
Payız-qış mövsümü başlar-başlamaz dəm qazı mövzusu yenə də gündəmə gəldi. Hələ mövsümün yeni başlamasına baxmayaraq dəm qazı kabusu artıq ev-ev, mənzil-mənzil dolaşır. Ümumiyyətlə, son illər ölkə ərazisində dəm qazından boğulma halları xeyli artıb. Hər il payız-qış mövsümündə neçə-neçə sakin dəm qazının qurbanı olur. Əvvəllər boğulma faktları yalnız paytaxtda qeydə alınırdısa, indi bu, rayonlarda da müşahidə edilir. Vəziyyət isə düzəlmir. Qeyd edək ki, dəm qazından zəhərlənmələr ümumən zəhərlənmələr siyahısında (alkoqol, dərman preparatları və narkotik maddələr) dördüncü yeri tutur.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Bəs dəm qazının törətdiyi faciələrin qarşısını almaq üçün öncə nələri nəzərə almaq lazımdır?
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov insanların bu mövzuda səhlənkar olduğunu dedi: “Əgər yayda 3-4 milyon kub metr qaz işlədilirsə, qışda bundan dəfələrlə çox işlədilir. Yayda qapı, pəncərə açıq olur, qışda isə hər yeri qapadırlar. Buna görə də qazın yığılma ehtimalı qışda daha çox olur. Əvvəllər Yanğından Könüllü Mühafizə Cəmiyyəti vardı. Bu cəmiyyət qanuna uyğun olaraq su qızdırıcılarını, tüstü bacalarını ildə bir dəfə qış mövsümü qabağı yoxlayırdı. Artıq 30-35 ildir bu iş başlı-başına qalıb. Heç kim tədbir görmək və məsuliyyət daşımaq istəmir. ”Azəriqaz"ın bu işə bir aidiyyəti yoxdur.
Buna mənzil istismar idarələri deyilən qurum, mənzil tikinti kooparativləri və ev sahibi cavabdehdir. Ancaq təəssüflər olsun ki, Bakı şəhərində əhalinin, istehlakçının üz tutacağı bir qurum yoxdur ki, gedib müraciət etsin və tüstü bacalarını təmizlətdirsin. Tüstü bacaları təmizlənmədiyinə və ventilyator işləmədiyinə görə evə dəm qazının yığılma ehtimalı olduqca çoxdur. Keçən il 1700, bəlkə də daha çox yerdə qazdan zəhərlənmə halı baş verib. Bu il də soyuqlar düşən kimi artıq 5-6 nəfər dəm qazından dünyasını dəyişib. Yayda ventilyator kanallarında quşlar yuva qura və zibil yığıla bilər. Bundan başqa, onun içərisində uçqun ola bilər. Bu səbəblərdən ventilyator sistemləri daimi nəzarətdə olmalıdır. Ancaq bu nəzarətçi yoxdur. İnsanlar da qaza vərdiş etdiyindən, ya nədəndirsə, öz taleyinə laqeyd yanaşır. Heç kim qazdan qorxmur".
Ekspert ticarət şəbəkəsində müxtəlif ölkələrdən müxtəlif qızdırıcı cihazların gətirilib satılmasına da toxundu: “Həmin cihazlar bizim şəbəkənin təzyiqinə uyğun deyil. Pul qazanmaq üçün indi hamı usta olub. İnsanlar da bilmədən bu ustaları çağırır və evlərinə qaz peçi quraşdırır və ya təmir etdirir, yerini dəyişdirir. Ancaq vətəndaşlar quraşdırdığı cihazın lisenziyasının olmasına və təhlükəsiz quraşdırılmasına diqqət etməlidir. İşini bilməyən ustaların ucbatından qaz cihazları harada gəldi quraşdırılır. Məsələn, 4 göz qaz cihazları üçün həcm 15, kolonka üçün 7 kub metr həcm olmalıdır. Təəssüf ki, bu normalara və qanunlara riayət edən yoxdur. Əhali bu mövzuda çox səhlənkar olub.
