xəbərdarlıq
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Günün ulduz falı
Quru pomidor salatı (foto-resept)
Ayın üzərindəki BAZA-FOTO
Şahzadə Harri Britaniyanı tərk etdi - FOTO
HAVA necə olacaq?-4 Oktyabr
Şokoladlı portağallı keks (foto resept)
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
HAVA necə olacaq?- 7 MART
Xına ilə saçlarınıza işıltı qatın
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Göyərtili börək (foto resept)
Pensiyaçılara ŞAD XƏBƏR
Mannılı çörək (foto resept)
Xoşbəxt olmaq istəyirsiz?
Nazirdən məktub
15 iyun Milli Qurtuluş Günüdür!
Azərbaycanda II və III sinif dərslikləri yenidən hazırlanacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]