Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür. Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, Milli Qəhrəman 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib.1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı.1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdı. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə "215 kl" studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çingiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur - 22 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu
İdman geyimləri
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Dəvələrin gözəllik müsabiqəsi keçirildi - FOTO
Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO
Gələcəkdə münasibətlər necə olacaq?
Pizza dilimləri ilə böyüyən körpə
Hind qadınlarının gözəllik sirləri
Qəribə, lakin faydalı məsləhətlər
2018-ci ilin ƏN ZÖVQSÜZ ULDUZLARI
İranın “səfir”i kosmosa uçdu
Gənc qızlar, zamana dəyər verin
Bakı caz festivalının yekun konserti olub
Dəhşətli xəbərdarlıq: 13 milyon insan bu xəstəliyin qurbanı olacaq
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Fəsli depressiya
Kakaolu keks (foto-resept)
Günün qoroskopu:Bədxərclik etməyin!
Bakıya yağış yağacaq, duman çökəcək
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Münasibətə ziyan vuran davranışlar
Kliçko azərbaycanlı idmançını alqışladı
Ekspertdən uşaq pulu ilə bağlı UNİKAL TƏKLİF: 400 manat... - VİDEO
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Məşhur müğənni 30 kq arıqlayıb tanınmaz hala düşdü - FOTO
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Alçanın kilosu 100 dollara satılır - İranda
Mark işçilərinə iPone istifadəsini qadağan edib
Mavi rəngli balıq fantastik qiymətə satıldı
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Bakıda xəzri əsəcək
Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq
Viber-də yeni funksiyalar istifadəyə verildi
Avropa Rusiya ilə savaşa gedir
İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Keyt Middltonun svarovski ilə bəzədilən geyimi - FOTO
Bill Geyt "Coronavirus"la mübarizəyə 100 milyon dollar ayırdı
Ağız qoxusunun qarşısını alan, dərini gəncləşdirən heyva tumunun faydaları
Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi - FOTO
Nəhəng meteoriti Günəş kül etdi
Günün qoroskopu: Vədlərinizi yerinə yetirin!
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
Varlı insanlar nəyə sərmayə yatırırlar?
İnsanlar öz evlərini niyə sığortalamır?
Göz niyə qan çəkir?
Toyları ikinci dəfə təxirə düşdü-SƏBƏB
Kim Çen In həyat yoldaşını edam edib?
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun















- ŞƏRHLƏR