Bu cür halların qarşısını almaq üçün qurum yaradılmalıdır. Həmin qurum ildə bir dəfə ”Azəriqaz"a gətirib arayış verməlidir ki, qış gəlmədən qazla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. Ancaq əfsus ki, bunu edən yoxdur. Buna görə də Azəriqaz"ın ixtiyarı var ki, qazları kəssin. Qazı da kəsəndə ajiotaj yaranır. Qazla bağlı artıq dayanacaqlarda, avtobuslarda elanlar yapışdırılıb və maarifləndirmə işləri aparılır. Unutmaq lazım deyil ki, qaz minadan da güclü partlayış törədir. Hündür mərtəbəli binaların birinci mərtəbəsində qaz cihazları tikintinin təhlükəsiz qaydalarına uyğun olaraq quraşdırılmalı və orada qaz siqnal cihazları olmalıdır. Bunun qiyməti 12 dollardır. 100-200 min dollar xərc çəkib ofis, sex tikirlər, amma 12 dollar verib qaz siqnalzasiya aparatı almırlar ki, sızma olanda o aparat xəbər versin. Bir sözlə, bu sahədə özbaşınalıq və səhlənkarlıq hökm sürür".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı razılaşmanı müzakirə etdi
Bu göbələyin kilosu 20 min dollardır
"Son İmperator" Bakıya gəlir
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Toplumun fikrini dəyişəcək gücə malik məşhurlar bəlli oldu-FOTO
Şahzadənin şəxsi cangüdəni həbs edildi-ŞOK SƏBƏB
Boy uzanmasına kömək edən qidalar
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Əkizlər 97 gün fərqlə doğuldular-FOTO
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
"Amazon" 25 dollar müqabilində scan tələb edir
YouTube Vine və Instagrama rəqib yaradıb
Hər səhər üzünüzü duzlu su ilə yuyun - İnanılmaz nəticələr!
Yeni ildə neçə gün İŞ OLMAYACAQ? - VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Yalnız 30 Gündə Daha İncə Bir Bel
Futbolda 8 qayda dəyişdi
Suriyada çox sayda rus generalı öldürüldü
Bred Pitt aktyor kimi ilk "Oscar"ını aldı-FOTO
Qarakənd faciəsinin ağ ləkələri
Azərbaycanda zəlzələ olub
İşdən qovulduqdan sonra görüləcək 5 məşğuliyyət
Əslində kimsiniz?- Psixoloji test
Saçlarına şampun vurmayan qadın-FOTO
Azərbaycanlı güləşçilər FİLA-nın reytinqində mövqelərini qoruyublar
Valehedici toy tortları
Cennifer Lopezin "fotoşopsuz" şəkilləri
Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları
Su haqqında bilmədiklərimiz
Rus Dili dərs-21 (Test)
Qulaq ağrısı necə keçər?
Bir həftədə möhkəm dırnaqlar
Sarıkök içkisi - Okinavalıların sirri
Saça qulluq prosedurları
Saman da sənətdə işə yarayır - FOTOSESSİYA
Pendirli çubuqlar
Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi
Ölkəmizin cənubunda isti keçən qış
Ev tikərkən diqqətli olun!
Cennifer Lopez Evlilik təklifinə "HƏ" dedi-FOTO
Yaşıl alçanın faydaları
Elçin yeni seriala çəkilir-FOTO
Neçə müəllim çöldə qalacaq?
Qiyməli şorba (foto resept)
Mikayıl Cabbarovdan rektorlara sərt xəbərdarlıq
Bu bürcdən olanlar iş tapmır
Fenomenal ustalıq balqabağı əsər etdi
Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk
Sevdiyi qıza dövlət sirri verən zabitə həbs cəzası
Geyim seçərkən etdiyimiz səhvlər















- ŞƏRHLƏR