
Türkiyə çayla ilk dəfə XIX əsrdə tanış olub. Lakin bundan əvvəl ölkədən kənara çıxmış türk yazıçılarının əsərlərində “çay” adına rast gəlmək mümkündür. Hacı Məhmət İzzət Əfəndinin “Çay risaləsi” bu əsərlərdən biridir. Yazıçı əsərində çayın faydalarından yazıb. Bir çox mənbələr qeyd edir ki, türklər çayla daha əvvəldən tanış olublar.
Bu gün Türkiyədə içəcək deyəndə “qəhvə” yadda düşür, lakin türklər deyir ki, çay qəhvənin taxtına çoxdan oturub. Əslində ən çox qəhvənin adı işlənsə də, bu yerlərdə çay daha çox içilir. Türklər hesab edirlər ki, çay qəhvədən daha ucuzdur və hazırlanması isə asandır. Çayın Türkiyədə mədəniyyət halına gəlməsi isə 1945-ci ildən başlayıb. Bu illərdə ixracat zəifləyir və qəhvə narkomanları qəhvə tapa bilmədikləri üçün çay içməyə üz tuturlar. Rizədə yetişən tünd çayı türklər sevir və həmin illərdən çay türk həyatına daxil olur.
Amerikadakı çay mədəniyyəti digər ölkələrdən fərqlənir. Amerikallılar dünyada məşhur olan soyuq çay “İce tea”ni çay əvəzi içirlər. Bu ölkədə ən çox qəhvə içilir. Amma əgər amerikalılar çay adını çəkirsə, demək ki, bu ad hansısa izi buraxıb. Belə ki, Amerikada çay xüsusi dəvətlər və özəl toplantılarda servis edilir. Cənub bölgəsində isə yeməklərin yanında içkilərlə bərabər paylanılır.
Amerikada 85% soyuq çay içilir. Bu ölkədə çay tarlalarına rast gəlmək mümkün deyil.
İngiltərədə isə çay XIX əsrdə məşhurlaşıb. Bu dövrlərdən başlayaraq ölkədə çay bağçaları salındı, çay rəqsləri təşkil edildi. II Dünya müharibəsindən sonra çay bağçalarının sayı azalsa da, bu gün İngiltərədə çay mərasimləri adəti hələ də qalır.
İngiltərədə çay süfrəyə südlə verilir. Dadı qüvvətli olan çaya bol miqdarda süd və bir qaşıq şəkər atılaraq xüsusi kubok qablarında içilir. Əslində İngiltərədə çay yüksək təbəqəli insanlar üçün servis edilmir. Daha çox gün ərzində içilir. İş yerlərində işçilərə çay fasiləsi verilir. Orta hesabla İngiltərədə gündə 6 dəfə çay içilir.
Çin çayı isə müxtəlif kateqoriyalara bölünür. Yaşıl, qırmızı, ağ, qara, sarı çay olmaqla 1000-ə yaxın çay növü var. Yüz illər boyunca Çində çayı buxarladıb içirdilər. Amma sonradan çayı qurutmağa başladılar.
Qədim çay mədəniyyətini qoruyub saxlandığı bu ölkədə çay festivallarını da canlı izləmək də mümkündür.
Cənubi Afrikada çay mədəniyyəti deyəndə “Rooibos” çayının adı hallanır. Lakin Afrikanın bəzi yerlərində yetişdirildiyi üçün elə də məşhur deyil. “Rooibos” çayının tərkibində kofein yoxdur və bu da sağlamlıq üçün xeyirlidir. Buna görə də bu çayın bazarda gələcəyi parlaq görünür.
Somalidə isə çayın qəribə rəvayəti var. Belə ki, əvvəllər bu ölkədə subay qızların çay içməsinə icazə verilmirmiş. Lakin indi bu zövqdən heç kim kənarda qalmır. Bu ölkənin küçələrində kişilərə məxsus çay dəzgahlarını görmək mümkündür. Somalidə günün hər saatı çay içilir. Günorta yuxusundan sonra içilən çaya “Asariya”, axşam yeməyinin yanında içilən çaya isə “Sambossa” deyilir. Somalidə çay südlə və müxtəlif ədviyyatlarla-darçın, qarabibər dənəsi ilə sərvis edilir. Bu ölkədə qonağa çay verərkən mütləq ondan nə qədər şəkər, süd və darçın istədiyi soruşulur.
