Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov "AzadlıqRadiosu"na müsahibəsində deyir ki, 4 günlük iş həftəsi hələ ki, bəşəriyyətin arzusu olaraq qalacaq, bu tezliklə belə bir sistemin tətbiqi mümkün görünmür: Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, 4 günlük iş işçinin daha məhsuldar çalışmasına səbəb ola bilər.
- Ümumiyyətlə, Azərbaycan bir ölkə olaraq əmək münasibətlərində Avropa standartlarını yox, Beynəlxalq Əmək Təşkilatının standartları əsas götürülür. Baxmayaraq, Avropa Sosial Xartiyasının bir hissəsini ratifikasiya etmişik. Ancaq iş rejimi, məzuniyyətlə bağlı hələ ki, Avropa standartlarından uzağıq. Məsələn, onlarda 4 həftəlik ödənişli məzuniyyətdir, bizdə 3 həftə və s. İstənilən ölkə iş rejimi ilə bağlı istədiyi qanunu qəbul edə bilər, yetər ki, beynəlxalq standartları pozmasın. Yəni 8 saatlıq iş rejiminin əvəzində 12 saat iş rejiminin tətbiqi beynəlxalq standartlardan kənardır. Amma Beynəlxalq Əmək Təşkilatının bu təklifinin tezliklə reallaşacağını gözləmirəm.
- Bəzi biznes strukturları, o cümlədən, Google bu təklifi dəstəkləyir...
- Biznes strukturları bunu dəstəkləyirsə və öz iş rejimini buna uyğun qurarsa, heç kim bunu ona qadağan edə bilməz. Bunun üçün beynəlxalq standartları dəyişməyə ehtiyac yoxdur. Azərbaycan Əmək Məcəlləsində də bunu qadağan edən hər hansı müddəa yoxdur. İstənilən şirkət bunu tətbiq edə bilər. Amma Avropa hələ 4 günlük iş həftəsinə keçməyə özünü hazır bilmir. Orada elə ölkələr var ki, hətta 6 günlük iş rejimi də var. Bizdə isə qarışıqdır: 5 günlük və 6 günlük. Konstitusiyamıza görə, həftə ərzində iş saatı 40-ı keçməməlidir.
- Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, dördgünlük iş həftəsi ətraf mühitə daha yaxşı təsir edər, enerjiyə qənaət imkanı yaradar, hava çirkləndirilməsinin qarşısı alınar...
- Təşkilatın bu təklifinə rasional yanaşmaq olar. İstehsalın, xidmətin müəyyən sahələrində buna keçmək olar. Bəli, iş gününün azalmasına baxmayaraq faydalı iş əmsalı artar. Məsələn, 5 günlük iş zamanı 50 detal istehsal edən usta bunu 4 gündə edə bilir, əvəzində 3 gün istirahət edir. Bunu eksperiment kimi hansısa sahələrdə tətbiq etmək olar. Amma inanmıram ki, - Beynəlxalq Əmək Təşkilatının bu təklifi yaxın 10 ildə özünə böyük dəstək qazansın. Azərbaycanda bu təklifin belə tezliklə dəstəklənəcəyini gözləmirəm, çünki 4 milyon yarım əmək qabiliyyətli adamdan yalnız 1 milyon yarımının əmək müqaviləsi var. Qalanları qeyri-formal əmək bazarının iştirakçılarıdır, yəni fermerlərdir, özünü məşğul insanlardır və s. Burada da fasiləsiz iş rejimidir. Azərbaycanda bu gün 4 günlük iş həftəsinin tətbiqindən çox, qeyri-formal əmək bazarının səviyyəsinin aşağı salınması, iş yerlərində əməyin mühafizəsi və bu tipli məsələlərlə bağlı problemlərin aradan qaldırılmasına ehtiyac var.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hollivud ulduzları karantində “İmagine” ifa etdilər
Qadın.Net-lilərin nişan xatirəsi - II
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Microsoft inqilab edir. Windows 10 gəlir
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi
Mənzil bazarında qiymətlər artıb
Sevən ürəklər peçenyesi (foto resept)
Dünyanı gəzən kirpi Pokee
Yayda balıq alarkən nələrə diqqət etmək lazımdır?
İpək donlar
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
İlin fotoqraf yarışması
Bu gün növbəti qəbul imtahanları keçirilir
Məşhur müğənninin hicablı FOTOsu tənqid edildi
O, cizgi qəhrəmanına bənzəmək üçün 100 dəfə əməliyyat olundu
Azərbaycan mühəndislərindən yeni kəşfiyyat-döyüş maşını
"Fette" salatı (video-resept)
İnstagramda Yenilik!
Darçınlı şirniyyat (foto-resept)
Qalmaqallı prezidentin qardaşı yoxa çıxdı
Xanımlar üçün gəlinliklər
Beş kəndi birləşdirən yol çəkilir
Azərbaycanda təhlükəli virus
Leyla Əliyeva qızını təbrik etdi - FOTO
Di Kaprio və De Niro eyni filmdə çəkiləcək
Öküz ili bürclərə nə vəd edir?
3D Yataq dəstləri(2)
DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Hava haqqında - 11.12.2013
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Daşaltı necə azad edildi? - Əməliyyat sirləri açıqlandı – VİDEO
Əlvan metalların qiyməti ucuzlaşıb
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
Günün ulduz falı
Onlar diqqətsizliyimizdən varlanırlar
Vanqadan 2019-cu ilin PROQNOZU
Tolqa Sarıtaşın yeni serialı bu tarixdə yayımlanacaq - VİDEO
Çay nədir, say nədir...
"Son İmperator" Bakıya gəlir
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Çində süni intellekt şəhərciyi yaradılıb
Ev şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
Qadın.Netlilərin körpələri - 5 (Son)
Korona virusdan necə qorunmalı?
ABŞ-da qar fırtınası insanları yollarda qoydu
Naftalan kurortu yenidən qurulur
Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı
Murat yeni albom yazdırır-FOTO
Həmişəki, amma fərqli Nyu-York















- ŞƏRHLƏR