
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyəsini açıqlayıb.
QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Həzrət İbrahim əleyhissəlamın yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib.
Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir: “Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq”.
Daha sonra qeyd olunur ki, Allah-təala Qurani-Kərimdə Qurban barədə belə buyurur: "Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmayılı qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"(əs-Saffat surəsi, 103-110 ayələr)
QMİ-nin Qazılar Şurası bildirir ki, qurban kəsmək əsasən Məkkədə həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalı, bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə beş ili tamam olmalıdır.
Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən “Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun.
Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”.
Azərbaycan üfqündə zilhiccə ayının hilalının görünməsindən asılı olaraq, Qurban bayramı - zilhiccənin 10-u miladi təqvimlə 4 və ya 5 oktyabr tarixlərinə təsadüf edəcək. Hər iki gün Azərbaycanda qeyri-iş günü elan edilib. Bu günlərin hər birində qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur.
QMİ-nin Qazılar Şurası tövsiyə edir ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir: “İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-təala yanında savab əməllərdəndir. Allah-təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları, verdiyiniz ehsanları qəbul etsin. Amin!”
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
May ayında neçə qeyri-iş günü olacaq?
Unun qiymətləri qalxdı?
Mayalı xəmirin sirri
Dua Lipa yeni ili Mayamidə qeyd etdi-FOTO
Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Kimin nə qədər qazandığı məlum oldu-SİYAHI
Vanqadan SENSASİON PROQNOZLAR
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Yaz fərqli ölkələrdə
Dəri ləkələrini 1 gecədə açan maska
Xəstənin qarnından qızıl çıxardılar
Novruz adətləri
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
"Arıqlamaq istəyən mədə kəsdirir, amma..." - Sevda Ələkbərzadə
Yeni alma növü - "Qırmızı ay" - FOTO
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Azərbaycanda ilk dəfə pulsuz Wi-Fi və mini-barı olan dayanacaq quraşdırılıb - FOTO
Super lüks Lamborghini
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
WhatsApp-da maraqlı yenilik
Rekord qiymətə qadın çantası
Güllərin rənginə görə mənası
BÜRCLƏR bizə nə vəd edir?-2 Sentyabr
Azərbaycan rəssamına qraf titulu verildi
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
Hansı əşyalar yataq otağında olmamalıdır?
Buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbul aparılacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ermənistanda xalq üsyanı davam edir
Bapbalaca boyu var...
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Azərbaycanın peşəkar K-1 döyüşçülərindən maraqlı qərar
Vunderkind uşaqlar
Moruq mürəbbəsi (foto resept)
Abşeronda neftlə çirklənmə baxımından ekoloji vəziyyəti gərgin olan ərazilər açıqlandı
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Kibrit qurabiyələr (foto resept)
Qarğıdalı ununun faydası və qarğıdalı çörəyinin bişirilmə qaydası
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Stressə qidalarla qalib gəlin!
“Qartal” ləqəbli cəngavərimiz: Onun adı gələndə düşmənin canına qorxu düşürdü - VİDEO
"Bakı 2015"in rekord vuran idmançısı
Ronaldu bir qolla iki yeni rekorda imza atdı
Dərdli zamanlardan qurtulmağın yolu
Nyu York uçan tarakanların hücumuna məruz qaldı
Övladını məktəbə göndərmək istəməyənlərin sayı açıqlanıb
Bu tapıntı alimləri heyran qoydu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]