Braziliyada çay mədəniyyəti Amazon bölgəsində yaşamış insanların hazırladıqları çaya dayanır. Belə ki, ölkənin ən böyük çay idxal edən bölgəsi San-Paolo şəhərinin yaxınındakı sahil şəhəri Registrodur. Bu ölkədə becərilən çayın 70% Amerikaya satılır.
Pakistanda çay südlə verilir. Amma şəkər ayrıca verilir. Bu ölkədə ən çox atma çaydan istifadə edirlər. Qara çay mütləq südlə içilir, nadir hallarda südsüz içilə bilər. Yaşıl çaya isə süd qatılmır. Pakistana ən çox Keniyadan çay idxal olunur.
Hindistan bu gün dünyanın ən çox çay istehsal edən ölkələrindədir. “Drajeeling” kimi xüsusi çaylar bu ölkədə yetişdirilir.
Dünyadakı qədim çay tarlalarından bəziləri Vyetnamdadır. “Təzə çay” adəti cəmiyyət şüurunu genişləndirir və başqaları ilə hal-əhval tutmaq adətini inkişaf etdirir.
Avstraliya çay mədəniyyətini ingilislərdən götürüb. Onlar çayı südlə və kremlə içirlər.
Rusiyada çay mədəniyyəti çayla bərabər şirniyyatları ilə tanınır. Onlar çayı müxtəlif şirin un məmulatları ilə içirlər. Samovar çayı isə çay mədəniyyətlərinin ayrılmaz hissəsidir.
Fransızların çay mədəniyyəti də ingilislərə bənzəyir. Ölkədə günortadan sonra saat 4-də çay süfrəsi təşkil edilir. Çayın yanında isə qəhvə, meyvə suyu, müxtəlif peçenyelər olur. Və hər çay süfrəsində mütləq süfrədə tort olur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Messinin oyununu canlı izləmək istəyən azərbaycanlıların nəzərinə
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Paşinyan: “Çox böyük itkilərimiz var, son günlər geri çəkilmişik”
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yaradılış möcüzəsi canlılar
Qarabağa qoşun yeridilməyəcək
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir
İnsanı çürüdən xəstəlik
Türkiyənin Suriya ilə sərhəd ərazisinə qırıcı təyyarə düşüb
Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Rus dili - РњРј
Aynaları parıldatmağın incə məqamları
Serenay Sarıkaya kökəldi-FOTO
Çində koronavirusla bağlı qorxulu statistika-74 min insan yoluxdu
Putin canlı efirdə Qarabağ münaqişəsinin həlli yolundan danışdı
Məhəmməd Əmin Rəsulzadə kimdir?
"Startup Weekend Baku" tədbirinə "Bakutel" sərgisindən dəstək
Azərbaycanda "yol radiosu" işə düşdü
Bakılıların evləri nə vaxt isinəcək?
Yerin nüvəsinə aid yeni kəşf
Hava haqqında - 08.12.2013
Nə ehtiyac var, bunlar kimə lazımdır axı?!
Hərbçilərimiz müharibəyə hazırdır?
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Kivi maskası ilə gözəlləşin
Akın Akınözün 120 kq-lıq halı-FOTO
Bakıda ev tikmək istəyənlərin sevinci gözündə qaldı
Ərəb Dövlətləri Liqası Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Azərbaycan III İslam Həmrəyliyi Oyunlarında 14-cü medalını qazanıb
Tapdaq altda qalan yurdum -- Laçınım...
2019-da sərvətlərinə sərvət qatan milyarderlər
3 günün hava proqnozu
"Yarpaq dökümü" tortu (foto resept)
Lalə (Tulipan) gülü
Meyvə yeməyi unutmayın!
Bakıda bu metrostansiya uça bilər! - BAДћLANACAQ
Fen şuy-inanclar
DİQQƏT! Bakının bu hissələrində qaz olmayacaq
Şəkili ustadan Bakı-2015 simvolu
Qayınatasının addımı Ardanı heyrətləndirdi-FOTO
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur
Nəhəng şirkət 6 min əməkdaşını ixtisar edəcək
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Narahatlıq hissini artıran vərdişlər
İlk dəfə 3 yaşlı qızı ilə görüntüləndi - FOTO
Hadisenin cavabı gecikmədi:"Onun da..."















- ŞƏRHLƏR